Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Suriya hadisələri ABŞ-ın qarşısı alına bilən olduğunu göstərdi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (cümə) Rusiyanın prezidenti cənab Vladimir Putin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə üçtərəfli Tehran zirvə toplantısının səmərəli olacağına ümidvar olduğunu qeyd etdi və Rusiya prezidentinin ikitərəfli əməkdaşlıqların daha çox inkişaf etdirilməsi zərurəti ilə bağlı sözlərinə toxunaraq dedi: “İran və Rusiyanın Suriya məsələsindəki əməkdaşlığı ikitərəfli əməkdaşlığın bariz bir nümunəsi və çox yaxşı təcrübəsidir. Bu əməkdaşlıq sözün əsl mənasında qarşılıqlıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İran və Rusiya arasındakı ikitərəfli əməkdaşlıqlar beynəlxalq məsələlər müstəvisində də inkişaf edə bilər: “İki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın qarşısının alınmasıdır. ABŞ bəşəriyyət üçün bir təhlükədir, onun qarşısının alınması isə mümkündür”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Suriya hadisələri ABŞ-ın qarçısının alınmasının uğurlu bir nümunəsidir: “Amerikalılar hal-hazırda Suriyada məğlubiyyətə uğramış və məqsədlərinə çatmamışlar”.

O, Suriya hadisələri baş verdiyi ilk vaxtlar, xüsusilə Misir və Tunisin ABŞ-dan asılı olan hökumətlərinin devrilməsindən sonra ABŞ-ın qarşıya qoyduğu məqsədlərindən söz açaraq dedi: “Amerikalılar o zaman ərəb dövlətlərində meydana gəlmiş şəraitdən istifadə edərək Misir və Tunisdə aldıqları zərbəni Suriyada müqavimət tərəfdarı olam hökuməti devirməklə kompensasiya etmək istəyirdilər, ancaq hal-hazırda tamamilə məğlubiyyətə uğramış vəziyyətdədirlər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ tərəfindən İran, Rusiya və Türkiyəyə qarşı tətbiq edilən sanksiya əməkdaşlıqları davam etdirmək üçün mövcud olan çox güclü bir ortaqlıq nöqtəsidir: “İran İslam Respublikası və Rusiya siyasi və iqtisadi əməkdaşlıqları inkişaf etdirməklə yanaşı, Tehran görüşündə əldə edilmiş razılıqlar ciddiyyətlə izlənməlidir”.

Həzrət Ayətullah Xamenei habelə dollar çərçivəsindən kənar iqtisadi mübadilə və alqı-satqıların həyata keçirilməsinin zəruri olduğunu dedi.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində cənab Putinin HBFP bağlı fikirlərinə toxunaraq dedi: “İran İslam Respublikası bu vaxta qədər HBFP ilə bağlı öhdəliklərinə sadiq qalmışdır. Ancaq avropalılar öz vəzifələrinə əməl etmədilər. Biz öz öhdəliyimizə tam əməl etdiyimiz halda, onların öz öhdəliklərini yerinə yetirməmələri qəbuledilməzdir”.

Həzrət Ayətullah Xamenei Rusiya prezidentinin HBFP ilə bağlı görüşünün xeyirxah bir görüş olduğunu vurğulayaraq dedi: “İran İslam Respublikası HBFP məsələsində ölkənin və millətin maraqlarına, şərəf və ləyaqətinə uyğun olan mövqelər tutacağını dedi.

O əlavə etdi: “Amerikalılar hələ ki, İranla bağlı mövqelərində raket və region problemlərini ortaya atıblar. Ancaq onların İran İslam Respublikası ilə olan problemləri bu məsələlərin çərçivəsini aşır”.

İslam İnqilabının Rəhbəri dedi: “Amerikalılar 40 ildir ki, İran İslam Respublikasını kökdən yox etməyə çalışırlar, lakin bu müddıt ərzində 40 dəfədən artıq inkişaf etmişik. İslam Respublikasının bu müqaviməti və nailiyyətləri ABŞ-ın qarşısının alınmasının uğurlu bir nümunəsidir”.

Regionun digər problemlərində Rusiyanın həlledici siyasi rol oynaması üşün şərait olduğunu vuğrulayan Həzrət Ayətullah Xamenei habelə Yəmən xalqının təəssüf doğuran şəraiti və onların səudiyyəlilər tərəfindən qətlə yetirilməsinə işarə edərək dedi: “Səudiyyəlilər Yəməndə əsla nəticə əldə etməyəcək və əzmkar Yəmən xalqını diz çökürdə bilməyəcəklər”.

Prezidentin birinci müavininin də iştirak etdiyi bu görüşdə Rusiya prezidenti öz iranlı həmkarı ilə ikitərəfli məsələlər və Suriya problemi ilə bağlı apardıqları müzakirələrin çox yaxşı və məhsuldar olduğunu dedi: “Biz bu müzakirələrdə bütün sahələrdə, xüsusilə iqtisadi və ticari əməkdaşlıqlar sahəsində olan iş birliyimizi daha da inkişaf etdirəcəyimizi vurğuladıq”.

Cənab Putin əlavə etdi: “Enerji sahəsində yeni nüvə stansiyası layihəsinin yaradılmasını təklif etdik, potensialı aşağı olan sitansiyaları müzakirə etdik, dəmir yolu xətlərinin elektrikləşdirilməsi və İran neftinin satışının artırılmasını araşdırdıq”.

İki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində mövcud olan imkan və potensialların əməkdaşlıqların indiki səviyyəsindən daha yüksək olduğunu deyən Rusiya prezidenti ABŞ-ın müxtəlif metodlardan, o cümlədən maliyyə mübadilələrindən istifadə edərək bu məsələyə maneə yaratmağa çalışdığını dedi: “Amerikalılar maliyyə mübadilələrinə məhdudiyyət yaratmaqla strateji bir səhvə yol verməkdədirlər. Çünki qısamüddətli siyasi bir uğur bahasına dolların beynəlxalq mühitdəki etibarının itirilməsinə və zəifləməsinə səbəb olacaqlar”.

HBFP-nın İran prezidenti ilə baş tutan ikitərəfli müzakirələrin növbəti istiqaməti olduğunu deyən Rusiya prezidenti İranın tərəf müqabillərindən bəzisinin HBFP-nın öhdəliklərinə bağlı olmadıqlarını təssüf hissi ilə qeyd etdi: “Amerikalılar yersiz addımları ilə vəziyyəti pisləşdirdilər. Avropalılar da ABŞ-dan asılı olduqları üçün əməldə onlara tabe oldular. Baxmayaraq ki, HBFP-nını qorumaq üçün yollar axtardıqlarını elan edirlər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /