Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin planı İran haqqında yanlış illüstrasiya yaratmaqdır

Bu gün (çərşənbə günü) səhər ölkənin iki mindən çox yüksək elmi istedada malik olan gənc elitası ilə görüşdə İranın on minlərlə intellektinin səy və fəaliyyətinin ölkənin real və ümidverici mənzərəsindən xəbər verdiyini deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei gənc elitanın gələcəklə bağlı nəzərdə tutulmuş düzgün proqram, İranın elmi inkişafı, bəşəri biliklərin sərhədlərinin genişlənidirlməsi, elita ilə dövlətin qarşılıqlı, ikitərəfli və daha ciddi əlaqlərinin olması, elitanın iş qüvvəsi xəzinəsinin ağılla qorunması və ondan düzgün istifadə eilməsi, milli kimliyin gücləndirilməsi, ölkə elitasının idealizmindəki rolunun zəruri olduğunu dedi: “İranın vəziyyəti ilə bağlı yanlış, mənfi və ümidsizlik aşılayan illüstrasiya yaratmaq düşmənin bu gün gündəliyində olan ən mühüm proqramdır. Amma Allahın lütfü ilə ölkənin real tablosu, ümumilikdə, imperializmin canlandırdığı illüstrasiyasının tam əksidir”.

Çıxışının əvvəlində gənc elita ilə görüşün sevindirici və ümidverici olduğunu deyən İslam İnqilabının Rəhbəri istedadlı gənclərin bir neçəsinin çıxışına işarə edərək dedi: “Bu mövzular, əsasən, çox ciddi, şübhə doğurmayan və mənim də israrla vurğuladığım mövzulardır. Möhtərəm rəhbərlik onlarla ciddi məşğul olmalıdır”.

Həzrət Ayətullah Xamenei istedadlı gənclərin ayrı-ayı sahələrə milli və transmilli təsirindən söz açaraq dedi: “On minlərlə intellektin olması bir cəhətdən də ölkənin doğru və real mənzərəsini əks etdirir, nəticdə sevinc və ümid yaranmasına səbəb olur. Elitadan istifadə edərkən ölkənin ayrı-ayrı məsələləri ilə bağlı proqramların çərçivələri hökmən, təkmilləşdirilməli və onların fikirlərindən istifadə edilməlidir”.

O dedi: “Gənc, fəal, qayğıkeş, yüksək əhval-ruhiyyəli və zəhmətkeş elitanın ayrı-ayrı sahələr, o cümlədən neft sektoru ilə bağlı fikirlərindən istifadə edilməli və neft iqtisadiyyatının müstəqil və elm əsaslı müqavimət iqtisadiyyatına çevrmək üçün proqram işlənib hazırlanmalıdır”.

İslam İnqilabının Rəhbəri elitanın ölkənin elmi inkişafındakı roluna toxunaraq dedi: “Elitanın bilik və bacarıqlarından düzgün və müvafiq şəkildə istifadə edilməsi ölkədə elmin inkişafına, nəticədə, izzət və iqtidar əldə etməsinə, xəsarətlərin azalmasına səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər elmi cəhətlərdən inkişaf etsək, bizim mədəni, siyasi və iqtisadi düşmənlərimizin təhdidi davamlılığını itirib azalacaq”.

O bildirdi ki, ölkə elitasının təsir sahələrindən biri də qlobal elmi sərhədlərin aşılmasında rol ifa etməkdir: “Son əsrlərdə elmin sərhədlərinin genişləndirilməsindəki payımız çox az olmuşdur. Ölkənin gənc elitasının imkanlarından istifadə edərək beynəlxalq elm və kəşflərin sərhədlərini genişləndirməliyik”.

Həzrət Ayətullah Xamenei dedi: “Gənclər tarixi araşdırmaqla İslam İnqilabının Qələbəsindən əvvəlki 20 illik acı dövrdən - intellektual və istedadlı insanlar diqqətdən kənarda qaldığı üçün ölkənin gerilədiyi vaxtdan - xəbərdar olmalı və indiki dövrün qədrini bilməlidirlər”.

O vurğuladı ki, qacarlar və pəhləvilər dövründə İran elm baxımından ən geridə qalmış ölkələrdən biri olmuşdur: “Halbuki İranın əhalisi dünya əhalisinin 1 %-ni təşkil edir. Pəhləvilər dövründə bizim elm istehsalındakı payımız 1 % olmuşdur. Hal-hazırda isə İranın elm istehsalındakı payı dünya üzrə 2%-ə çatmışdır ki, bununla da qane olmaq olmaz”.

İslam İnqilabının Rəhbəri pəhləvilər dövründə elm və biliyə əhəmiyyət verilmədiyini göstərən bir nümunə də qeyd edərək dedi: “Ölkənin ilk universiteti hesab edilən Tehran Universitetinin yarandığı vaxtdan, yəni 1934-cü ildən başlayaraq 1978-ci ilə qədər bir dövrü əhatə edən 44 il ərzində bütün ölkə üzrə tələbələrin sayı 15 min nəfər olmuşdur. Ancaq indi İslam İnqilabının qələbəsindən 40 il keçir. Hal-hazırda ölkədəki tələbələrin sayı 4 milyondan çoxdur”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu cür müqayisələr iki hökumət və iki dövlət arasındakı fərqləri açıq şəkildə göstərir: “O qaranlıq dövrdə ölkənin elmi, etik və siyasi geriliyinin əsas səbəbi xalq qarşısında təkəbbürlü davranan, xalqın maraqlarını düşünməyən, özgələr qarşısında ikiqat olan uğursuz, dünyapərəst və asılı hakimlərin varlığı idi”.

O vurğuladı: “Hamımız o acı dövrdən xilas olduğumuza və indiki nailiyyətlərə görə İslam Respublikasına və dahi İmama təşəkkür etməliyik”.

İslam İnqilabının Rəhbəri sonra elit və intellektual gənclərlə bağlı bir neçə tövsiyə verdi.

Onun birinci tövsiyəsi elita ilə ölkənin idarəetmə sistemi arasındakı ikitərəfli qarşılıqlı əlaqənin vacibliyi ilə bağlı oldu: “Bir tərfədən məsul şəxslər elita ilə qarşılıqlı əlaqlərə ciddi yanaşmalı, xidmətlər təqim etməli, onların işlərinə mane olan maneələri aradan qaldırmalıdır, digər tərəfdən də elita bütün imkanlarını ölkənin inkişafına sərf etməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, yaxşı insan resursları, dinamik və irəliləyən elita böyük bir xəzinə və sərvətdir: “Bu sərvət də digər xəzinələr kimi imperialist sistemin tamah və soyğununa məruz qalıb. İmperializm bu sərvətdən özü üçün istifadə edib elm və texnologiya sahəsində, yəni sərvət və qüdrət faktorları sahəsində manapoliya yaratmaq istəyir”.

Ölkənin nüvə texnologiyası üzrə alimlərinin terror edilməsinə işarə edən İnqilabın Rəhbəri bildirdi ki, elitanın fiziki həyatına son vermək bu xəzinəni xalqların əlindən çıxarmaq istəyən imperialist sistemin həyata keçirdiyi metodlardan biridir: “Fiziki yoxetmə ilə yanaşı, mədəni məhv etmə və elit və istedadlı gəncləri digər işlərlə məşğul etmək ölkənin bu böyük sərvətini yox etmək üçün imperializmin tətbiq etdiyi metodlardan biridir. Buna görə də məsul şəxslər və elita ayıq və sayıq olmalıdırlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkə elitasının imperializmin kələklərinə qarşı mübarizə yolu milli kimliyi möhkəmləndirmək və intellektlər arasında idelizmin olmasından keçir: “Bizim gənc elita iranlı və müsəlman olması, milli kimliyi, özünün çox şərəfli ideyaları və tarixi ilə fəxr etməlidir”.

O vurğuladı: “Düşmənin planlarından biri ideya və kimliyi yox etməkdir. Hər kəs bu hücum nöqtəsinə diqqət yetirməli və ehtiyatlı olmalıdır”.

İslam İnqilabının Rəhbərinin elitaya verdiyi tövsiyələrdən biri bu oldu ki, elita ölkənin mühüm problemləri və xalq qarşısında daşıdıqları məsuliyyətdən xəbərsiz qalmamalıdır.

Həzrət Ayətullah Xamenei dedi: “Elita öz ixtisas mühitində itib-batmamalı, cəmiyyətin müstəqillik, ədalət, inkişaf və sosial zədələr kimi problemlərinə laqeyd olmamalıdır”.

O, elitaya səslənərək vurğuladı: “Əgər siz elitzmi ədalətlətpərvərlik, müstəqillik və milli kimlik bayrağı altında həyata keçirsəniz, onun dəyəri mütləq, daha çox olacaq”.

Həzrət Ayətullah Xamenei əziz İrana qarşı həyata keçirilən iqtisadi, siyasi və təhlükəszilik müharibəsinə işarə edərək dedi: “Heç bir elit bu müharibəyə laqeyd qala bilməz”.

İslam İnqilabının Rəhbəri düşmənin çox kəskin şəkildə həyata keçirdiyi təbliğat və media müharibəsini məcburi müharibəyə bənzədərək dedi: “Bizim təbliğat imkanlarımız Müqəddəs Müdafiə dövrünün əvvəllərində olduğu kimi, aşağadır. Ancaq həmin müharibədə qalib gəldiyimiz kimi, Allahın lütf üilə bu müharibədə də heç şübhəsiz, qalib gələcəyik”.

O bildirdi ki, yanlış ilüüstrasiya düya və İrandakı ictimai rəyi çşdırmaq üçün düşmənin bu gün gördüyü ən mühüm işdir: “bizim gənc elitamız bu ağır qarşıdurmada İranın qələbəsi və başının uca olması üçün öz vəzifəsinə əməl etməlidir ”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən gənc elita üçün belə bir gündəlik təyin etdi: “Ətalətpərvərlik, manapoliyanın sındırılması, zülmə qarşı mübarizə, xalqın problemlərinə həssas yanaşıb onlarla məşğul olmaq bayrağı altında elmi fəaliyyət”.

İslam İnqilabının Rəhbəri Elita Fondu ilə bağlı bir neçə nüansa aydınlıq gətirərək fondun gördüyü işlərə görə onlara təşəkkürünü bildirdi və onun məsul şəxslərinə gecə-gündüz bilmədən çalışmağı israrla tövsiyə etdi: “Elitanın tanınması, cəlb edilməsi, yönləndirilməsi, tənzimləndirilməsi, elit insnaların sözlərinin dinlənilməsi və problemlərinin həllində gecə-gündüz tanımayın”.

Tənbəllikdən uzaq olmaq, davamlı təşəbbüskarlıq, elit insanların fonda cəlb edilməsi vəzifəsi daşıyan sahədə metodların yenilənməsi, şəxsiyyət formalaşdran fəaliyyətlər üçün dəqiq və doğru proqram tərtibatı, Rəhbərin universitetlərdəki nümayəndəliklərindən istifadə, elm əsaslı şirkətlərdən istifadə, bu şirkətlərin qanun-qaydalarının tənəzzülə uğramamsında diqqətli olmaq İnqilabın Rəhbərinin Elita Fondunun məsul şəxslərinə verdiyi tövsiyələrdən oldu.

O, habelə bildirdi ki, ölkənin orta səviyyəli idarəetmə işlərində elit insanlardan istifadə etmək mühüm əhəmiyyət daşıyır: “Elit gəncin ilk idarəetmə səviyyələrində təcrübəsinin olmaması mümkündür. Amma orta səviyyəli idarəetmələrin elit gənclərə ehtiyacı var”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir hissəsində universitetlərin ölkədə mövcud olan problemlərin həllindəki iştirakını qəbul etməyən təsəvvürü rədd edərək dedi: “Son qırx ildə universitet tələbələri ölkənin mühüm əsnaye sahələrində birinci dərəcəli rol ifa etmişlər”.

O qeyd etdi ki, hava sahəsi, bioloji elmlər, bənd salmaq, müdafiə sənayesi, müxtəlif yönləri ilə nüvə sənayesi, kök hüceyrələr, yeni tərkibli dərmanların hazırlanması o sənaye sahələrindəndir ki, universitetlər onların təşəkkülü və inkişafında qiymətli rol ifa edib.

İslam İnqilabının Rəhbəri həm də əlavə etdi: “Əlbəttə, universitetlərin fəaliyyətində aradan qaldırılması zəruri olan nöqsanlar çoxdur. Elit gənclər də bu gün onların bir neçəsini qeyd etdi”.

Həzrət Ayətullah Xamenei universitetləri bütün sahələrdə tədqiqat aparmağa çağırdı: “Universitetin sənaye ilə qarşılıqlı və faydalı əlaqələri daha da ciddiləşdirilməlidir”.

İnqilabın Rəhbəri həmin məsələ ilə bağlı xatırlatma edərək dedi: “Sənaye sahələri ilə əlaqlərin genişləndirilməsi və ehtiyacların öyrənilməsi sahəsində bəzi ölkələrdə olduğu kimi, elə yol tutun ki, tələbələrin müdafiə etdiyi elmi iş dövlət və ya özəl sektor tərəfindən himayəyə götürülsün”.

Tərtib edildiyi vaxtdan 9 il keçdikdən sonra hətərəfli elmi planın gündəmə gətirilməsi zərurəti və həmin planda yeni məsələlərin nəzərə alınması Rəhbərin məsul şəxslərə ünvanladığı başqa bir nüans oldu.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, sıçrayışlı inkişaf yolunu tutmuş ölkələrlə əlaqələr zəruridir: “Bu cür ölkələr əsasən, Aisyada yerləşir. Buna görə də gözümüz Qərbdə yox, Şərqdə olmalıdır. Belə ki, Qərb və Avropaya baxmayın, çünki bunun asılı olmaq, minnət götürmək və kiçilməkdən başqa bir faydası yoxdur”.

Ehtiyacları və prioritetləri öyrənmək üçün universitetlərin hökumətlə qaşılıqlı əlaqəsinin zəruri olduğunu vurğulayan İnqilabın Rəhbəri universitet müəllimləri və alimlərdən ibarət ayrı-ayrı qrupların, o cümlədən könüllü müəllimlərin məsul şəxsülərə məktub yazması və iqitsadi problemlərlə bağlı həll yolu təqdim etməsi kimi addımlardan məmnun olduğunu dedi: “Hökumətin bu həll yollarına nə qədər əməl etdiyini bilmirik, ancaq müəllimlər, elit və xoşməramlı gənclərin ölkə problemləri qarşısındakı məsuliyyət hissi çox sevindiricidir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda bir daha İranın vəziyyətinin mənfi illüstrasiyasını yaratmağa çalışan düşmənin səylərinə işarə edərək dedi: “Valyuta qiymətlərində qeyri-sabitlik və məişət problemləri var, ancaq ümumilikdə, ölkənin real tablosu - düşmənin acığına – imperialistlərin əziz İranla bağlı təqdim etdiklərinin əksidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezidentin elm və texnologiya məsələləri üzrə müavini doktor Səttari və Elmlər, Tədqiqatlar və Texnologiya naziri doktor Qulami ölkənin elmi şəraiti və elitası haqqında məlumat verdilər.

Habelə ölkənin elit və istedadlı gənclərindən 11 nəfəri müxtılif elmi, tədqiqat, idarəetmə və texnoloji məsələlərlə bağlı narahatlıqlarını və görüşlərini bildirdilər:

- Mustafa Zamaniyan, Strateji Sənədlərin Hazırlanması Üzrə elmi biliklərə əsaslanan şirkətin təsisçisi.

- Seyyid Əbülfəz Mirrəzi, Ədəbiyyat Olimpiadasının gümüş medalçısı

- Mustafa İsmaili Şayan, Regenerativ Enerjilər Mühəndisliyi ixtisasi üzrə doktorant

- Əhməd Abniki, Sənaye Şərif Universitetinin Kompüter Mühəndisliyi fakültəsinin tələbəsi

- Əmin Cahanbəxşi, Postdoktorluq pilləsinin tələbəsi, Elitalar Milli Fondunun üzvü

- Əli Nizami, Ümumrespublika Fizika Olimpiadasının gümüş medalçsı

- İlham Heydəri xanım, Doktor Kazım Aştiyani Mükafatı lauriyatı

- Sara Məhəmmədi, Beynəlxaq Riyaziyyat Müsabiqəsi və Biologiya Olimpiadasının ən üstün şəxsi

- Mənsurə Nadiripur, Elitalar Milli Fondunun mükafatçısı

- Niku Pənahi, Kimya Olimpiadasının qızıl medalçısı

- Zeynəb Əkbəri, ölkə üzrə nümunəvi tələbə; Şagird Olimpiadasının gümüş medalçısı

Çıxış edənlərin toxunduqları mövzular:

- Elit gənclərin ölkənin qərar qəbul edən və idarəetmə sahələrindəki iştirakının zəruriliyi

- Qeyri-rəsmi tərbiyə sahəsi ilə bağlı strateji proqram və elmi nizamnamənin hazırlanmasının zəruriliyi

- Humanitar elm sahələrindəki formal dəyişiklik və dəyişiklik məsələsinə göstərişə əsaslanan münasibətin tənqidi

- Məsul şəxslərin təhsil sahəsindəki elitaya qayğı göstərməsi və onların fəaliyyət yolunu hamarlamalarının əhəmiyyəti

- Universitetlərdəki tədqiqatlar və elmi işlər ölkənin ehtiyaclarının aradan qaldırlması və əhalinin məişətinin yaxşılaşdırılmasında istifadə edilməlidir

- Bir məsələyə diqqət yetirmək lazımdır ki, ümummilli gəlir və məşğulluğun yaradılması istehsalın və məhsuldarlığın artırılması ilə şərtlənir

- Tədqiqat layihələrinin icrası üçün büdcə kəsirinin olmasının tənqidi

- Şəhər ətraflarında müalicə mərkəzlərinin imkanlarının artırılmasının zəruriliyi

- Ölkənin problemlərini həll etmək üçün kiber texnologiyalardan istifadə edilməməsinin tənqidi

- Fars dilinin qorunmasının zəruriliyi və medianın fars dili sahəsinə az diqqət göstərməsinin tənqidi

Görüşün sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Zöhr və Əsr namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /