Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bədxahlara qarşı qətiyyətli, xalqa qarşı təvazökar olmaq lazımdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər məhkəmə sisteminin sədri və məsul işçiləri ilə görüşdə məhkəmə sisteminin ağır və rəhbərlik vəzifələrindən söz açaraq dedi: “Məhkəmə sistemi ümumi və fərdi hüquqların bərpası üçün ədalətin təzahür etdiyi məkan, xalqa əmin-amanlıq bəxş edən etibarlı sığınacaq olmalıdır. Düzgün təbliğat, yəni gerçəkliklərin peşəkarlıqla və effektiv şəkildə əks etdirilməsi, məhkəmə orqanının funksionallığı, habelə daxili davamlı hərəkət və dəyişmə ilə xalqın etibarını qazanmaq olar”.

Çıxışının əvvəlində məhkəmə işçilərini Məhkəmə hakimiyyəti günü və həftəsi münasibəti ilə təbrik edən İslam İnqilabının Rəhbəri bu orqanın fəaliyyəti ilə bağlı tam və əhatəli məlumat verdiyi üçün Ayətullah Amuli Laricaniyə təşəkkür edərək İslam dövlətinin bir çox əlamətdar günlərində olduğu kimi, Ayətullah Behiştinin şəhidət ildönümü günü münasibəti ilə müəyyən bir həftənin məhkəmə sisteminin adı ilə adlandırılmasının Allah yolunda fədakarlıq və şəhadət prinsipli olmaqdan xəbər verdiyini dedi: “Bu məsələ məhkəmənin vəzifəsi və onunla bağlı gözləntilərin sırf idari bir təşkilat olmaqdan çıxarır və ali məqsədlərə yetişmək üçün hərtərəfli mübarizə, fədakarlıq, özündən keçməni bu qurumun sərlövhəsi edir”.

Həzrət Ayətullah Xamenei məhkəmə sisteminin sədri və məsul işçilərinə təşəkkür edərək bu qurumun vəzifəsinin hakimiyyət xarakterli və çox həssas olduğunu dedi: “Əgər məhkəmə sistemi özünün hökm vermək, ixtilaflar, münaqişələr, qanun pozucularının cəzalandırılması vəzifələrinə yaxşı əməl etsə, xalq hakimiyyətdən razı və məmnun qalar. Əgər vəzifələrə yarımçıq və pis əməl edilsə, xalq hakimiyyətdən narazı qalar”.

O, məhkəmə sisteminin vəzifələrinin düzgün və qətiyyətli icrasının xalqın həyatına böyük təsir göstərəcəyini dedi: “Dəfələrlə vurğulandığı kimi, məhkəmə sistemi ədalətin məzhəri və xalqın pənah yeri olmalıdır. Xalq əmin olmalıdır ki, harada haqsızlıqla və qanun pozuntusu ilə qarşılaşarsa, məhkəməyə müraciət etməklə öz haqqını arxayınlıqla ala bilər”.

İslam İnqilabının Rəhbəri məhkəmə sisteminin ictimai hüquq, əhalinin gündəlik məişət məsələləri ilə bağlı mövzularla məşğul olmasının bu qurumun mühüm vəzifələrindən olduğunu dedi: “Xalqda əminlik yaranmalıdır ki, ictimai hüquqla bağlı məsələlərdə məhkəmə orqanlarına müraciət etdikdə onların hüquqları bərpa olacaq”.

Həzrət Ayətullah Xamenei habelə, qeyd etdi ki, məhkəmə sistemində inkişaf dəqiq parametrlərin təyini və zaman qrafiki ilə şərtlənir: “Dəyişmə və inkişaf tədrici formada mümkün deyil, özünü göstərməsi üçün uyğun sürətlə baş verməlidir”.

O, mühüm əhəmiyyət daşıyan ictimai rəy, xalqın etimadının qazanılması və məhkəmə sisteminin bu sahədəki zəifliyinə işarə edərək dedi: “Biz düşmən, bədxah, hiyləgər və iftiraçı qarşısında qətiyyətli davranmalıyıq. Ancaq xalqa qarşı təvazökar, ürəyiyanan və mehriban olmalıyıq. İctimai rəyin etibarını qazanmaq üçün onlarla anlaşmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ictimai rəyin etimadını qazanmaq bütün orqanların, xüsusilə məhkə orqanı və onun icra məmurlarının əsas işlərindəndir: “Etimad qazanmaq iki əsasla şərtlənir – biri əməli iş, digəri təbliğat”.

Həzrət Ayətullah Xamenei düzgün təbliğatın zəruriliyi məsələsinə bunları əlavə etdi: “Bu gün məkəmə sistemi xarici düşmənlər və daxili məlumatsızlar tərəfindən media və təbliğatın ən güclü təzyiq hədəfinə çevrilmişdir. Belə ki, bu təbliğatlarda, bir neçə gənc asayiş keçikçisini qətlə yetirdiyi üçün neçə ay sürən ədalətli və qanuni məhkəmə prosesində işinə baxılan və haqqında hökm çıxarılan qəddar bir qatil məzlum kimi, məzlumların hüquqlarını bərpa etməyə çalışan şəfqətli bir məhkəmə zalım və təcavüzkar kimi tanıtdırılır”.

O vurğuladı: “Məhkəmə sistemində effektiv təbliğat işi aparmaq və bu cür ağır media əməliyyatlarına qarşı mübarizə aparmaq üçün güclü və yaradıcı bir media komandasına ehtiyac var”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, media təbliğatı və işi təkcə qulağa çatıdırlacaq deyil, auditoriyanın qəlbinə oturacaq şəkildə aparılmalıdır: “Davamlı, peşəkar və kreativ metodlarla müxtəlif proqramlar həyata keçirilməli, inandırıcı və hiss olunan həqiqət və gerçəklər ictimai rəyə təqdim edilməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi: “Bu gün dünyada propaqanda və mürəkkəb təbliğat metodları ilə qara ağ, mütləq batil haqq kimi göstərilir. Ancaq təəssüflər olsun ki, bizim qurumların çoxu dəqiq və peşəkar media fəaliyyətlərinə, ictimai rəyin cəlb edilməsinə az əhəmiyyət verirlər”.

O, çıxışının davamında qeyd etdi ki, məhkəmə və prokurorluqlarda əhalinin şikayətinə baxmaq üçün müxtəlif və uyğun metodlardan istifadə etmək lazımdır: “Məhkəmə sistemindəki çalışqan, dürüst və özünə əmin olan hakimlər xalqa tanıtdırılmalıdır ki, bu metod geniş vüsət alsın. Digər tərəfdən, hakim və digər subyektlər olmasından asılı olmayaraq, qanun pozuntusuna yol verənlər və xəyanətkarlar da xalqa tanıtdırılmalıdır”.

İslam İnqilabının Rəhbəri məhkəmə sistemində daxili islahatların aparılmasının zəruri olduğunu vurğuladı: “Məhkəmə sistemində ədalətli hökmlə nəticələnən hər bir mühüm iş, əslində, bir cariyənin azad edilməsi və bir xeyir əməldir. Bu barədə xalqa düzgün məlumat verilməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində iqtisadi cinayətkarlıqlarla mübarizədə məhkəmə sisteminin mühüm rol oynadığını dedi: “Ölkənin əsas məsələsi olan iqtisadiyyatın idarə edilməsində icraedici qüvvə birinci dərəcəli rola malikdir. Ancaq qanunverici qüvvə və məhkəmə də əsaslı və effektiv rol oynayır”.

O bildirdi ki, iqtisadi mühitdə təhlükəsizlik yardılması məhkəmə sisteminin vəzifələrindəndir: “Biznes mühiti, xalqın həyat və məişəti etibarlı olmalıdır. Məhkəmə sistemi iqtisadi təhlükəsizliyi pozanlara qarşı mübarizə aparmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, cinayətkarlıq və cinayətkarlarla açıq və qətiyyətli mübarizə məhkəmə sisteminin digər mühüm vəzifələrindəndir: “Bu sahədə açıq və effektiv fəaliyyət göstərin və aktiv olun”.

O, korrupsiyanın bütün qurumlara yayılması təsəvvürünün ictimai rəyə birbaşa və dolayı şəkildə təqdim edən fikirləri tənqid edərək dedi: “Bəzi xalq və hökumət qurumlarında, fəaliyyət sahələrində korrupsiya var, ancaq ümumi korrupsiyanın olması doğru deyil. Xalqın təsəvvüründə bu səhv fikir formalaşdırılmamalıdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ictimai rəydə məhkəmə sisteminin iqtisadi cinayətkarlığa qarşı mübarizəsi ilə bağlı qaneedici fikir formalaşdırılması zəruridir: “Hər hansı cinayətkarı mühakimə edib cəzalandırdıqda xalqın sizin fəaliyyətinizi yaxşı hiss etməsi və təhdidləri fürsətlərə çevrmək üçün fəaliyyətinizi xalqa aydın, əsaslı və peşəkarlıqla izah edin”.

İqtisadi pproblemlərin həllində hökumətlə əməkdaşlıq edilməsi onun məhkəmə sisteminə verdiyi başqa bir tövsiyə oldu.

Məhkəmə sisteminin düşmənlərin hərbə-zorbaları, habelə insan hüquqları iddiaçıları ilə mübarizədə İran xalqının hüquqlarını müdafiə etmək üçün göstərdiyi fəaliyyətlərdən məmnunluq hissi keçirdiyini deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “İnsan hüquqları məsələsində İslam Respublikası Qərbin cinayətkar iddiaçılarına qarşı tələbkardır”.

O, keçən onilliklər ərzində dünyanın müxtəlif regionlarında ABŞ-ın törətdiyi insan hüquqları faciələrinə, habelə fransız və ingilislərin Afrika qitəsi və Hindistan subkontinentində törətdikləri cinayətlərə işarə edərək dedi: “O illərdə də qərblilərin İŞİD-i dəstəkləyən addımları, Suriya, Miyanma və digər regionlardakı fəaliyyətləri insan hüquqlarının müdafiəsini həyasızçasına iddia edənlərin təkrar yalanlarını göstərir ”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən məhkəmə sisteminin sədri Ayətullah Amuli Laricani bu qurumun məhkəmə prosesləri, ümumi xidmətlər, insan resursları, nəzarətlərin gücləndirilməsi, ictimai hüquqlar, cinayətin qarşısının alınması, ümumi təhsil, həbsxana mühitində əxlaqın yayılması, qanunların islahı, beynəlxalq məhkəmə məsələləri, informasiya texnologiyası və tədqiqat fəaliyyətlərinin inkişafı, informasiya və məhkəmə orqanında dəyişilmə istiqamətlərindəki fəaliyyətləri və xidmətləri haqqında məlumat verdi.

Ayətullah Amuli Laricani keçən il məhkəmə orqanlarına təqdim edilmiş 16 milyondan çox işə baxıldığını dedi: “Məhkəmə sistemi cəmiyyətin hüquqlarını bərpa etmək üçün yeni hərəkətə start vermiş, təbii mənbələrdən istifadənin məhdudlaşdırılması kimi mühüm məsələlərlə məşğul olmuş, vətəndaşların yol problemləri və uçuşların gecikməsi məsələlərindəki hüquqlarını müdafiə etmişdir”.

Məhkəmə sisteminin sədri hakimlər və bu qurumun işçilərinə nəzarətin gücləndirilməsinə toxunaraq dedi: “Məhkəmə sistemi daxilində cinayətkarlıqla mübarizə prosesi əsnasında keçən il 167 hakimin fəaliyyəti müvəqqəti olaraq dayandırılmış və ya işdən kənarlaşdırılmış, 465 halla mübarizə faktı qeydə alınmışdır”.

Ayətullah Amuli Laricani dedi: “Vətəndaşların problemlərini həll etmək üçün 1396-cı ildə həm məhkəmə sədrləri, həm də işçiləri səviyyəsində daha çox işlər görülmüşdür”.

Məhkəmə sisteminin sədri məhkəmə sisteminə qarşı təşkil edilmiş hücum kompaniyalarından söz açaraq vurğuladı: “Destruktiv fəaliyyətlər və iftiraların olmasına rəğmən, şərəfli hakimlər, çalışqan işçilər, məhkəmənin səlahiyyətli müdirləri xalqa xidmət istiqamətində var gücləri ilə öz vəzifələrinə əməl edirlər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /