Ölkənin qarşıdan gələn əlli illik inkişaf ideyaları, mühüm əsasları, arzuolunan istiqamətləri, həmin ideyaların reallaşmasında təsiri olan tədbirləri ehtiva edən İran İslam Respublikasının İnkişaf Modeli hazırlandıqdan sonra İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət qurumlarını, elmi mərkəzləri, mütəxəssis və ekspertləri bu sənədin müxtəlif yönlərini dərindən araşdırmağa və onun təkmilləşdirilməsi və daha da optimallaşdırılması ilə bağlı təkliflər verməyə çağırdı.
O, İran İslam Respublikasının İnkişaf Modeli Mərkəzinə bildirişdə adı çəkilən qurumlarla məsləhətləşərək təkmilləşdirici rəy və təklifləri dəqiq araşdırmağı, onlardan faydalanmağı, maksimum iki il ərzində İran İslam Respublikasının İnkişaf Modelinin təkmilləşdirilmiş yekun nüsxəsini təsdiq və təyinat üçün təqdim etməsini göstəriş verdi. Belə ki, XV (h.ş) yüzilliyin əvvəlindən başlayaraq bu modelin icrasına arzuolunan sürətlə start verilməli və ölkənin idarəçiliyi ona əsaslanmalıdır.
İslam İnqilabının Rəhbərinin bildirşinin tam mətni:
Bağışlayan və Mərhəmətli Allahın adı ilə
Allaha şükürlər olsun ki, İran İslam Respublikasının İnkişaf Modelini hazırlamaq məqsədi ilə mütəxəssis, universitet və dini tədris ocaqlarının müəllimləri və gənc intellektlərindən ibarət bir neçə minlik heyətin göstərdiyi sistemli fəaliyyət Allahın hidayəti və yardımı ilə yeddi ildən sonra İslam İnqilabının qələbəsinin qırxıncı ilində öz nəticəsini verdi. Ölkənin qarşıdan gələn əlli illik inkişaf prinsiplərini və ideyalarını, onun arzuolunan inkişaf üfüqlərinin təsvirini və sözügedən məqsədin həyata keçməsində effektiv rolu olan tədbirləri özündə ehtiva edən bu çox mühüm sənədin həyata keçməsi ilə ölkə inkişaf yolunu keçəcək, İranın həyatında İran İslam Respublikasının yeni sivilizasiyası doğacaq. Əlbəttə, bu layihənin reallaşması çox böyük və çətin bir iş olsa da, mümkün və şirindir.
İndi isə bu mühüm sənədin hazırlanması və hazırlanmasına cavabdeh olan mütəfəkkir, alim və ekspertlərə təşəkkürümü bilrirərək qərara alıram:
1. Dövlət Məsləhət Şurası qoşma sənədi ümumi siyasətlərin yüksək çərçivəsi kimi daim diqqət mərkəzində saxlamalı, onun yetərliliyindən əmin olmaq üçün təkmilləşdirici təklifləri qeyd edilən məqamda təqdim etməli və İran İslam Respublikasının İnkişaf Modelinin son nüsxəsi elan edildikdən sonra dövlətin ümumi siyasətlərini bu modelə uyğunlaşdırmaq məqsədi ilə dövlətin ümumi siystələrinə yenidən baxmalıdır.
2. İslam Şurası Məclisi hazır sənədi milli aspektdən araşdırmalı, dövlət proqramı qanunlarının yüksək sənədi kimi onu təkmiləşdirilməsində zəruri olan nüansları təklif etməli, layihələrin hazırlanması və təsdiqi üçün son nüsxə çərçivəsində lazım olan hazırlıq işləri görməlidir.
3. Hökumət ötəri mülahizələri bir kənara qoyub bu sənədi icra və transformasiya imkanı aspektindən araşdırmalı və onun təkmilləşdirilməsi istiqamətində praktiki təkliflər təqdim etməli, bu məqsəddən ötrü paytaxt və əyalətlərin adminstrativ və ekspert ehtiyatından istifadə etməlidir.
4. Milli Təhlükəsizlik Ali Şurası, Mədəni İnqilab Ali Şurası, Virtual Məkan Ali Şurası öz vəzifələri çərçivəsində bu model nüsxəsini araşdırmalı və təkliflərini verməlidir.
5. Universitetlər, elmi-teoloji mərkəzlər və ekspertlər bu sənədi dərindən araşdırmalı və onu təkmilləşdirmək üçün bəlli təkliflər verərək ölkənin inkişaf hədəfi və yolunun təsvirində əvvəlkindən daha çox iştriak etməlidir.
6. İran İslam Respublikasının İnkişaf Modeli Mərkəzi yuxarıda adı çəkilən qurumlarla məsləhətləşib onların hazır model nüsxəsini hansı müddətə araşdıracaqlarını ehtiva edən proqram tənzimləməli, təkmilləşdirici fikir və təklifləri qəbul etdikdən sonra onları diqqətlə araşdırıb istifadə etməlidir. Allahın izni ilə İran İslam Respublikasının İnkişaf Modelinin təkmilləşdirilmiş nüsxəsi qarşıdan gələn maksimum iki ilə ərzində təsdiq və təyinat üçün təqdim ediləcək.
7. Bundan sonra dövlətin bütün qurumlarının modelin icrasına hazır olması və əhalinin bu işə yardım göstərə bilməsi üçün bir zaman təyin ediləcək. Beləliklə XV (h.ş) əsrin əvvəlindən başlayaraq qənaətbəxş hazırlıq işləri və arzuolunan sürətlə İran İslam Respublikasının İnkişaf Modelinin icrasına start veriləcək və ölkənin idarəçiliyi ona əsaslanacaq.
8. Tele-radio şirkəti və ölkənin rəsmi təbliğat və informasiya qurumları sözügedən fəaliyyətlərlə bağlı məlumat verəcək. Bu mühüm işin gündəlik rəqabətlərə qurban getməməsi üçün modelin hazır nüsxəsinin tədqiqi və təkmilləşdirilməsi yuxarıda qeyd edilən qurumlarda mərkəzləşdiriləcək.
İnkişaf insanlar, normalar və mexanizmlərin arzuolunan şəkildə dəyişməsi ilə şərtlənir. Buna görə də o, iman, əzmkarlıq, milli fəaliyyət, səbr, hərtərəfli davamlı fəaliyyət və ən üstünü isə Allahın lütfkarlığından asılı olan tədrici və uzunmüddətli bir prosesdir. İnkişaf Allahın güc və qüdrəti sayəsində inşallah, İslam İnqilabının davamılığı çərçivəsində bu xalqa lütf ediləcək.
Seyyid Əli Xamenei
14 oktyabr 2018
İran İslam Respublikasının Baza İnkişaf Modeli
Bağışlayan və Mərhəmətli Allahın adı ilə
Baza modeli İran İslam Respublikasının elm, fikir, mənəviyyat, İran İslam Respublikasının yeni sivilizasiyasına hədəflənmiş həyat müstəvisindəki gələcək yarım əsrlik inkişaf modelinin sərhədlərini və İranın arzuolunan ümumi inkişaf yolunun təsvirini ehtiva edir. İranlı mütəfəkkirlər və elm adamlarının genişmiqyaslı iştirakı ilə işlənib hazırlanmış bu modeldə İranın mədəni irsi, sosial və iqlim tələbləri nəzərə alınmışdır. Model elmi metodlara əsaslanır. Burada ümumdünya nailiyyətlərindən və beynəlxalq inkişaf prinsiplərinin tədqiqindən istifadə edilmişdir. Model prinsiplər, ideyalar, missiya, perspektiv və tədbirlər planını ehtiva edir.
Prinsiplər inkişafa hədəflənmiş ən mühüm universal elmi, fəlsəfi və islami prezumpsiyaları təqdim edir. İdeyalar inkişafa istiqamət verən, zaman və məkanın fövqündə dayanan dəyərlərdir. Prinsiplər və ideyalar modelin İslam aspektini təmin edir. Missiya İran İslam Respublikası ilə xalqın inkişaf sahəsindəki ortaq razılaşmasıdır. Perspektiv cəmiyyətə modelin ideyaları və İranın qarşıdan gələn yarım əsrlik həyatının təsvirini təqdim edir, cəmiyyətin, xalqın bütün fərdlərinin, və İran hökumətinin nəzərdə tutulan dövr ərzindəki real hədəflərini müəyyən edir. Tədbirlər ölkənin əsas peoblemlərini həll etmək və perspektivə nail olmaq məqsədi daşıyan milli imkanların çiçəkləndirilməsinə xidmət edən qərarların qəbul edilməsi, əsaslı və uzunmüddətli addımların atılmasıdır. Bu model xalqın və İran İslam Respublikasının məsul şəxslərinin möhkəm imanı, sarsılmaz əzmkarlığı, böyük və tədbirli fəaliyyəti ilə icra ediləcək.
Prinsiplər
Allahtanıma prinsipləri
- Allah və tövhidmərkəzlik möminlərin fərdi və sosial həyatının əsasını təşkil edir. Allah varlıq aləminin mütləq hakimi və maliki, tək, elmli, hikmətli, ehtiyacsız, aləmləri rəbbi olan, bağışlayan, mərhmətli, doğru yola yönəldən hidayətçi və qanunverici məbududur.
- O, ədalətli yaradan, qanunverici və cəzalandırandır.
- Yaranmışlara ruzi verən, onların problemlərini həll edən və çətinlikdən xilas edənidir. Dua və istəkləri qəbul edəndir.
- Möminlərin dostu, Allah yolunda cihad edən mücahidlərin yavəri, məzlumların hamisi, zalımlardan intiqam alan və öz əhdinə vəfa edəndir.
Kosmoloji prinsiplər
- Dünya bütün görünənləri və görünməyənləri, bilinənləri və bilinməyənləri ilə tövhid mahiyyətinə malikdir; ruhani, maddi, dünyəvi və axirət mərhələləri ilə daim Allaha doğru yüksəliş və kamilləşməkdədir.
- Dünyaya səbəb-nəticə sistemi hakimdir. Maddi dünya metafizik aləmlə yuxarıdan aşağıya doğru şaquli əlaqədədir. Dünyanı əhatə edən təsir amilləri maddi və təbii səbəblərlə məhdudlaşmır.
- Dünya əməl və sınaq meydanıdır. İnsanın ixtiyari yüksəlişi, kamilliyi və mənəvi süqutunun baş verdiyi yerdir. Dünya Allahın qoyduğu dəyişməz qanunlara əsasən insanların davranışlarına reaksiya verir.
- Allah maddi dünyanı, onu abad edəcək əmanətdar insanın ixtiyarına verib ki, ondan ədalətli və səmərəli şəkildə istifadə edəcəyi təqdirdə ehtiyaclarını təmin etsin.
Antropoloji prinsiplər
- İnsanın yaranışının məqsədi Allahı tanımaq, Ona ibadət və bu ibadət sayəsində Allaha yaxınlaşmaq və ilahi xəlifə məqamına yüksəlməkdir.
- İnsanın həqiqəti fitri və təbii yönlərin, cismani və ruhani səciyyələrin məskənidir.
- Mənbəyi İlahi nəfəs olan fitri yön zati ləyaqətin, Allahpərəstlik xüsusiyyətlərindən faydalanma, dindarlıq, kamilliyə meyllilik, həqiqət axtarışı, xeyirxahlıq, gözəllik sevərlik, ədalətpərvərlik, azadlıq və digər ali dəyərlərin mənşəyidir. Necə ki, təbii yön müxtəlif tipli maddi ehtiyaclar və xüsusiyyətlərin mənşəyidir. İnsan bu iki qrupa bölünmüş xüsusiyyətlərin tələb və ehtiyaclarının qarşılıqlı mübarizəsi, onların məntiqli və ədalətli idarəçiliyi sayəsində qazanılan kamilliklərə nail olur.
- İnsan ixtiyari kamillik və səadətə malikdir. Doğru seçim edəcəyi, ilahi hidayətdən yapışacağı və rasional inkişaf yolunu seçəcəyi təqdirdə kamillik və xoşbəxtliyin son mərtəbəsinə yüksələ bilər.
- İnsanın həyatı, dünyasını dəyişdikdən sonra davam edir. Axirət həyatının forması insanların dünya həyatındakı inancı, baxışı, xarakteri, əxlaqı, reaksiyası və davranışına əsaslanır.
- Daha öncə qeyd edilən əsaslara görə insan müəyyən hüquqlara, o cümlədən məntiqli yaşamaq, ayıqlıq, mənəvi və etik həyat, məsuliyyətlə şərtlənən azadlıq, taleyin təyin edilməsi və ədalətli mühakimədən istifadə etmək hüququna malikdir.
- İnsan sosial varlıqdır; ehtiyaclarının çox hissəsinin təmin edilməsi və istedadlarının çiçəkləndirilməsini sosial iştirak və qarşılıqlı əlaqədə axtarır.
Sosioloji prinsiplər
- Cəmiyyət müxtəlif ehtiyacların təmin edilməsi və istedadların çiçəkləndirilməsi istiqamətində ortaqlıq və qarşılıqlı əlaqələrin yatağı rolunda çıxış etsə də üzvlərin fərdi kimliyini, ixtiyar və məsuliyyətini inkar etmir. Sadəcə, fərdlərin baxışı, meyli, xarakteri, imkanı və fəaliyyətinə istiqamət verə bilər və onlar başqalarından, xüsusilə elit təbəqədən təsirlənə bilərlər.
- Cəmiyyətin strukturu əsasən, mədəniyyətə əsaslanır. Cəmiyyət, sanki kimlik və ruh rolunu ifa edən mədəniyyətin hissələrini , irili-xırdalı komponentlərini təşkil edir.
- Cəmiyyəti təşkil edən ən fundamental vahid ailədir. Ailə sosial mədəniyyətin yaranması, qorunması və inkişafında əvəzsiz rol oynayır.
- Cəmiyyətlər bir sıra fərqlərin olmasına baxmayaraq, ilahi və obyektiv qanunların təsirini qəbul etməkdə ortaqdırlar.
- Cəmiyyətə və tarixə hakim olan ilahi qanunlardan bir neçəsi: sosial dəyişikliklər insanın özü və iradəsi ilə sıxı bağlıdır; nemət bolluğu təqva, ədalət və əzmkarlıqla şərtlənir; cəmiyyətin əzab və bəlaya düşməsi zülm, fəsad, günahın artması, yaxşıya çağırış və pisdən çəkindirmə prinsipinin tərk ediləcəyi təqdirdə qaçılmazdır; möhlət vermək, əzaba düçar etmək və möminlərin batil üzərində qələbəsi.
- Sosial dəyişikliklər mədəni, sosial, individual, coğrafi, siyasi, iqtisadi, elmi və texnoloji amillərin təsiri altında baş verir.
- Dini cəmiyyət dini prinsiplər və dəyərlərə əsaslanan sosial münasibətlərin təşəkkülünə əsaslanır. Cəmiyyətin üzvlərinin fərdi dindarlığı təklikdə dini cəmiyyətin reallaşmasına zəmanət vermir.
- Tarixin bütün maddi və mənəvi yönlərdən mütərəqqi gələcək istiqamətinə yönəlməsi iman və təqvanın hakimiyyəti, habelə məsum imamın (ə) rəhbərliyi sayəsində mümkündür.
- Həqiqi inkişaf İslam dininin hidayəti, ilahi öndərin rəhbərliyi, bütün insanların ortaqlığı və birliyi, Allahın sözünün gerçəkləşməsinin əsas məqsədinə diqqət sayəsində baş verəcək.
Aksioloji prinsiplər
- Dəyərlərin gerçək kökləri var, onların kökləri sabit, mütləq və universaldır.
- Dəyərlərin əsasları ağıl və fitrət, təfsilatları isə kitab və sünnə vasitəsi ilə aydınlaşıdırıla biləndir.
- Dəyərlər insanın Allahla, özü ilə, digər insanlar və yaranmışlarla olan əlaqə müstəvilərində cərəyan edir.
- Dəyərlərin reallaşması dünyəvi inkişafa və axirət xoşbəxtliyinə səbəb olur.
Teoloji prinsiplər
- Din insanların dünya və axirət xoşbəxtliyini və kamilliyini təmin etmək üçün Allah-taala tərəfindən göndərilmiş əhatəli bir maarif və məişət vasitəsidir.
- Kamil, universal və son din sonuncu Peyğəmbərə (s) göndərilmiş, onun vasitəsi ilə təbliğ edilmiş, təfsilatı isə Peyğəmbərin (s) özü və Əhli-beytinin (ə) sünnəsində bəyan edilmiş İslamdır.
- İslam varlıq sistemi və insanın təbiəti ilə uyğunluq təşkil edir; nəzəri, praktiki, fərdi, sosial, dünyəvi və axirət ehtiyaclarının təminində əvəzsiz rol ifa edir. Bu cəhətdən də sivilizasiyanın təşəkkülü və inkişaf modelinin təqdimində tam qüdrətə malikdir.
- İslam sabit və stabil əsas və prinsiplər çərçivəsində, habelə etiqad, əxlaq, şəriət sahələrində, İslam fiqhinin elastik komponentlərinə əsasən zaman və məkanın yenilənən ehtiyaclarına cavab vermək iqtidarındadır.
- Sağlam düşüncə, elm və rasional təcrübələrdən istifadə İslamın israr ediyi cəhətdir. Vəhy ağlın inkişaf sabəbi hesab edilir. Buna görə də İslama əsaslanan mədəniyyət və inkişafda İslam prinsipləri, dəyərləri və təlimləri ilə yanaşı ağıl və elmə əsaslanma da yer tutur.
İdeyalar
- İran İslam Respublikasının İnkişaf Modelinin ideyaları inkişafa istiqamət verən, zaman və məkanın fövqündə dayanan fundamental dəyərlərdir. Bu dəyərlərin ən əsas hissəsi ilahi xəlifəliyə və pak həyata nail olmaqdan ibarətdir. Pak həyatı təşkil edən ən mühüm dəyərlər bunlardır: həqiqətləri bilmək, qeybə iman, fiziki və psixoloji sağlamlıq, həmnövlərlə birlikdə yaşamaq və yola getmək, müsəlmanlarla qardaşlıq və mehribanlıq, düşmənlərə qarşı müqtədiranə müqavimət, təbiətdən faydalı və ədalətli istifadə, ağıl, təfəkkür, məsuliyyətlə şərtlənən azadlıq, cəmiyyətə və qanuna əsaslanan inzibati qaydalar, hərtərəfli ədalət, əməkdaşlıq, məsuliyyət, sədaqət, özünütəmin, müstəqillik, təhlükəsizlik və bolluğa nail olmaq.
Missiya
Xalqın və İran İslam Respublikasının missiyası İran mühitində ideyalara uyğun yeni İslam sivilizasiyasının yaradılması istiqamətində rasional, imanlı və məsuliyyətli hərəkət.
Perspektiv
1444-cü hicri şəmsi ilində (miladi: 2065-ci il) İran xalqı dindar, ümumilikdə Qurana, Peyğəmbər (s) və Əhli-beytin (ə) sünnəsinə əməl edən, İran İslam ailəsinə xas olan həyat tərzini seçmiş, cihad ruhiyyəli, qanunpərəst, dəyərləri qoruyan, İslam İnqilabı irsi və milli kimliyinə malik, istedadlarına uyğun tərbiyə edilmiş, ən elm, mənəviyyat və sənət mərəhələlərində ən yüksək zirvəyə bağlı, daha uyğun peşə məşğulluğu, təhlükəsizliyi, asayişi və sağlamlığı olan, dünya müstəvisində ən yüksək orta yaş həddinə malik bir xalqdır.
* * *
1444-cü (h.ş) ilə qədər İran İslam humanitar elmləri sahəsində qabaqcıl yer tutmuş, beynəlxalq səviyyədə yüksək mədəniyyətə malik olmuş, fikir, elm və texnologiya istehsalı sahəsində beş qabaqcıl ölkə sırasında yer almış, elmi prinsiplərə əsaslanan, özünü təmin edən, İslam mənəviyyatı və rasionallığına əsaslanan iqtisadiyyata yiyələnmiş və on böyük iqtisadi sistemdən birinə malik olmuşdur. O vaxta qədər ekoloji sağlamlıq, sabit və dəyişməz təbii mənbələr, su, enerji, qida təhlükəsizliyi minimum mühit bərabərsizliyi ilə təmin edilmişdir. Mənbələrin kəşfi, məziyyətlər yaradılması, yeni fürsətlər və nemət bolluğu nəsillər arasında ədalətə riayət edilməsi ilə hər kəs üçün müyəssərdir. Ölkədə yoxsulluq, fəsad və ayrıseçkiliyə son qoyulmuşdur. Ümumi zəmanət, əhatəli və hərtərəfli sosial təminat və hər kəsin ədalətli məhkəmə sistemindən asanlıqla istifadə etməsi təmin edilmişdir.
* * *
İran həmin vaxt ədalətli, cəsur və qüdrətli vəliyyi-fəqihin rəhbərliyinin davamlılığı, İslama əsaslanan sisyasətlər, qanunlar və normalara qənaətbəxş zəmanət verilməsindən fayalanır. Bu dövlət habelə xalqın sərvət və güc təhdidi olmadan seçkilərdə azad iştirakının təmin edildiyi səsverməyə əsaslanacaq, bir qrup savadlı insanın məsləhtlərindən sistemli şəkildə bəhrələnərək idarə ediləcək, tam gücü ilə izzətini, milli hakimiyyətini, müstəqilliyini, hərtərəfli təhlükəsziliyini və ərazi bütövlüyünü qoruyacaq, müsəlmanlar arasındakı vəhdət və qardaşlığın, regional sabitliyin və beynəlxalq sülh və ədalətin əsas faktoru olacaq.
1444-cü (h.ş) ildə İran artıq ümumi inkişaf və ədalət səviyyəsinə görə Asiyanın ilk dörd dövləti və dünyanın ilk yeddi dövləti sırasında yer alacaq, İslam cəmiyyətinə xas olan ən üstün keyfiyyətlərə malik olmaqla yanaşı, yeni İran İslam sivilizasiyasının beşiyi olacaq.
Tədbirlər
1. Günün tələblərinə cavab verən xalis Məhəmmədi (s) İslamın şərh və təbliği;
2. Tövhid, məad (axirətə inam) və qeybə iman səciyyəsi daşıyan mədəniyyətin gücləndirilməsi və dərinləşdirilməsi;
3. Quran mədəniyyətinin yayılması, Aşura mədəniyyətinin qorunması, bidət və təhrifsiz gözləmə vasitəsi ilə Əhli-beyt (ə) sevgisinin davam etdirilməsi;
4. İslamın etik təlimləri, mədəni normalar və dinin əməli təbliğinin geniş yayılması;
5. İslam İnqilabının dəyərləri və nailiyyətlərinin elmi və gerçək əsaslarla tanıtdırılması;
6. Vəhy, ağıl və elmə əsaslanan təhsil və təlim-tərbiyənin inkişaf etdirilməsi;
7. Cihad mədəniyyəti və ehtiyat tədbirlərinə əsaslanan toplu iştirak ruhiyyəsinə malik məsuliyyətli, yaradıcı və güclü işçi qüvvəsinin yetişdirilməsi;
8. Elm və mədəniyyət işçilərinin, xüsusilə orta məktəb və universitet müəllimlərinin mövqeyi və məşğulluq vəziyyətini yaxşılaşdırmaq, onlara hörmət və ehtiram göstərilməsi;
9. Evlilik prosesinin asanlaşdırılması, ailənin möhkəmləndirilməsi, bütün cəhətlərdən sağlam mədəniyyətin inkişaf etdirilməsi iləİran İslam ölkəsinin sağlam və ailəmərkəzli həyat tərzinin təbliği, yayılması və institutlaşdırılması;
10. Ölkə ərazisindəki mədəniyyət müxtəlifliyini qorumaqla İran İslamın simvollarının, xüsusilə geyim, memarlıq, şəhərsalma prinsiplərinin yaşadılması və inkişafına səy göstərilməsi;
* * *
11. Ağıl və din, elm və din, inkişaf və din, iranlı olmaq və müsəlmançılıq kimi ikili tərəflər arasında ziddiyyətin olmadığını göstərmək üçün tədqiqat və araşdırma aparılması, ölkənin elmi mərkəzləri və alimləri tərəfindən sərvət və mənəviyyatın yaradılması;
12. İslam mənbələri və prinsipləri, habelə dünyanın inkişaf nailiyyətlərindən faydalanaraq humanitar elmlər sahəsində orijinal, yerli və faydalı elmi istehsalın gücləndirilməsi və təbliği.
13. Fənlərarası elmlər, yeni və faydalı olan bir neçə fənnin araşdırmaları və tədqiqatlarının inkişaf etdirilməsi.
14. Ölkənin üstün elmi müəssisələri və alimlərinin beynəlxalq arenadakı uzunmüddətli və əsaslı fəaliyyətləri və fikir mübadilələri;
15. Cəmiyyətin ehtiyaclarının aradan qaldırılması və əsaslı problemlərinin həlli istiqamətində elmi nəticələr əldə etmək üçün ölkənin alimləri və üstün müəssisələrinə daha böyük dəstək verilməsi və qarşılığında onlar qarşısında tələb qoyulması;
16. Qeyri-rəsmi aktual və səmərəli məlumatlar və bacarıqların qiymətləndirilməsi, peşə və bacarıq tələb edən elmlərin inkişaf etdirilməsi, bacarığı artıran metodların rəngarəngliyinin təmin edilməsi;
17. Elmə əsaslanan yüksəlişə nail olmaq, əmtəə istehsalı və xidmətlər prosesində sənaye, dövlət, elm və tədqiqat müəssisələrinin qarşılıqlı əməkdaşlığı ilə elm, texnologiya və innovasiya şəbəkələrinin inkişaf etdirilməsi;
18. Yeni elmi nailiyyətlər, tarixi təcrübələr, ölkə imkanlarına uyğun ixtisaslaşmış istehsal bazarlarının dirçəldilməsindən istifadə etməklə yerli peşə bacarıqlarının sənaye texnologiyaları səviyyəsinə qaldırılması;
19. İran İslam Respublikasının mədəni və ədəbi irsi, regional və qlobal auditoriyanın tələblərinə cavab verən, onların bəyəndiyi milli və yerli imkanlardan istifadə etməklə virtual məkanın fəaliyyətləri və biznes hərəkatının təsis və inkişaf etdirilməsi;
20. Maliyyə və iqtisadi institutlaşdırma siyasəti və qərarlarının məqsəd və strukturunda İslam prinsipləri və qaydalarına riayət edilməsinin zəruriliyi;
21. Vergi ədalətinin gerçəkləşdirilməsi, vahid vergi sisteminin yaradılması, əhatəli milli informasiya sistemindən istifadə etməklə maliyyə təchizatının təqdim edilməsi və sosial təminat vasitəsi ilə ailələrin xalis gəlirləri arasındakı fasilələrin azaldılması;
22. Sahibkarların iqtisadi sahələrə, xüsusilə elm əsaslı sahələrə girişinin asanlaşdırılması, ölkənin qanunları, qaydaları və icra strategiyalarında islahatlar aparılması ilə biznes xərclərinin azaldılması;
23. Pul sisteminin yaradılması, kredit borcundan xilas olmaq, bank pulunun ədalətli bölgüsü, cəmiyyətin bütün fərdlərinin pul xidmətlərindən ədalətli istifadəsi ilə bank sisteminin qanuni strukturunda ədalətin gerçəkləşdirilməsi;
24. Dövlət büdcəsinin təbii mənbələr və ümumi sərvətlərin istifadəsinə əsaslanan gəlirlərdən azad edilməsi, nəsillərarası ədalətin təmin edilməsi ilə bu gəlirlərin xalqa verilməsi.
25. Modelin icraya verildiyi vaxtdan başlayaraq 15 il ərzində təbii mənbələrin xam satışının dayandırılması və onun ölkənin daxili və xaricində milli əlavə dəyərin istehsal prosesinin proqressiv zənciri ilə əvəz edilməsi;
26. Məqsədli və məqsədsiz ekzogen iqtisadi siyasi inersiyaya qarşı iqtisadi proseslər, siyasətlər, qərarlar və qurumların immunizasiyası və gücləndirilməsi.
27. İnfrastruktur, iqtisadi və sosial fəaliyyətlərin, su, enerji və digər həyat məbələrinin mühitin imkanı, hüququ və etikasına uyğun inkişaf etdirilməsi.
28. Təbii mənbələr və milli sərvətlərdən istifadə edərkən mühafizə, ekologiya və nəsillərarası prinsiplərin nəzərə alınması ilə yanaşı təbii mənbələr və milli sərvətlər üzərindəki ümumi mülkiyyət hüququnun qorunması.
29. Enerji istehlakının azaldılması, enerji istehsalı və istehlakının təmiz enerji mənbələrindəki payının proporsionallaşdırılması.
30. Əhalinin ədalətli məskunlaşmasına şərait yaradılması, ümumrespublika araşdırması əsasında regional bölgü, imkanların ixtisaslaşdırılması, investisiyanın ayrı-ayrı regionların iqtisadiyyat və mədəniyyət sahələrinə istiqamətləndirilmsəi və stimullaşdırılması, ölkənin potensiallarını nəzərə alaraq diqqətdən kənar qalmış regionların gücləndirilməsi;
31. Ümumrespublika siyasətləri çərçivəsində proqram və qərarların əyalətlərə və rayonlara verilməsi ilə ölkənin maliyyə və iqtisadi strukturunda mərkəzdən qaçma;
32. Qabaqcıl texnologiyaların mənimsənilməsi, xarici investisiyanın ixracata cəlb edilməsi və stimullaşdırılmasına və əlavə dəyərli daxili istehsal məhsullarının ixracının dəstəklənməsinə nail olmaq üçün iqtisadi diplomatiyadan istifadə edilməsi;
33. İranı mədəni, elmi, texniki və iqtisadi cəhətdən strateji qütbə çevirmək üçün qabaqcıl strukturlardan istifadə edərək İranın kommunikativ mövqeyi və ölkə imkanlarının aktivləşdirilməsi;
34. Kimlik aşılayan və regionların spesifikasına əsaslanan təbii, mədəni, dini və səhiyyə xarakterli turizm qütblərinin inkişaf etdirilməsi;
35. Qida təhlükəsizliyinin təmin edilməsi, sağlam qidalanmanın təbliği, qida və istehlak maddələrinin istehsalı və paylanmasına nəzarət mexanizminin yaxşılaşdırılması;
36. Sağlamlıq sahəsinə aid olan mənbələrin ədalətli bölgüsü, nəzarət və xidmətlərə hərtərəfli dəstək;
37. Təhdidedici amillərin qarşısının alınması və onlara nəzarət xarakterinə malik səhiyyənin inkişaf etdirilməsində xalqın sistemli iştirakı və sahələrarası əməkdaşlıq;
38. Varislik səviyyəsindən artıq məhsuldarlıq əmsalının tənzimləndirilməsi;
39. Səhiyyə sahəsində etibarlı elmi faktlara əsaslanan yerli elmin inkişafı, gücləndirilməsi və təbliği.
40. Təhsil, xidmət və istehsalatı milli və beynəlxalq səviyyədə təqdim etmək məqsədi ilə tibb sahəsinin imkanlarının yaxşılaşdırılması;
41. Qadınların hüquq və mövqelərinin artırırlması, onların sosial mövqeləri və ədalətli imkanlarının yaxşılaşdırılması, ananın müqəddəs roluna əsaslanmaq;
42. Məhkəmə sisteminin müstəqilliyi, iqtidarı, cavabdehliyi və ixtisalşadırılmasının daha da yaxşılaşdırılması, elmli və məsuliyyətli hakimlərin yetişdirilməsi və cəlb edilməsi, bu sahədə davamlı olaraq biliklərin artırılması, hakimlər və məhkəmə işçilərinin fəaliyyətinə nəzarət, məhkəmə proseslərinin islahı və elektronlaşdırılması;
43. Cinayətin qarşısının alınması yollarının layihələşdirilməsi və icrası, sosial əxlaq, ümumi təqva və ayıqlığın artırılması;
* * *
44. Vilayəti fəqih sisteminə əsaslanan dini demokratiya nəzəriyyəsinin dərindən dərk edilməsi və möhkəmləndirilməsi;
45. Dini demokratiya, xalqın iştirakı, ədalət və siyasi sabitliyin qorunması və gücləndirilməsi;
46. Sosial sərmayəni artırmaq və dövlətin daxili strukturunu möhkəmləndirmək məqsədi ilə xalq təşkilatlarının inkişaf etdirilməsi və gücləndirilməsi;
47. Keçmiş siyasətləri və fəaliyyətləri elmi cəhətdən qiymətləndirmək və tənqid etmək, indi də bu sahədə davamlı islahatlar aparmaq və İslam İnqilabı xəttini qorumaq məqsədi ilə azad düşüncə mühitinin gücləndirilməsi;
48. Dövlət orqanlarına rəsmi, ümumxalq və media nəzarətinin artırılması. Hökumət işçilərinin fiziki və hüquqi maraqlarının müdaxiləsinin qarşısının alınması. Xüsusilə idarəetmə səviyyələrində heç bir ayriseçkiliyə yol vermədən korrupsionerlərlə mübarizə;
49. Fərdi və sosial azadlıqlar, təhsil, vətəndaşların hüquq və vəzifələrinə rəvac verilməsi, cəmiyyətin fərdlərinin azadlıq hissinin gücləndirilməsi sahəsi ilə bağlı konstitusiyada nəzərdə tutulmuş zəmanətlərin tam şəkildə icrası;
50. Ədalətli qanunların təyin edilməsi, dövlət imkanları və imtiyazlarının ixtisaslaşdırılması prosesləri, hökumət işçilərinin gəlir və sərvəti, siyasətçilər və siyasi təşkilatların maliyyə mənbələri və xərclərinin şəffaflaşdırılması;
51. Müdirlər və məsul şəxslərin, onlara kifayət edəcək minimum yaşayış səviyyəsini seçməsi, onların ədalət, sədaqət, düzgünlük, etimad, fədakarlıq və cavabdehlik normalarına əhəmiyyət verməsi;
52. Hakimiyyətin iqtidarının gücləndirilməsi, siyasi sistemin yaxşılaşdırılması, ölkənin idari strukturunun yeni metodlara uyğunlaşdırılması. Bu elə bir şəkildə olmalıdır ki, ölkə əhalisinin 1%-dən az hissəsi dövlətdən maaş alsın;
53. İran İslam Respublikasına qarşı təhdidinin qarşısının alınması, xaqlın könüllülüyünün artırırlması və profilaktik müdafiə bazasının gücləndirilməsi;
54. İslam məzhəblərinin bir-birinə yaxınlaşdırılması, dinin ortaq cəhətlərinə əsaslanmaqla və İslam məzhəblərinin müqəddəslərini təhqir etməkdən çəkinməklə müsəlmanların vəhdəti və birliyinin möhkəmləndirilməsi.
55. İslam dünyasında rasionallıq və mübarizlik ruhiyyəsinin geniş yayılması, İslami hərəkatların, azadlıq hərəkatları və Fələstin xalqının hüquqlarının təmin edilməsinin dəstəklənməsi;
56. Çoxtərəfliyə əsaslanmalı, ümumi diplomatiyanı inkişaf etdirməli və beynəlxalq sülh və arbitraja yardım göstərilməlidir.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir