Bu gün (şənbə) günortadan sonra İraqın prezidenti cənab Bərhəm Saleh və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə parlament və prezident seçkilərinin uğurla keçirildiyinə, baş nazir və digər uğurlu vəzifə təyinatlarına, habelə sabitlik və stabillik yaradıldığına görə məmnunluq hissi keçirdiyini deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei vurğuladı: “Problemlərə qalib gəlmək və bədxahların planlarına müqavimət göstərməyin yolu İraqda milli birliyi qorumaq, döst və düşməni düzgün tanımaq, həyasız düşmənə müqavimət göstərmək, gənclərə arxalanmaq, mərcəiyyətlə olan əlaqəni qorumaq və gücləndirməkdən keçir”.
Görüşün əvvəlində İraq kimi mühüm bir dövlətin prezidenti seçildiyi üçün cənab Bərhəm Salehi təbrik edən İslam İnqilabının Rəhbəri İran və İraq xalqlarının köklü, dərin və tarixi əlaqələrinə işarə edərək dedi: “Bu iki xalqın əlaqələrinin analoqu yoxdur. Böyük Ərbəin yürüşü bunun bariz nümunəsidir.”
Həzrət Ayətullah Xamenei bu ilki Ərbəin yürüşündə iki milyondan artıq iranlının iştirak etdiyini qeyd edərək dedi: “Qayıtdıqdan sonra bütün iranlı zəvvarların qəlbi İraq xalqına, göstərdiyi qonaqpərvliyə görə təşəkkür hissi ilə doludur. Bu, iranlı zəvvarlara ev sahibliyi edərkən iraqlılqarın göstərdiyi ən yüksək alicənablıqdan xəbər verir. Bu qonaqpərvərlik və iki millər arasındakı sevgi və məhəbbətlə müşayiət olunan əlaqə yalnız incəsənət dili ilə izah edilə bilər”.
Ərbəin günlərində göstərdikləri misilsiz qonaqpərvərliyə görə prezident, baş nazir, digər məsul şəxslər və İraq xalqına təşəkkürünü bildirən İslam İnqilabının Rəhbəri keçən dövrlər ərzində İraq xalqının çəkdiyi acılara və qatlaşdığı çətinliklərə işarə edərək dedi: “Diktatura dövrlərindən sonra İraq xalqı artıq dövlət, müstəqillik, azad seçim və azad seçki hüququ əldə etmişdir. Bəzi bədxah dövlətlər İraq xalqının bu böyük qələbəni və nailiyyəti dadmamasını, İraq və regiondə sabitliyin olmamasını istəyir”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu planlara qarşı yeganə mübarizə yolu ərəb, kürd, şiə və sünni olmasından asılı olmayaraq, bütün iraqlılar arasındakı birliyi qorumaq və gücləndirməkdir”.
İslam İnqilabının Rəhbəri bilrdirdi ki, xarici siyasətdə dost və düşməni düzgün və dəqiq tanımaq çox mühümdür: “Bəzi region və qeyri-region dövlətləri İslam, şiəçilik, sünniçilik və İraqa qarşı çox kinli və qəzəblidir; İraqın daxili işlərinə qarışırlar. Onların qarşısında qüdrətlə dayanmaq, açıq və həyasız düşmənə qarşı müqavimət göstərilməsi məsələsində qətiyyən tərəddüd edilməməlidir”.
Həzrət Ayətullah Xamenei İran və İraqın iki tərəfli əməkdaşlıqlarına toxunaraq dedi: “İslam Respublikasının rəhbərliyi İraqla olan əməkdaşlıqların genişləndirilməsində çox israrlı və qərarlıdır. Mənim də bu məsələ ilə bağlı inancım dərindir”.
O, əməkdaşlıqları artırmaq üçün hər iki ölkənin zəngin potensiallara malik olduğunu dedi: “İran üçün əziz İraqın güclü, müstəqil və mütərəqqi olması çox faydalıdır. Biz öz iraqlı qardaşlarımızın yanında olacağıq”.
O qeyd etdi ki, mərcəiyyətlə olan əalqələrin qorunması və inkişaf etdirilməsi çox əhəmiyyətlidir: “Mərcəiyyətlə olan əlaqə ayrı-ayrı mərhələlərdə həlledici olacaq”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, gənclərə arxalanmaq böyük işlərə imza atılmasına zəmin yaradacaq: “Gənclərə arxalanmağın fövqəladə nəticələr verməsinin ən bariz nümunəsi təkfirçi terrorizmlə mübarizə cərəyanında Həşdi Şabinin yaradılması olmuşdur. Bu, qorunmalıdır”.
Prezident Ruhaninin də iştirak etdiyi bu görüşdə İraqın prezidenti cənab Bərhəm Saleh İslam İnqilabının Rəhbəri ilə görüşün böyük bir fəxr olduğunu dedi: “Mən İran və İraq xalqlarını birləşdirən amillərin dəyişməz tarixi köklərinin olduğunu əsas tutaraq Tehrana açıq-aşkar bir mesajla gəlmişəm”.
Prezident Tehranda baş tutan müzakirələrə işarə edərək dedi: “Biz bütün sahələr üzrə əməkdaşlıqların əvvəlkindən daha çox inkişaf etdirilməsini və onun hər iki xalqın sosial, mədəni əlaqələri və ortaq maraqlarına layiq səviyyəsinə qaldırılmasını istəyirik”.
Ərbəində Hüseyn (ə) zəvarlarına xidmət göstərilməsinin İraq xalqı və dövləti üçün fəxr olduğunu deyən cənab Bərhəm Saleh vurğuladı ki, İraq Səddam diktaturası, habelə təkfirçi terrorizmlə mübarizə dövrlərində İranın göstərdiyi köməkləri unutmayacaq: “Biz mərcəiyyətin hikməti, ağlı və tədbirinin İraqın sabiliyi, stabilliyi və inkişafı üçün böyük bir nemət olduğunu düşünürük”.
O vurğuladı ki, yeni dövrdə İraq rəhbərliyinin ən mühüm prioriteti infrastrukturların bərpası, korrupsiya ilə mübarizə, İran xalqına uyğun xidmətlərin təqdim edilməsi, daxili islahat və milli birliyin gücləndirilməsidir: “Biz İraqı regionun güclü bir dövlətinə çevirmək istəyirik. Ümidvarıq ki, İraqın yenidən qurulmasında İslam Respublikasının imkanları və onunla olan əməkdaşlıqlardan əvvəlkindən daha çox faydalanacağıq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir