Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkə iqtisadiyyatının yol xəritəsini hazırlamaq lazımdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin dəvəti ilə bu gün (bazar) səhər ölkə başçısı və Nazirlər Kabinetinin işçilərinin birgə təşkil etdiyi iclasda məsul şəxslərin gecə-gündüz bilmədən göstərdikləri səy və təlaşı, inqilabçı və mübarizə ruhiyyəsi, əhalinin hər tək-təkinin əməkdaşlığı sayəsində ölkənin iqtisadi problemlərdən çıxa biləcəyini vurğulayan Ali Rəhbər inkişaf və qarşıya qoyulan məqsədlər istiqamətində sürətli hərəkətin davamlılıq şərtlərini açıqladı. 

Həzrət Ayətullah Xamenei bu iclasda bütün sahələrin əsas uğur şərtinin güclü ruhiyyə, motivasiya, şücaət və möhkəm əzmkarlıq amilindən istifadə olduğunu dedi: “Bütün dövlət məmurları problemlər qarşısı daha böyük dinamiklik və ikiqat məsuliyyət hissi ilə davranmalıdırlar” .

Dövlətin iqtisadçı komandasının ölkədəki iş və dinamikliyin əsas mərkəz və aparıcı qüvvəsi olduğunu deyən İslam İnqilabının Rəhbəri bütün qurumları onlarala əməkdaşlıq etməyə çağırdı.

O qeyd etdi ki, çətinliklərə qalib gəlməyin başqa bir şərti dövlətin qüdrət imicinin çatıdırılmasıdır: “Xalqın gözündə dövlətin qüdrətli, məhsuldar və çalışqan obrazını canlandırmaq lazımdır. Çünki çalışqanlığın özü xalq üçün cazibədar və ümidvericidir”.

İslam İnqilabının Rəhbəri habelə, teleradio şirkəti və informasiya qurumlarına dövlətin fəaliyyətləri ilə bağlı düzgün informasiya verməyi tövsiyə etdi: “Əlbəttə, məntiqli tənqidlərin heç bir problemi yoxdur. Yeri gəlmişkən, dövlətin düzgün obrazının təsvirinin əsas hissəsi məsul şəxslərin fəaliyyətindən asılıdır. Yəni məsul şəxslər xalqın, işçilər və sənətçilərin arasında olmalı, onlarla yaxından ünsiyyət qurmalıdırlar”.

Həzrət Ayətullah Xamenei ölkə başçısının Avropada sərgilədiyi mövqelərinin qətiyyətli və qüdrətli olduğunu dedi: “Yadlar, xüsusilə amerikalılar qarşısında güc nümayiş etdirmək lazımlı bir işdir. Bu iş vaxtında, açıq şəkildə və qətiyyətlə  yerinə yetirilməlidir”.

İslam İnqilabının Rəhbəri məsul şəxslərə verdiyi başqa bir tövsiyə bu oldu ki,  ölkənin imkan və potensialları əsasında ciddi cəhdlə fəaliyyət göstərsinlər.

O əlavə etdi: “Əlbəttə, Avropa tərəfləri BHFP ilə bağlı lazım olan zəmanətləri verməlidirlər. Ancaq ölkə iqtisadiyyatı bu məsələ ilə şərtləndirilməməlidir”.

Həzrət Ayətullah Xamenei xarici əlaqələr və diplomatiyanın artan templə inkişaf etdirilməsinin zəruri olduğunu dedi: “ABŞ kimi az hallar istisna olmaqla ölkənin Şərq və Qərblə olan əlaqləri nə qədər mümkündürsə, gücləndirilməli, diplomatiyanın məqsəyönlü və praktiki dinamikliyi artırılmalıdır”.

İslma İnqilabının Rəhbəri çıxışının davamında iqtisadi problemlərin həlli ilə bağlı bir neçə tövsiyə və həll yolu təqdim etdi.

O, “Sabit iqtisadiyyat yolunun xəritəsi”nin hazırlanmasının lazım olduğunu dedi: “Əgər iqtisaidyyat yolunun xəritəsi hazırlansa, xalq və iqtisadi fəallar öz vəzifələrini biləcək, sabitlik və rahatlıq hissi dövlətin köməyinə tələsəcəklər”.

Həzrət Ayətullah Xameneinin digər iki tövsiyə ğsi özəl sektorun gücləndirilməsi və qanun pozuntusuna yol verənlərə qarşı qətiyyətli mübarizə aparılmasının zəruriliyi ilə bağlı oldu.

O, bəzi hüquqi və fiziki şəxlsərin sikkə və valyuta məsələlərində yol verdikləri qanun pozuntularından bir neçəsini qeyd edərək vurğuladı: “Hansı səviyyədə olmalarından asılı olmayaraq qanun pozuncularına qarşı mübarizə aparılmalıdır”.

İslam İnqilabının Rəhbəri keçən gün ölkə başçısının avtomobil idxalatında yol verilən qanun pozuntularına qarşı mübarizə ilə bağlı verdiyi göstərişin yaxşı olduğunu dedi: “Əlbəttə, bu göstərişlər lazımi nəticə hasil olana qədər davam etdirilməlidir”.

Qaçaqmalçılıq və çirkli pulların yuyulması kimi destruktiv əməliyyatların qarşısının alınması üçün dövlətin maliyyə mübadilələri ilə bağlı akt və tədbirlərinin olmasının zəruri olduğunu deyən Ali Rəhbər dövlət valyutasından istifadə edilərkən yol verilən bəzi qanun pozuntularına işarə edərək dedi: “Aidiyyatı qurumlar və ya qanuni tədbirlər vasitəsilə bu cür aşkar qanun pozuntularının qarşısı alınmalıdır”.

Müqavimət iqtisadiyyatı siyasətlərinin ciddiyə alınması, vaxtında tədbir görülməsi, hadisə baş verməzdən əvvəl tədbir görülməsi, korrupsiya ilə real mübarizə İslam İnqilabınınv Rəhbərinin bu iclasda toxunduğu növbəti məsələlər oldu.

O vurğuladı ki, korrupsiya ilə mübarizədə öncə korrpusiya və pozucu komponentlərlə mübarizə aparılmalı, sonra bu barədə şəffaf məlumat verilməlidir: “Şübhəsiz ki, korrupsiya ilə mübarizə birinci növbədə idarələrin məsul şəxslərinin vəzifəsidir. Bundan sonra sözügedən məsələ məhkəməyə həvalə edilməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, məsul şəxslərin xalqla vizual söhbət etməsi və şəraiti başa salması zəruridir: “Problemləri xalqla müzakirəyə çıxarın. Öz tədbirlərinizi təqdim etməklə yanaşı düşmənin planını da onlara bildirin”.

O, sonda dedi: “Həqiqətən, hesab edirəm ki, dövlət, lazımi addımlar atılacağı təqdirdə problemlərin öhdəsindən gələcək və ABŞ-ın planlarını iflasa uğradacaq”.

İclasda çıxış edən prezident cənab Ruhani üzünü İslam İnqilabının Rəhbərinə tutaraq dedi: “Qeyd etdiyiniz nüansları həyata keçirmək üçün bütün səylərimizi səfərbər etmişik”. 

Ölkə başçısı qeyd etdi ki, düşmən xalqda gələcəklə bağlı narahatlıq və inflyasiya gözləntiləri yaratmaq üçün çalışır: “İranın düşmənlərinin bütün psixoloji və iqtisadi səylərinə rəğmən, ölkənin bu ilin əvvəlki üç ayındakı valyuta və riyal gəlirləri əvəvlki ilin ilk üç ayındakı gəlirlərindən çox olmuş, təmir-bərpa sektoruna əvvəlki ildəkindən 22 dəfə artıq lazımi kredit ayrılmış və təmin edilmişdir” .

Bank sistemi və likvidiklik problmeləri kimi məsələlərin xarici təzyiqlər və sanksiya ilə heç bir əlaqəsinin olmadığını, əvəvlcədən mövcud olduğunu vurğulayan cənab Ruhani bu problemlərin həlli üçün dövlət proqramının olduğunu dedi: “Bu problemlərin həlli İqtisadi Əməkdaşlıq Ali Şurası və Dövlətin İqtisadi Qərargahının əsas iş gündəliyinə daxildir”.

Ölkə başçısı habelə, amerikalıların planlarının alt-üst ediulməsi üçün dövlət qurumları və güc strukturlarının tam əməkdaşlığının zəruri olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /