Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Parlament bəzi məsələlərlə bağlı müstəqil qanun qəbul etməlidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İslam Şurası Məclisinin sədri, üzvləri və bir qrup işçisi ilə görüşdə qeyd etdi ki, parlament dövlətin möhkəm sütunu, mərhum İmamın dili ilə desək, üstün keyfiyyətlərin, yəni millətin ən üstün xüsusiyyətlərinin cövhəridir: “Millət vəkilləri qanun qəbul edərkən və üzərlərinə düşən əsas vəzifələrin icrası zamanı ölkənin prioritetləri, xalqın, xüsusilə zəif və orta təbəqələrin problemlərinin həlli, Qərb baxışlarından təsirlənmə, inqilabçılıq və aristokrat həyat tərzindən çəkinmə kimi mühüm məsələləri tam diqqət mərkəzində saxlasınlar”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində xalqa ixlasla xidmət göstərilməsinin ibadətlərin ən üstünü olduğunu dedi: “Millət vəkillərinin Allah üçün və onun razılığını qazanmaq üçün olan bütün addımları, davranış və danışıqları həqiqi xidmətdir və Allaha yaxınlaşmağa səbəb olur”.

O vurğuladı ki, parlamentin keyfiyyəti hər dövrdə əvvəlki dövrlə müqayisədə daha da artmalıdır. Bu məqsədə nail olmaq üçün daha çox və daha yaxşı işləmək lazımdır: “Xidmət meydanının ən başında yer almağın şərti daha yaxşı iş, əsaslı addım və əməldir”.

İslam İnqilabının Rəhbəri spikerin həyata keçirilmiş fəaliyyətlərlə bağlı verdiyi məlumatları yaxşı qiymətləndirərək əlavə etdi: “Qəbul edilmiş qərarların sayı kimi kəmiyyət göstəriciləri bu qiymətləndirmə üçün yetərli deyil. Dövlət idarəçiliyində qanunların çəkisi, yəni qanunların İranın inkişafı və xalqın problemlərinin həllinə göstərdiyi təsir ölçülməlidir”.

O, böyük İmamın parlamentlə bağlı dediyi “Xalqın üstün keyfiyyətlərinin cövhəri” ifadəsinə işarə edərək dedi: “İran xalqı tarixdə iman, elm, özgüvən, müstəqillik, stabillik, malik olduqları ilə fəxr etmək kimi yüksək keyfiyyətlərin simvolu olmuşdur. Bu səbəbdən də parlament və onun üzvləri bu cür üstün keyfiyyətlərin cövhəri, milli izzətin, İslam dövlətinin iqtidarı və möhkəmliyinin simvolu olmalıdır”.

Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı belə dedi: “Parlament tərəddüd, özünə inamsızlıq, məyusluq, ümidsizlik, ölkənin problemlərinə etinasızlıq, laqeydliyin simvolu olmamalı, milli imkan və potensiallara məyusluqla baxmamalıdır”.

İslam İnqilabının Rəhbəri yadların hücumu ilə bağlı iki tarixi nümunəyə, yəni səlcuqlar və monqolların İrana hücumu, habelə əziz İslamın İrana gəlişi faktına işarə edərək dedi: “Bütün bu dövrlər ərzində fars dili, İranın mədəniyyəti və incəsənəti qorunub saxlandı və günbəgün inkişaf etdi. Bu da xalqın iqtidarı və möhkəmliyinin göstəricisidir”.

O, İran xalqına qarşı sürdürülən 40 illik hərtərəfli düşmənçiliyə işarə edərək dedi: “Qırx ildir, düşmənlərdən ibarət böyük bir cəbhə İslamın əvvəlki dövrlərinə təsadüf edən “Əhzab müharibəsi”ndə olduğu kimi, müharibə, sanksiya, təhlükəsizlik planı kimi bütün mümkün vasitələrlə İran xalqına qarşı ən ağır düşməncəsinə tədbirləri həyata keçirir. Lakin bu gün İranın elmi, gücü, tərəqqisi, beynəlxalq iştirakı və əzəməti İnqilabın ilk günü ilə müqayisə edilməyəcək dərəcədə artmışdır”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini bir növ yekunlşadıraraq millət vəkillərinə dedi: “İran xalqı bu cür fəxr ediləcək gözəl xalqdır. Buna görə də onların yüksək keyfiyyətlərini təmsil edən sizlər özünüzə və parlamentə bu gözlə baxıb vəzifələrinizə əməl edin”.

Qanunvericilik və ölkənin icra fəaliyyətinin relslərlə təmin edilməsi işinin parlamentin ən mühüm vəzifəsi olduğunu deyən İslam İnqilabının Rəhbəri qanunvericiliyin keyfiyyətinin dayanmadan artırılmasının zəruriliyini vurğulayaraq bu məsələ ilə bağlı bir neçə mühüm nüansa aydınlıq gətirdi.

Ölkənin prioritetlərinə diqqət və əhəmiyyəti az olan məsələlərlə bağlı qanun qəbul edilməsindən tamamilə çəkinmək onun toxunduğu birinci məsələ oldu.

Həzrət Ayətullah Xamenei millət vəkillərinə dedi: “Xalqa xidmət etmək üçün sizin dörd il fürsətiniz var. Buna görə də onun hər bir anını mühüm və prioritet məsələlərlə bağlı qanun qəbul edilməsinə sərf edin”.

Qanunların əməli icrası və ölkənin maraqlarına zidd olan məsələlərlə bağlı qanun qəbul edilməsi İnqilabın Rəhbərinin parlament üzvlərinə xatırladığı digər iki nüans oldu.

O bu məsələdə beynəlxalq müqavilələr və konvensiyalardan söz açaraq dedi: “Bu müqavilələr böyük güclərin fikir otaqlarında onların maraqlarını təmin etmək üçün hazırlanır. Sonra onlarla eyni düşüncədə olan ölkələrin, ya onların davamçılarının və ya onlardan qorxan ölkələrin bu müqavilələrə qoşulması ilə üzdə beynəlxalq bir müqavilə formasına gətirilir. Əgər İran kimi hər hansı müstəqil bir ölkə bu müqavilələri qəbul etməzsə, ona qarşı güclü hücuma keçir və bildirirlər ki, misal üçün 150 ölkə qəbul edibsə, siz niyə qəbul etmirsiz?”

İnqilabın Rəhbəri bu cür konvensiyalara qarşı doğru mübarizə yoluna açıqlama gətirərək dedi: “Son günlərdə parlamentdə müzakirəyə çıxarılmış bəzi beynəlxalq konvensiyalar haqqında da qeyd etdiyimiz kimi, müdrik, yetkin və cəsarətli İslam Şurası Məclisi terrorizm və ya çirkli pulların yuyulması ilə mübarizə kimi məsələlərdə müstəqil qərar qəbul emtəlidir”.

O əlavə etdi: “Əlbəttə, beynəlxalq müqavilələrin bəzi müddəaları yaxşı da ola bilər. Ancaq bu müddəaları əsas götürərək məqsədlərindən tam dəqiqliklə xəbərimiz olmayan və ya problemlərinin olduğunu bildiyimiz konvensiyalara qoşulmağımıza heç bir lüzum yoxdur”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında qanunvericiliyin zəruri cəhətlərindən söz açaraq dedi: “Qanun ilk növbədə xalqın, xüsusilə zəif və orta təbəqlərin problmlərinin həllinə yönəlməli, güc və sərvət sahiblərinin əlində və onlara xidmət edən alətə çevrilməməlidir”.

İnqilabın Rəhbərinin millət vəkillərinə israrla tövsiyə etdiyi başqa bir məsələ parlamentin araşdırmalar mərkəzinin imkanlarından, habelə məclisdə təmsil olunmayan mütəxəssislərin fikir və görüşlərindən istifadə edərək mütəxəssis rəyinə əsaslanan yönlərə tam riayət edilməsi ilə bağlı oldu.

O, parlamentdə ailə məsələləri ilə bağlı aparılan araşdırma və müzakirələrdə Qərbin baxışlarından qaynaqlanan bəzi təsirlənmələri tənqid edərək dedi: “Qanun qəbul edərkən problemlərin həqiqi həllinə çalışın”.

Həzrət Ayətullah Xamenei dedi: “Qərbin həyat tərzi həqiqi ailə məzmununa ziddir və ailəyə əlacı olmayan problemlər yaradır. Buna görə də İran ailələrinin problemlərinin həlli ilə bağlı qanun qəbul edərkən qadına, övlada, ata və anaya qərbli gözü ilə baxmaq olmaz”.

İnqilabın Rəhbərinin parlament üçün aktual hesab etdiyi başqa bir məsələ ölkənin mühüm prioriteti olan iqtisadi problemlərin həlli istiqamətində qanun qəbul edilməsi ilə bağlı oldu.

O, iqtisadi problemlərlə ciddi məşğul olmaq üçün üç dövlət strukturunun başçıları və üzvlərinin iclas təşkil etdiyindən məmnunluq hissi keçirdiyini vurğulayaraq dedi: “Bu iclas uğurla nəitcələnməli və güclü qərarlar qəbul etməklə mövcud problemlərin həllinə yol açmalıdır. Parlament də bu istiqamətdə hərkət etməli və düşmənlərə iqtisadi problemlərdən sui-istifadə etməyə imkan verməməlidir”.

Qanunların yenilənməsi və onlara düzəlişlər edilməsi, öz varlıq fəlsəfəsini və qəbul olunma məntiqi itirmiş bəzi keçmiş qanunları ləğv etmək, ziddiyyətli və problem yaradan, o cümlədən biznes fəaliyyətinin asanlaşdırılması üçün bəzi qanunların ləğv edilməsi İnqilabın Rəhbərinin parlamentin qanunvericiliyi üçün zəruri hesab etdiyi məsələlərdən idi.

O, bəzi qurumlarda qanunların icra edilməməsi və ya icrasının yubandırılması faktını tənqid edərək dedi: “Qanun icra edilmək üçün qəbul edilir. Parlament qanunların icrasına ciddi nəzarət edərək bunu tələb etsin”.

Həzrət Ayətullah Xamenei millət vəkillərinin inqilabçı davranışlarından, yəni rasional, tədbirli və mübariz davranışlardan söz açaraq dedi: “Siz millət vəkilliyi andında İnqilabın və dövlətin nailiyyətlərini qoruyacağınıza söz vermisiniz. Bu anda əməl yalnız inqilabçı davranışa doğru-düzgün əməl emtəklə mümkündür. Əgər bu öhdəliyə əməl edilməzsə, millət vəkilinin parlamentəki mövcudluğu konstitusiya və şəriət baxımından problemlidir”.

İnqilabın Rəhbəri mücahid idarəçi olmaq üçün ölkə rəhbərlərinə verdiyi həmişəki tövsiyəsinə işarə edərək dedi: “Parlament üzvlərinin davranışı, danışığı və fəaliyyətlərinə yüksək əhval-ruhiyyə, iman və inqilabçı motivi hakim olmalıdır”.

Komissiyalarda vaxtında və tam iştirak, qeyri-zəruri xarici səfərlərdən, aristokrat həyat tərzindən çəkinmək İnqilabın Rəbərinin millət vəkillərinə verdiyi tövsiyələrdən idi.

Həzrət Ayətullah Xamenei aristokrat həyat tərzinə meylin ölkənin böyük bəlası olduğunu dedi: “Əgər aristokratlıq hayat tərzimizin tərkib hissəsinə çevrilərsə, onun mənfi nəticələri, o cümlədən tənəzzüllərin ardı ardı-arası kəsilməyəcək, vəziyyət çox çətinləşəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında millət vəkillərinin davranışına nəzarətin, hətta parlamentin hökumət və digər mühüm strukturlara nəzarətindən daha mühüm olduğunu dedi: “Parlamentdə bu sahə ilə bağlı yaradılmış heyət gücləndirilməli və sözün əsl mənasında millət vəkillərinin davranışlarına nəzarət etməlidir”.

O qeyd etdi ki, İslam Şurası Məclisi dövlətin əsas sütunu kimi bu günə qədər yaşı fəaliyyət göstərmiş və inkişaf etmişdir: “Bu hərəkət mümkün qədər daha çox gücləndirilməlidir. Çünki ölkənin millət və ölkdaxili struktur möhkəmliyinə ehtiyacı var”.

Həzrət Ayətullah Xamenei beynəlxalq hegemonların zati çirkinliyinin gündən günə daha da aşkara çıxdığına işarə edərək dedi: “ABŞ-da minlərlə övladın anadan ayrılması cinayətinin görüntülərini izləmək insanı haldan salır. Ancaq amerikalılar tam çirkinliklə övladları mühacir valideynlərdən ayırırlar”.

O, məzlum Yəmən xalqının əlindən bir limanı almaq üçün mütərəqqi silahlara malik bir neçə dövlətin etdiyi qanlı və cinayətkar hücumların beynəlxalq hegemonların çirkin zatının başqa bir nümunəsi olduğunu dedi: “İran xalqı müqavimət göstərdiyi və haqq-ədalət tələb etdiyi üçün insanlığın bu düşmənləri İslam Respublikası ilə də düşmənçilik edirlər. Ancaq İran xalqı Allahın lütfü ilə daxili möhkəmliyi qorumaqla ABŞ və digər düşmənlərə qalib gələcək”.

İslam İnqilabının Rəhbəri dedi: “Bu cinayətkarlar zəmanənin şümürləridirlər. Quran buyurduğu kimi, onların heç bir əhd və peymanına etimad eməyin. Bu həqiqəti İran xalqı bu gün aydın şəkildə görür”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda vurğuladı: “İran xalqının düşmənləri sözün əsl mənasında bac-xərac istəyən hegemonlardır. Təbii ki, İran dövləti, milləti və rəhbərləri heç bir bac tələb edən hegemon qarşısında əyilməyəcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən spiker parlamentin qanunvericilik və nəzarət sahəsində göstərdiyi fəaliyyətlər haqqında məlumat verərək dedi: “200 açıq iclas keçirilmiş, 109 qanun və 14 məsələ araşdırılaraq təsdiq edilmişdir”.

Cənab Laricani onuncu parlamentdə qəbul edilmiş bəzi qanunlara işarə edərək dedi: “Parlamentin 26 iclası təqaüd fondlarının vəziyyəti, su problemi, keçən ilin dey ayının problemlərinin həlli, nüvə və regional məsələlər, bankların vəziyyəti, məşğulluq və ölkənin iqtisadi prioritetlərinin tədqiqi kimi mühüm mövzulara sərf edilmişdir”.

Parlamentin sədri dedi: “İnflyasiya problemi və yarımçıq qalmış layihələr parlamentin diqqət mərkəzindədir və 97-ci ilin büdcəsində onun həlli ilə bağlı yeni mexanizm nəzərdə tutulmuşdur”.

Cənab Laricani millət vəkillərinin ABŞ-ın düşməncəsinə fəaliyyətlərinə və sanksiyalarla mübarizəyə ciddi yanaşdıqlarını dedi: “Hal-hazırkı həssas şəraitdə xalq İran İnqilabının Rəhbərinin ağıllı tədbirləri sayəsində problemləri başıucalıqla adlayacaqdır”.

Spiker dedi: “İslam Şurası Məclisi bütün gücü ilə yadların hiylələri qarşısında dayanır və İran xalqının təhlükəsizliyi və xoşbəxtliyi üçün xüsusilə iqtisadi sahələrdə digər qurumlarla səmimi əməkdaşlıq edəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /