Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dünyasının ən mühüm ehtiyacı İslam ölkələrinin birliyidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Türkiyə prezidenti cənab Rəcəb Təyyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, İsalm dünyasının bu gün ən mühüm ehtiyacı İslam ölkələrinin mümkün qədər çox yaxınlaşması və onlar arasında qarışılıqlı əlaqənin olmasıdır: “İslam ölkələri arasında birlik və əməkdaşlıq regionun problemlərinin həllinə mütləq zəmin yaradacaq. Elə bu səbəbdən də imperializm və onun başında ABŞ İslam ölkələrinin əməkdaşlığı və yaxınlığından, habelə İslam əsaslı gücün formalaşmasından narahatdır”.

O bildirdi ki, ABŞ-ın güc və qüdrəti olan İslam dövlətlərinə qarşı düşmənçiliyi və kin-küdurətinin səbəbi də məhz həmin narahatlıqdır: “İran İslam Respublikası və Türkiyə regionun iki qüdrətli və heysiyyəti olan dövlətidir. Bu iki dövlət İslam dünyası ilə bağlı ortaq maraqlara malikdir. Buna görə də onların siyasi və iqtisadi sahələrdəki əməkdaşlıqları əvvəlkindən daha çox inkişaf etdirilməlidir”.

İslam İnqilabının Rəhbəri, islamçı cərəyanın iş başına keçdiyi vaxtdan İran İslam Respublikası ilə Türkiyə arasındakı əlaqə və əməkdaşlıqların yaxşılaşdığına işarə edərək dedi: “Müştərək nöqtələri imkan daxilində gücləndirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei Ərdoğana, Myanma hadisələri ilə bağlı sərgilədiyi mövqelərə görə öz təşəkkürünü bildirdi və Fələstin məsələsinə toxunaraq dedi: “Fələstin məsələsi hər zaman mühüm əhəmiyyət daşıyır. Onu bir an belə, unutmaq olmaz”.

Ölkə başçısının birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə Türkiyə prezidenti regiondakı vəziyyətin böhranlı olduğunu dedi və İslam ölkələrinin əməkdaşlığı sayəsində regionun problemlərinin həll ediləcəyinə ümidvar olduğunu bildirdi.

Cənab Ərdoğan qeyd etdi ki, İslam ölkələri arasında parçalanmanın olması və birliyin olmaması hazırki vəziyyətin meydana gəlməsinin səbəblərindəndir: “Qərbin müstəqil İslam ölkələri qarşısında sərgilədiyi davranış vəziyyətin daha da həssas xarakter almasına səbəb olmuşdur. Bu da xüsusilə İran İslam Respublikası ilə Türkiyə arasında birlik və qardaşlığın artmasını tələb edir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /