Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta İran İslam Respublikası ordusunun Xatəmul-ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandanları və şəxsi heyəti ilə görüşdü. Görüş zamanı bu qərargahın Silahlı Qüvvələrin çox həssas bir bölməsi və İranın düşmənləri ilə mübarizə cəbhəsinin ön xəttində dayandığını deyən Ali Rəhbər Hava Hücumundan Müdafiə Qərargahı və onun şəxsi heyətinin hazırlığı və imkanlarının artırılmasının zəruriliyini vurğuladı
Hava Hücumundan Müdafiə günü münasibəti ilə təşkil edilmiş bu görüşdə çıxış edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, siyasi hesablamalara görə, hərbi toqquşmanın olacağı ehtimal edilmir: “Buna baxmayaraq, Silahlı Qüvvələr ayıq-sayıqlıqla, habelə çevik və səmərəli idarəetmə ilə öz kadr və təchizat imkanlarını günbəgün artırmalı və bilməlidir ki, Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində atdıqları hər bir addım Allah-taalanın dərgahında bir ibadət və yaxşı əməldir”.
Bu görüşdə ordunun Xatəmul-ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandanı briqada generalı Əlirza Səbahi bu qərargahın fəaliyyətləri və proqramları barədə məlumat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir