Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Elə edin ki, düşmən İranı hətta təhdid etməyə belə, cürət etməsin

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günorta İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdə qeyd etdi ki, gənc, mömin və motivasiyalı işçi qüvvəsinə əsaslanmaq ölkənin bütün sahələrində, o cümlədən Silahlı Qüvvələr sahəsindəki problemlərin açarıdır. O, hazır olmaq üçün görülən işlərin ikiqat atırılmasının zəruri olduğunu vurğulayaraq dedi: “İranın düşmənlərinin Böyük İran xalqını hətta təhdid etməyə belə, cürət etməməsi üçün bacardığınız qədər imkanlarınızı və hazırlıqlarınızı artırın!”

7 azər Hərbi Dəniz Qüvvələri günü münasibətilə təşkil edilmiş bu görüşdə Ali Baş Komandan düşmən və rəqiblərdən ibarət böyük bir cəbhənin İslam Respublikası qarşısında sıra vəziyyətini aldığını vurğulayaraq dedi: “Geriliyin olması ilə yanaşı, belə bir gerçəyin də mövcudluğu bütün dövlət sektorlarında, o cümlədən Hərbi Dəniz Qüvvələrində ikiqat artıq iş görülməsinin zəruriliyini göstərir”.

O, İslam İnqilabının əvvəlindən bu günə qədər ordu quruculuğu, xüsusilə Hərbi Dəniz Qüvvələri sahəsində əldə edilmiş nailiyyətlərin böyük və heyrətamiz dərəcədə olduğunu dedi: “Hərbi Dəniz Qüvvələrinin indiki nəsli öz təşəbbüskarlığı və imaknlarına dərindən inanır. Səhənd eskadra mina gəmisi, Fateh və Qədir sualtı gəmilərinin hərbi dəniz gəmiləri siyahısına daxil edilməsi kimi hadisələr artmaqda olan nailiyyətlərin mümkünlüyü müjdəsini verir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Silahlı Qüvvələrin hazırlığının artırılması düşmənlərin qorxu və vahiməyə düşməsinə səbəb olur: “İslam Respublikası heç kəslə müharibəyə başlamaq niyyətində deyil. Ancaq imkanlarınızı elə artırın ki, düşmənlər İrana hücum etməyə qorxsunlar. Bundan əlavə, Silahlı Qüvvələrin həmrəyliyi, iqtidarı və effektiv mövcudluğu sayəsində İranın başı üzərindəki təhdid kölgəsi də uzaqlaşsın”.

Ali Baş Komandandan əvvəl çıxış edən İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Xanzadi hesabatında İran İslam Respublikasının Sənaye və Hərbi Dəniz Qüvvələrinin gənc mütəxəssisləri tərəfindən Səhənd destroyer gəmisinin hazırlanması, Dəmavənd destroyer gəmisinin bərpası və Fateh sualtı gəmisinin düzəldilməsinə işarə edərək dedi: “Hərbi Dəniz Qüvvələri bu qüvvələrin yeni strukturunu təqdim etməklə yanaşı, İran xalqının dəniz sularındakı qüdrətini nümayiş etdirməyə, habelə dünyanın azad xalqlarına ilham verməklə imperializmin dəniz sularındakı süqutu prosesini sürətləndirməyə çalışırlar”.

Bu görüşdə İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Zöhr və Əsr namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /