Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın Fələstinlə bağlı şeytan siyasəti əsla həyata keçməyəcək

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər builki Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Həcc mənəviyyat və siyasətin çulğalaşmasının simvoludur və müsəlmanların bəlli zaman və məkanda toplaşması onun ən mühüm xüsusiyyətidir: “Həqiqi həcc bir tərəfdən müşriklərə nifrətlə müşayiət edilən, digər tərəfdən isə müsəlmanların vəhdəti, qəlb və səs birliyinə zəmin yaradan həccdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam Respublikasının təşəkkülü, İslamın həyat və siyasət meydanında necə davranmaq lazım olduğunu göstərən imkanı dinin siyasətdən ayrı olması fikrini təlqin etmək üçün göstərilən uzun illərin fəaliyyətini puça çıxarır: “İndi nadan və qərəzli insanlar yenidən dinin siyasət, həyat və elmdən ayrı olması zərurətini gənc nəsilə təlqin etməyə çalışırlar. Ancaq Həcc din və siyasətin çulğalaşdığını göstərmək üçün ən yaxşı fürsət və əməli bir səhnədir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, müsəlmanların Həcc ayininin icrasına toplaşması üçün bəlli zaman və məkanın nəzərdə tutulması sırf mənəviyyatdan daha üstün məqsədlərin olduğunu göstərir: “Həcc mərasiminin ən mühüm hədəflərindən biri müsəlmanların bir yerə toplaşması, qarşılıqlı əlaqəsi, anlaşması, əsl həqiqətdə  isə İslam ümmətinin formalaşması məsələsidir”.

O vurğuladı ki, şərafətli Kəbə, Məscidül-həram və Məscidün-nəbi o ərazinin hakimlərinə deyil, bütün müsəlmanlara məxsusdur: “Həccin həqiqi məzmunlarının reallaşmasına mane olmağa heç kəsin haqqı çatmır. Əgər hər hansı dövlət və ya hökumət bu addımı atsa, əslində, Allah yoluna sədd çəkmişdir”.

İslam İnqilabının Rəhbəri dahi İmamın istiqamətləndirici açıqlamaları sayəsində Həccin yeni mənasının formalaşmasına işarə edərək dedi: “Həqiqi həcc müşriklərə nifrətlə müşayiət edilməli, müsəlmanların vəhdəti və birliyinə zəmin yaratmalı, bəzi dövlətlərin İslam ümməti arasına ayrılıq və ixtilaf salmaq üçün öz səy və təlaşlarını imperializmə calamasına xidmət etməməlidir”.

Həzrət Ayətullah Xamenei habelə, 2015-ci ilin Məscidül-həram və Mina faciəsinə işarə edərək onun böyük bir zülm olduğunu dedi və hüquqların bərpa edilməsi üçün ciddi və davamlı fəaliyyət göstərilməsinin zəruriliyini vurğuladı: “Bu tələb heç bir vəchlə unudulmamalı və aidiyyatı qurumlar, xüsusilə beynəlxalq təşkilatlar müxtəlif vasitələrlə bu məsələ ilə məşğul olmalı, İslam Respublikasının iştirakı ilə həqiqəti axtaran komitə yaradılmalıdır. Çünki bu iki faciədə Ərəbistanın ən mühüm vəzifəsi olan hacıların təhlükəsizliyinin təmin edilməsi vəzifəsinə əməl edilmədi və öldürülənlərin qanbahası da ödənilmədi”.

İslam dünyasının bu gün ən zəruri ehtiyacının vəhdət və birlik olduğunu vurğulayan Ali Rəhbər qeyd etdi ki, müsəlmanlarla mübarizə aparmaq üçün düşmənlər Fələstin və Yəmən hadisələrində bir araya gəliblər: “İndi amerikalılar özlərinin Fələstinlə bağlı olan şeytan siyasətlərinin adını “Əsrin müqaviləsi” qoyublar. Ancaq bilsinlər ki, Allahın lütfü ilə bu “Əsrin müqaviləsi” reallaşmayacaq. ABŞ dövlət rəsmilərinin acığına Fələstin hadisəsi unudulmayacaq və Qüds Fələstinin paytaxtı olaraq qalacaq”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, Fələstin xalqı bu məkrli planın qarşısında dayanacaq və müsəlman xalqlar da Fələstin xalqını himayə edəcək: “Təbii ki, İslama heç bir etiqadları olmayan bəzi İslam dövlətləri axmaqlıqları, nadanlıqları və dünyəvi tamahkarlıqları ucbatından amerikalıların fədakarına çevriliblər. Ancaq Allahın lütfü ilə İslam ümməti və Fələstin xalqı öz düşmənlərinə qalib gələcək və qondarma sionist rejimin kökünün Fələstin torpağından kəsiləcəyi günü görəcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-Fəqihin nümayəndəsi və iranlı hacıların rəhbəri Höccətül-İslam Qazi Əsgəri dedi: “Builki Həcc mərasiminin şüarı “Həcc mənəvi və əxlaqi dəyişmə, dini həyat tərzi, İslamın izzəti və kəraməti”dir”.

Cənab Qazi Əsgəri əlavə etdi: “Hacılardan istəmişik ki, bazar gəzintisindən uzaq dursunlar, daxili istehsala və gənclərin məşğulluğuna yardım savabından faydalanmaq üçün öz sovqatlarını daxili istehsal məhsulları əsasında təmin etsinlər”.

Həcc və Ziyarətlər İdarəsinin sədri cənab Məhəmmədi həyata keçirilmiş tədbirlər haqqında məlumat verdi: “Builki Həcc mərasiminin icra prosesinə Milli Təhlükəsizlik Ali Şurasının dəstəyi ilə start verildi, xalqın və dövlətin hacıların təhlükəsizliyi, izzəti və kəraməti ilə bağlı istəkləri və gözləntilərinin təmin edilməsinə səy göstərildi”.

Cənab Məhəmmədi qeyd etdi ki, Həcc mərasiminin təşkilatçılarının fəaliyyətləri üç prinsip – fasiləsiz iş və fəaliyyət, qənaət və innovasiya üzərində mərkəzləşmişdir: “Cari ilin Həcc mərasimində 586 karvanda 86 min zəvvar iştirak edəcək”.

 


 

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /