Ali Məqamlı Rəhbərin informasiya bloku

Лидером Исламской революции:

Problemləri həll etmək üçün ciddi qərarlar qəbul edilməlidir

Keçən gecə İslam İnqilabının Rəhbərinin iştirakı ilə üç qurumun rəhbər şəxslərinin “İqtisadi problemlər” mövzusunda 2 saat yarım davam edən iclası oldu.

İclaslarda və müzakirələrdə fəal iştirak etdikləri üçün üç qurumun rəhbər şəxslərinə və İqtisadi Məsələlər üzrə Ali Koordinasiya Şurasının üzvlərinə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei bildirdi ki, bu şuranın əsas vəzifəsi iqtisadiyyatla bağlı çox böyük və həlledici qərarlar qəbul etməkdir: “Ölkədə mövcud olan iqtisadi problemlərin həlli və əhalinin ümumi ehtiyaclarının təmin edilməsi üçün çox böyük səy və mübariz fəaliyyətə ehtiyac var. Çünki bu problemlər, xüsusilə bahalaşma və alıcılıq qüdrətinin azalması problemi əhalinin böyük bir hissəsinin, xüsusilə zəif təbəqələrin dolanışığını çətinləşdirmişdir”.

İslam İnqilabının Rəhbəri İqtisadi Məsələlər üzrə Ali Koordinasiya Şurasının üzvlərinə ölkə iqtisadiyyatının əsas problemləri ilə bağlı qətiyyətli qərarlar qəbul etməyi və çıxış yolları tapmağı tövsiyə etdi: “Ölkə iqtisadiyyatının bank, likvidiklik, məşğulluq, inflyasiya və büdcə tərtibatı kimi bəzi açar proproblemlərinin həlli ilə bağlı ciddi və əməli qərarlar qəbul edilməlidir”.

O, üç qurumu, xüsusilə hökuməti özəl sektorun fəallları və dövlət üçün ürəyi yanan iqtiadçıların fikirləri və təklif etdikləri həll yolarından isitfadə etməyə çağırdı: “Ölkənin mövcud vəziyyəti dövlətə ürəyi yanan ekspertlər və fəalların ikiqat məsuliyyət hissi yaşamasına, buna görə də öz elmi və praktiki potensial və imkanlarını cavadeh şəxslərə təqdim etmələrinə səbəb olmuşdur. Bu üzdən də bu fürsətin qədrini bilin, akademik və iqtisadi akivlərin təkliflərindən tam şəkildə istifadə edin”.

Həzrət Ayətullah Xamenei iqtisadi problemləri ölkə iqtisadiyyatının daxili və struktur problemləri; ABŞ-ın qəddarcasına sanksiyalarından qaynaqlanan problemlər olmaqla iki qrupa böldü: “Bu iki sahənin hər biri ilə bağlı elə ağıllı həll yollarından istifadə edin ki, nəticədə, əhalinin məişət prolemləri öz həllini tapsın və düşmən sanksiya silahının təsir göstərəcəyindən ümidini kəssin”.

Həzrət Ayətullah Xamenei ölkənin ayrı-ayrı orqanları və hər üç qurumun qarşılıqlı fəaliyyətinin zəruri olduğunu dedi: “Ölkədə həlli mümkün olmayan heç bir problem və çıxılmazlıq yoxdur. Biz Allahın lütfü, xalqın və məsul şəxslərin iradə və əzmkarlılğı sayəsində, habelə əziz İranın qüdrətli elitası və gənclərinin əvəzsiz potensialından istifadə etməklə, o cümlədən ölkənin çox yüksək imkanları və resurslarını aktivləşdirərək daxili problemlərin öhdəsindən mütləq, gələcəyik”.

Prezidentin birinci müavini və Ali Məhkəmənin birinci müavininin iştirak etdiyi bu iclasda parlament və məhkəmə sisteminin rəhbərlərinə birgə fəaliyyəti və əməkdaşlığına görə təşəkkürünü bildirən ölkə başçısı İqtisadi Məsələlər üzrə Ali Koordinasiya Şurasının iclasları və əhalinin mövcud problemlərinin həlli ilə bağlı qəbul etdiyi qərarlar haqqında məlumat verdi. İclasda iştirak edənlərdən bəzisi də həmçinin öz fikir və görüşlərini bildirdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /