İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Müqəddəs Müdafiə, Hərəmin müdafiəçiləri, sərhədlər və təhlükəsizliyin keşiyində durmuş şəhidlərin ailələri ilə görüşdə qeyd etdi ki, bu gün inqilabçı mömin gənclərdə şücaət və şəhidlik ruhiyyəsinin yenidən canlanması İnqilabın möcüzəsidir. O, xalqı, gəncləri, habelə məsul şəxsləri başda ABŞ olmaqla imperializm cəbhəsinin məkrli planları qarşısında ayıq-sayıq olmağa çağırdı: “Ölkə iqtisadiyyatını və daxili istehsalı gücləndirmək üçün hər kəs səylərini artırmalıdır. Məsul şəxslər düşmənin yağlı dilinə və riyakarlığına aldanmamaq, habelə qapıdan qovulmuş mənfur düşmənin pəncərədən girməməsi üçün diqqətli olmalıdırlar”.
İslam İnqilabının Rəhbəri dahi İmamın “Şəhadəti olan millətin əsarəti olmaz” fikrinə işarə edərək dedi: “Allah yolunda təhlükəyə atılmağı və Onun yolunda şəhid olmağı böyük bir uğur və xoşbəxtlik hesab edən bir millətin qarşısında heç bir qüvvə tab gətirə bilməz, bu millət hər zaman qalibdir və inkişaf edəcək”.
Həzrət Ayətullah Xamenei İran xalqını bu təfəkkürün bariz nümunəsi adlandırdı: “Keçən qırx il ərzində İran xalqının çox təhlükəli və zəhmətlər tələb edən yolda bütün zalım qüdrətlər qarşısında durması və düşmənlərin heç nə edə bilməməsi şəhadətə inamın və bu qürurverici taleyin nəticəsidir”.
O bildirdi ki, inqilabçı gənclərdə bu təfəkkür tərzi və ruhiyyənin davam etməsi İnqilabın dəyişməz tərəqqi prinsiplərinin geriləməyə səbəb olan amillərindən bir neçə dəfə çox olduğunu göstərir: “Bu gün inqilabçı və mömin gənclər İnqilabın ilk illərinin gəncləri, Himmət və Xərrazi kimi şəhidlər və digər dahi şəxsiyyətlərin sahib olduqları eyni ruhhiyyə ilə meydan atılır, şücaət və məsuliyyət hissi ilə İnqilabın sütunu kimi düşmənin qarşısında dayanır, şəhadətə qarşı gedirlər. Bu polad kimi ruhiyyəni onlarda yaradıb davam etdirə bilmək gücü İslam Respublikasının möcüzəsidir”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu şəhadətlər, şücaətlər və şəhid ailələrinin səbri olmasaydı, dünya imperialistləri və cinayətkar ABŞ diktatura dövründə olduğu kimi ölkəni əsarəti altına alacaqdı: “İran xalqı şəhidlər və onların ailələrinə minnətdardır. Xalqın Hərəmin müdafiəçiləri, səhədlər və təhlükəsizliyin keşiyində durmuş şəhdilərin dəfnindəki izdihamlı iştirakı bu minnətdarlığın göstəricilərindəndir”.
Ayətullah Xamenei dedi: “Bəzi Qərbə bağlı anlamazların əlaqəsi olmayan analizlərinin əksinə olaraq İslam Respublikası güclü və qüdrətlidir. Bu qüdrət fədakar insanların mənəviyyatı, fikir və səyləri, gənclər və şəhid ailələrinin imanı sayəsində əldə edilmişdir”.
O vurğuladı ki, İran İslam Respublikasının məşhur düşmənləri siyasi və əxlaqi pozğunluq içərisində itib batıblar: “ABŞ-ın əsl simasını görmək istəyirsinizə, ABŞ-ın indiki prezidenti və rəsmilərinə baxın. Çünki bu fərdlər ABŞ-ın dövlət adamlarının həmişəki çirkin və mənfur simasını indi aşkar şəkildə nümayiş etdirirlər”.
İslam İnqilabının Rəhbəri İran xalqının belə bir düşmən qarşısında dayandığını vurğulayaraq dedi: “Amerikalılar həmişə istəyib ki, İnqilabdan qabaq olduğu kimi yenidən İranı öz əsarətləri altına keçirsinlər. Regionun bəzi zəif ölkələrini öz sağmal inəklərinə çevirərək onlarda yaratdıqları eyni şəraiti əziz, böyük və şanlı İranda da yaratmaq istəyiblər. Ancaq bu məqsədə nail olmamış, bundan sonra da əsla olmayacaqlar”.
Həzrət Ayətullah Xamenei dahi İmamın ABŞ-ı “Böyük Şeytan” adlandırması məsələsinə toxunaraq dedi: “İmam (r.ə) bu adlandırma ilə, əslində, dünyanın bütün təkallahlı inancında olan xalqlarını və insaflı millətlərini ABŞ-a qarşı səfərbər etdi, bu yolda bir çox nailiyyətlər əldə edilmiş və bu nailiyyətlər daha da çox olacaq. Lakin düşmən İranı inkişaf yolundan və güclərə müqavimət yolundan sapdırmağa çalışır”.
O, amerikalıların son iki ildəki fəaliyyətləri və tədbirlərindən, xüsusilə hərtərəfli sanksiyalar və İranın ayrı-ayrı düşmənlərinə yardın etməsindən danışaraq bütün planların puça çıxdığını dedi: “Onların məqsədi bu idi ki, snaksiyalar və anti-təhükəsizlik tədbirləri ilə ölkədə ikitirəlik, ixtilaf və qruplararası müharibə yaratsınlar, bir qrup insanı küçələrə töksünlər. Bu planın adını da “İsti yay” qoymuşdular. Lakin düşmənlərin acığına builki yay ən yaxşı yaylardan biri oldu”.
İslam İnqilabının Rəhbəri ABŞ rəsmilərinin “İslam Respublikası 40 illiyini görməyəcək” məzmunlu açıqlamlarına işarə edərək dedi: “İran xalqı var gücü ilə dayanmışdır və Allahın izni ilə 22 bəhməndə İslam İnqilabının 40-cı yubileyini əvvəlki illərdə olduğundan daha əzəmətli keçirəcək”.
Həzrət Ayətullah Xamenei İran xalqının ayıqlığına işarə edərək məsul şəxslərə daha çox çalışmağı tövsiyə etdi: “Düşmənin planı boşa çıxsa da, hər kəs sayıqlığını qorusun. Çünki ABŞ xəbis və hiyləgər düşməndir; 1397-ci ildə qarışıqlıq salacağı ilə aldadıb, tutaq ki, 1398-ci il üçün plan hazırlaya bilər”.
O qeyd etdi ki, sionistlər və regionun mürtəce qüvvələri İran xalqı ilə düşmənçilik planında ABŞ-ın ortaqlarıdırlar: “Əlbəttə, biz onlardan üstünük. Çünki bu vaxta qədər İslam Respublikasının qarşısında dayana və nə isə edə bilməyiblər, bundan sonra da edə bilməyəcəklər”.
İslam İnqilabının Rəhbəri habelə vurğuladı: “Sayıqlığı bir an belə, əldən vermək olmaz. Hamı ayıq-sayıq olmalıdır. Mənim İran xalqına, xüsusilə gənclərə, ölkənin bütün siyasi cərəyanları və siniflərinin aid olduğu ayrı-ayrı birliklərə tövsiyəm budur ki, diqqətli olsunlar, meydanı düşmən üçün hazır vəziyyətə gətirməsinlər. Çünki sayıqlığımızı itirsək, həmin zəif düşmən öz zəhərini tökəcək”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün xalqın və məsul şəxslərin ən mühüm vəzifəsi ayıqlıqla yanaşı, ölkə iqtisadiyyatını və daxili istehsalı gücləndirməyə çalışmaqdır”.
O, məsul şəxslərə səylərini daha da artırmağı, düşmənin riyakarlığı və yağlı dilinə aldanmamağı israrla təvsiyə etdi: “Düşmən müxtəlif fəndlərdən isitfadə edir. Məsul şəxslər diqqətli olmalıdırlar ki, qapıdan çıxmış xəbis düşmən pəncərədən daxil olmasın”.
İslam İnqilabının Rəhbəri məsul şəxslərə xalqın iqtisadi problemləri və problemlərin həlli ilə bağlı verdiyi göstərişlərə işarə edərək dedi: “Əgər məsul şəxslər daxili istehsalın gücləndirilməsi məsələsində ciddi olsalar, əhalinin iqtisadi problemləri azalar”.
Həzrət Ayətullah Xamenei çıxışının başqa bir hissəsində Ali-Səudun İslam düşmənləri ilə əlbirliyi və onların Yəməndə törətdikləri cinayətlərdən söz açaraq ABŞ-ın bu cinayətlərə ortaq olduğunu dedi: “Səudiyyəlilər təsəvvür edirdilər ki, bir neçə gün və ya bir neçə həftə ərzində Yəməni ələ keçirəcəklər. Lakin artıq dörd ildir ki, bir nəticə hasil olmayıb. Zaman keçdikcə onların özlərinə endiriləcək zərbə daha ağır olacaq”.
O, Ali-Səudun Yəmən və Bəhreyn siyasətinin əbləhcəsinə bir siyasət olduğunu dedi: “İki şərafətli hərəmin xadimləri kafirlərə qarşı sərt olmalı, möminlərə, Yəmən və Bəhrüeyn əhalisinə qarşı sərt olmamalıdırlar”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, İran xalqı tam ayıqlıqla vəziyyəti nəzarət altında saxlamalı və mövqeyini möhkəmlətməlidir: “Bu gün qasırğası Avropa və Fransaya qədər uzanmış bu fırtınalı dünyada İran xalqı İslamın bərəkəti sayəsində Əhli-beyt (ə) məhəbbətinin əmin-amanlıq gəmisində yer almışdır və qələbə də İran xaqlınındır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir