Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin məqsədi insanlarda ümidsizlik yaratmaqdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdə qeyd etdi ki, hal-hazırki təhlükəli şəraitdə xalqın və Xubriqan Məclisinin ən mühüm vəzifəsi xalqla hökumət qurumları arasındakı birlik və bağlılığın qorunması və dərinləşdirilməsi istiqamətində iş görmək, məyusluq, ümidsizlik və çarəsizlik hissinin hakim kəsildiyi mühitin yaranmasına imkan verməməkdir: “İran xalqının pisliyini istəyənlər iqtisadi müharibə ilə paralel olaraq informasiya və təbliğat müharibəsini də öz gündəliklərinə daxil ediblər. Buna görə də tənqidlər islahat və xeyirxahlıq məqsədi daşımalıdır”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində Zilhiccə ayının ikinci yarısının mühüm və mübarək günlərindən, habelə mübahilə hadisəsi baş verdiyi və “Dəhr” surəsinin nazil olduğu tarixi günlərdən söz açaraq dedi: “Mübahilə əsl həqiqətdə iman gücünün və haqqa arxalanmanın simvoludur. İmperializm qarşısında bizim daim iman gücünə və İslam dölətinin haqlılığına arxalanmağımıza ehtiyac var. Hal-hazırki şəraitdə də ictimai rəy İslam dövlətinin hərəkəti və istiqamətinin haqlı olmasına inam olduğunu göstərir”.

Daha sonra iclasda verilən məlumatlara görə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei vəhdət və milli birliyin əhəmiyyəti və zəruriliyi, ictimai rəyin bu istiqamət üzrə formalaşdırılması məsələsinə toxunaraq dedi: “Bu gün biz çox həssas şəritdə yaşayırıq. Ancaq bu həssaslığın səbəbi düşmənlərin sayının və gücünün çox olmasında deyil. Çünki bu düşmənlər İslam İnqilabının qələbə çaldığı ilk gündən daim olmuşlar, hətta güc və qüdrətləri daha çox olduğu vaxt da mövcud omuşlar. Lakin onlar, “Təbəs” hərbi hücumu, səkkiz illik məcburi müharibə, sərnişin təyyarəsinin qəzaya uğradılması, iqtisadi blokada kimi düşməncəsinə tədbirlərinə baxmayaraq, heç nə edə bilmədilər. Bu gün İslam dövləti, gövdəsi və kökləri möhkəm olan pak bir ağac kimi inkişaf edib məhsul verməkdədir”.

O vurğuladı: “Şəraitin həssaslığı ondadır ki, İslam dövləti yeni bir yola ayaq basaraq, fərqli görüşlər və baxışlar irəli sürərək keçən qırx il ərzində imperializmin ümumi cərəyanının əksinə davranmışdır. Belə olan şəraitdə beynəlxalq siyasi konfliktlərlə dolu olan meşədə müxtəlif şərtlər və tələblər yaranır ki, hər şəraitdə şəraitə uyğun və tam diqqətli davranmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əgər hər hansı vəziyyət və şəraitdə əhali, xüsusilə eziyalı təbəqəsi mövcud şərait və dövlətin mövqeyindən xəbərsiz olsa, mütləq, zərbə alacağıq”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında mövcud şərait və onun tələblərindən danışdı: “Bu gün İslam dövləti bir otaqdan, eyni zamanda tam diqqət və qətiyyətlə idarə edilən hərtərəfli bir iqtisadi müharibə ilə qarşı-qarşıyadır. Bu müharibə ilə yanaşı mühüm bir informasiya və təbliğat müharibəsi də oyundadır ki, çox vaxt onu unuduruq”.

O vurğuladı ki, informasiya müharibəsi öncədən də mövcud olmuşdur, sadəcə, indi onun şiddəti daha da artmışdır: “Əlimizdə olan məlumatlara görə, ABŞ və sionist rejimin kəşfiyyat qurumları ölkəmizin yerləşdiyi regionun qarunlarının maliyyə dəstəyi ilə sözügedən informasiya müharibəsi üçün müəyyən təşkilatlar yaratmış, cəmiyyətin fikir və təbliğat mühitini bulandırmaq üçün cidid cəhdlə çalışıb planlar qururlar”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu informasiya müharibəsinin məqsədləri məyusluq, ümidsizlik, çıxılmazlıq hissi yaratmaq, insanlarda bir-birinə, habelə məsul qurumlara qarşı bədbinlik yaratmaq, iqtisadi problemləri cəmiyyətin gözündə daha da böyük göstərməkdir”.

Həzrət Ayətullah Xamenei bir nümunəni qeyd etdi: “Sikkə, valyuta və milli pulun qiymətinin düşməsi msələsində bədxahların informasiya müharibəsi və dezinformasiyalarının təsiri olmuşdur. Təbii ki, düşmənin təvəqqösü yalnız rəzalətdir, ancaq biz diqqətli olmalıyıq ki, xalqın fikrini bulandırmaq üçün həyata keçirilən bu dezinformasiyalara köməklik göstərməyək”.

O vurğuladı ki, bəzən problemlərdən danışılarkən və tənqid bildirilərkən mübaliğəyə yol verilir: “Bu mübaliğə ictimai rəydə gərginliyin şiddələnməsinə, habelə cəmiyyətdə bədbinlik virusunun yayılmasına səbəb olur”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, rəhbərlik vəzifəsinə başladığı gündən həmişə hökumətləri müxtəlif cəhətlərdən tənqid etmiş, etirazını bildirmişdir. Bəzən bu tənqid və etirazlar sərt olmuşdur: “Özüm tənqid tərəfdarıyam, problemlər və cavabdeh orqanlara qarşı mövqeyim barışmazdır. Ancaq israrla vurğuayıram, elə danışmaq və addım atmaq lazımdır ki, insanlar bədbinlik xəstəliyinə tutulmasınlar”.

Həzrət Ayətullah Xamnei dedi: “Ölkənin ümumi mühiti müsbət addım və təbliğatlara deyil, düşmənin yalan sözünə inam yaranmasına səbəb olacaq vəziyyətdə olmamalıdır. Çünki bu vəziyyət çox təhlükəlidir”.

Hökumət, məclis, məhkəmə sistemi və iqnilabçı qurumlara qarşı bədbinlik virusunun pis olduğunu vurğulayan Ali Rəhbər islahat işlərində xeyirxah tənqidin lazımlı olduğunu dedi: “Bəzən tənqid ümumi olmalı və təkrarlanmamalıdır. Dinləyicinin qəlbini sındıracaq və hər şeyin itirildiyini göstərəcək şəkildə danışmaq düzgün deyil”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Biz bəzən tənqid formasında səhvə yol veririk. Çünki tənqid edilən qurumların yaxşı işləri də var ki, onlar da görülməli və haqlarında danışılmalıdır”.

Həzrət Ayətullah Xamenei yenidən hökumət və digər qurumların müsbət və mənfi cəhətlərinin yanaşı görülməsinin zəruriliyini vurğuladı: “Pis əməllə yanaşı yaxşı əməlin deyilməsi xalqın yaxşı əməllərdən xəbərdar olmasına və ümidsizliyə qapılmamasına səbəb olur”.

O bildirdi ki, bədxahların bütün dezinformasiyalarına və problemlərin olmasına baxmayaraq, inqilab və dövlət inkişaf etməkdədir: “Bu məsələnin səsləndirilməsi heç də rəcəz oxumaq kimi qiymətləndirilməməlidir, əksinə, dəqiq məlumata əsasən deyirik ki, ölkə inqilab məzmunları, ideyaları və həqiqətləri istiqamətində hərəkətdədir. Hərəkət sürəti gözlənildiyi kimi olmasa da, dövlət elm, sənaye, siyasi izzət, fikri və mənəvi inkişaf sahələrində irəliyə doğru hərəkətdədir və yaxşı nailiyyətlər əldə etmişdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki,virtual mühitdə iri həcmdə azdırıcı məzmun və təbliğatların olmasına rəğmən, gənclər arasında mənəviyyata daha çox meyillənmənin olması bunun bariz nümunələrindəndir: “Gənclərin “Ərbəin yürüşü”, universitetlərin camaat namazları, etikaf və Ramazan yığıncaqlarındakı izdihamlı iştirakı mənəviyat sahələrində inkişafın olduğunu göstərir. Nə üçün sözügeədn müsbət cəhətləri və nailiyyətləri görməyək? Bu həqiqətlər görülməli, təhlil edilməli və xüsusilə böyük auditoriyaları olan insalar tərəfindən cəmiyyətə çatıdırlmalıdır”.

Həzrət Ayətullah Xamenei ölkənin hazırkı şəraitində mühüm əhəmiyyət daşıyan əhali və ölkənin rəhbər qurumları arasındakı birlik məsələsinə yenidən toxundu: “İnam yaratmaq və etimad qazanılmasının ən mühüm hissəsi müxtəlif qurumların fəaliyyəti ilə şərtlənir. Təbii ki, auditoriyası olan şçəxslər də bu işdə yardım göstərməlidirlər”.

İslam İnqilabının Rəhəbri bildirdi ki, heç bir hökumət xalqın yardımı və dəstəyi olmadan fəaliyyət göstərə bilməz. Xalqın dövlət qurumları, hüquq mühafizə orqanları və silahlı qüvvələrə olan etimadı sarsılmamalıdır: “Ölkənin problemlərinin əlacı hökuməti sudan quru çıxarıb cavabdeh qurumların fəaliyyətini pisləmək deyil. Çarə ictimai rəylə cavabdeh qurumlar arasında sağlam əlaqə yaratmaq, danışmaq və tənqid etmək, eyni zamanda fikri və elmi cəhətdən köməklik göstərməkdir”.

O, hökumət rəhbərlərinə xalqın fikirlərindən və iqtisadi ekspertlərin milli pulun dəyəri və likvidiklərin yönləndirilməsi kimi məsələlərlə bağlı təklif etdikləri həll yollarından istifadə edilməsini tövsiyə etdi: “Hökumət işçilərinin vəzifəsi mütəxəssislərin fikirlərindən istifadə etmək və problemlərin həllinə çalışmaqdır”.

İslam İnqilabının Rəhbəri bəzilərinin ictimai rəyin effektivlik və problemlərin həlli məsələsinə nikbin baxa bilməməsi ilə bağlı yerli narahatlığına toxunaraq dedi: “Bizim vəzifəmiz hökumət işçilərini mütəxəssislərin görüşlərindən istifadə etməyə yönəltmək, problemləri həll emək, insanlarda onların fəaliyyətlərinə qarşı nikbinlik yaratmaqdır. Belə olan surətdə ictimai rəyin düyünləri açılacaqdır”.

Həzrət Ayətullah Xamenei bəzi şərhlərə cavab verərək dedi: “Mənim hökumət, məhkəmə və hərbi sahənin cavabdeh şəxsləri ilə olan, ancaq mediada işıqlandırılmayan xüsusi iclaslarım ümumi iclaslardan on dəfə artıqdır. Bu iclaslarda müxtəlif məsələlər müzakirə edilir. Xalqın həmin toplantılardan xəbəri olmur”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Mübahisə islahat yolu deyil. Hökumətə paralel təşkilatlar yaradılması və işlər görülməsi də heç uğur gətirməyəcək. Təcrübə sübut edir ki, iş, həmin işə cavabdeh şəxslər tərəfindən qanun çərçivəsində həyata keçirilməlidir”.

O əlavə etdi: “Hökumət rəsmiləri mübarizlik əhval-ruhiyyəsi ilə çalışmalıdırlar. Təbii ki, məkəmə qüvvəsinin sədrinin son məktubu kimi qanunun cavab verə bilməyəcəyi və rəhbərliyin icazəsinə ehtiyac duyulan xüsusi hallarda tərəfdaşlıq edəcək və yardım göstərəcəyik”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda İslam dövlətinin mənəviyyat sahəsindəki inkişafına bir misal çəkərək Hərəmin şəhid olmuş müdafiəçilərinin birinin həyatından danışdı və Quran ayələrindən birinə toxunaraq dedi: “Əgər düşmənlərin qarşısında dayansaq, geri çəkilmək məcburiyyətində qalacaqlar. Allahın yardımı ilə imperializmi diz çökürdəcəyik. Bu nümunəni bütün dünyaya nümayiş etdirəcəyik ki, əgər İslam tərəfdarları müdafiə və mübarizəyə hazır olsalar, mütləq qalib gələcəklər”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Xubriqan Məclisinin sədri Ayətullah Cənnəti bu məclisin fikir və düşüncə heyətinin təşkili məsələsinə toxunaraq dedi: “Fikir və düşüncə heyətlərinin icra nizamnaməsinin tərtib edilməsi ilə yanaşı din və mədəniyyət, iqtisadi, sosial, siyasi, elm, texnologiya, hüquq və məhkəmə sahələri ilə də bağlı işçi qrupları təşkil edilmiş və fəaliyyətdədirlər”.

Xubriqan Məclisinin sədri bildirdi ki, ölkənin əsas problemi iqtisadiyyat, valyuta bazarındakı nizamsızlıq və bahalıqdır: “Xalqın çətinliklərini nəzərə alsaq, hal-hazırki şəraitdə problemləri adlamaq üçün inqilabçı və mübariz fəaliyyətə ehtiyac var”.

Xubriqan Məclisinin sədrinin müavini Ayətullah Müvəhhidi Kermani Xubriqan nümayəndələrinin son iclasdakı çıxışlarının əsas istiqamətlərini sayaraq dedi: “Xalqın iqtisadi çətinlikləri olduğu üçün Xubriqan Məclisinin son iclasının mövzusu iqtisadi problemlər və üç qüvvənin onların həlli istiqamətində əldə etdikləri uğurlarının ölçüsü ilə bağlı oldu”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /