İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Passiv Müdafiə Təşkilatının rəhbəri və məsul şəxsləri ilə görüşü zamanı Passiv Müdafiə Təşkilatının düşmənlərin yenilənən təhdidləri qarşısındakı günbəgün artmaqda olan əhəmiyyətindən danışaraq dedi: “Passiv Müdafiə Təşkilatı düşmənlərin mürəkkəb hücum metodlarına qarşı tamamilə ayıq, ciddi, elmli, dəqiq, modern və hərtərəfli fəaliyyət göstərməli, istənilən növ nüfuza qarşı müqavimət göstərməlidir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkə rəhbərlərinin bütün sahələrdə passiv müdafiənin əhəmiyyətini nəzərə alması vacibdir: “Əgər ölkə rəhbərliyi bu məsələnin əhəmiyyətini dərk etməsə və passiv müdafiə sistemi lazım olan şəkildə inkişaf etdirilməzsə, ölkə bəzən qarşısıalınmaz təhdidlərlə qarşılaşacaq. Buna görə də ölkənin istər hərbi olsun, istərsə də qeyri-hərbi - ayrı-ayrı sahələrinin məsul şəxsləri passiv müdafiə sistemi ilə tam və lazımlı şəkildə əməkdaşlıq etməlidir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir