Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şəhidlik ruhiyyəsi artsa, şərq və qərbə meyllilik ortadan qalxar

İslam İnqilabının Ali Rəhbərinin 5 noyabr 2018-ci il tarixində təşkil edilmiş “Qəzvinin şəhidləri” adlı konfransın təşkilatçıları ilə görüşü zamanı verdiyi bəyanat bu gün səhər Qəzvinin konfars təşkil edilmiş eyni məkanında yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə Qəzvinin coğrafi, tarixi və mədəni mövqeyindən söz açaraq dedi: “Qəzvinin dahi şəxsiyyətləri, alimləri və uca şəhidləri, habelə bu əyalətin İslam İnqilabı və Müqəddəs müdafiə dövrlərinin böyük sınaqlarından üzüağ çıxmış tarixi keçmişi qürur mənbəyidir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, şəhidlər ölkənin mənəvi həyatının inkişaf və ideal məqsədlərə doğru hərəkətin qorunma səbəbidir: “Şəhid həyatda olduğu vaxt cismi və canı ilə İslama xidmət edir, şəhid olduqdan sonra isə mənəvi bir mühit yaratmaqla İslam cəmiyyətinə xidmət edir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, şəhidlərin səsi Allah-taaladan təsirlənmişdir: “Şəhidlərin xatirəsinin əziz tutulması bu oyadıcı və ayıldıcı səsi hər kəsin qulağına çatdırmaq, qəlbləri riqqətə gətirməkdir. Buna görə də əgər cihad və şəhidlik ruhiyyəsi artsa, şərq və qərbə, küfr və ateizmə meyl ortadan qalxar”.

Həzrət Ayətullah Xamenei şəhidlərin xatirəsini unutdurmağa və ya onların əzəmətli işinin böyüklüyünə xələl gətirməyə çalışanları tənqid etdi: “Müqəddəs müdafiə dövründən otuz il keçməsinə baxmayraq, şəhidlərin xatirəsi nəinki unudulacaq, əksinə, gündən-günə əbədiləşdiriləcək. Çünki şəhidlər nümunə və ülgüdürlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, şəhidlərin xatirəsindən maksimum dərəcədə isitfadə etmək və bu sahədə dəqiq və yaradıcı işlər görmək lazımdır: “Bəzən olur ki, bəzi adamlar şəhidlərlə bağlı mübaliğəyə yol verirlər. Halbuki şəhidlər canları və arzularından Allaha xatir keçiblər. Onların gördüyü iş o qədər əzəmətlidir ki, mübaliğəyə heç bir ehtiyac yoxdur”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /