Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejim müsəlmanların qətiyyəti sayəsində mütləq məhv olaca

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə günü) səhər dövlət rəsmiləri, İslam ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan bir qrup insanla Fitr bayramı görüşündə qeyd etdi ki, İslam cəmiyyəti və İslam ümmətinin şərəf və heysiyyətini təmin edən ən mühüm amillərdən biri vəhdət və ixtilaflara son qoymaqdır. O, habelə vurğuladı ki, sionist rejim regionda və İslam ölkələri arasında ixtilaf yaradan əsas faktordur: “Sionist rejimin problemi qeyri-qanunilikdir. Batil üzərində qurulmuş bir rejim Allahın yardımı və müsəlman xalqların səyləri sayəsində mütləq məhv olub aradan gedəcək”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, imperializmin hal-hazırki region siyasəti müsəlmanlar arasında ixtilaf yaratmaq, İslam ölkələrinin əhalisi arasına pərakəndəlik salmaqdır: “Cinayətkar ABŞ və sionistlərin bu siyasətinə qarşı yeganə mübarizə yolu düşmənin planını öyrənib ona qarşı müqavimət göstərməkdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, xalqların imperialist siyasətlərinə qarşı müqavimət göstərməsi üçün İslam dövlətlərinin məsul şəxsləri, İslam ümmətinin mədəni, dini və siyasi elitası üzərinə ciddi məsuliyyət düşür. O, qondarma sionist rejiminə işarə edərək dedi: “Bu rejimin yaradılmasının məqsədlərindən biri müsəlman xalqları arasına ixilaf salmaq, aralarında problem yaratmaqdır. Lakin bütün təcrübələr göstərir ki, qanunilik problemi olan sionist rejimi qalıcı olmayacaq”.

O, regionun bəzi qorxaq ölkə rəhbərlərinin bu işğalçı rejimlə gizli və aşkar diplomatik əlaqələrinin və ya ABŞ-ın öz səfirliyini Beytül-müqəddəsə köçürmək tədbirinin sionist rejimin problemini həll etməyəcəyini dedi: “Bu rejim zorakılıq, təhdid, qırğın, bir millətin öz torpaqlarından çıxarılması əsasında formalaşmışdır. Bu səbəbdən də sionist rejimin qeyri-qanuniliyi müsəlman xalqların yaddaşına həkk olub. Fələsin xəritəsini dünya coğrafiyasının tarixi yaddaşından silmək olmaz”.

İslam İnqilabının Rəhbəri müsəlman, xristian və yəhudi olmasından asılı olmayaraq əsl fələstinlilər arasında referendum keçirilməsi və Fələstin hökumətinin bu referendum əsasında qurulmasının zəruri olduğunu bir daha vurğuladı: “Belə bir referendumun keçirilməsi və fələstinlilərin səsləri əsasında Fələstin hökumətinin qurulması, əslində, qondarma sionist rejimin məhvi deməkdir. Bu həqiqət elə də uzaq olmayan gələcəkdə mütləq reallaşacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda vurğuladı: “Sionist rejimin süqutu ilə İslam ümməti öz izzət və vəhdətinə qovuşacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən ölkə başçısı cənab Ruhani qeyd etdi ki, mənəvi mühitin, vəhdət, etimad və gələcəyə ümidin gücləndirilməsinə keçmişdəkindən daha çox ehtiyac var: “Digər qüvvələrin potensialı, xüsusilə xalqın hökumətin yanında yer alması zəruridir”.

Prezident bildirdi ki, hal-hazırki şəraitdə düşmən təcrübə və rasionallıqdan məhrumdur: “Düşmən təkcə İran xalqı qarşısındakı öhdəlikləri deyil, bütün beynəlxalq və regional öhdəlikləri ayaq altına atmaqda qərarlıdır”.

Cənab Ruhani dedi: “Çox qəribədir ki, əli Əfqanıstan, İraq, Suriya və Yəməndən tutmuş digər ölkələrə qədər region xalqlarının qanına bulaşmış bir dövlət üzünə sülhpərvərlik niqabı atıb müzakirə və sülhdən dəm vurur. Hər gün xalqları qıran qəsbkar bir rejim İslam Respublikası və İran xalqı ilə bağlı yalançı və yanlış təsəvvür yaratmaq üçün yolçuluğa əl atıb”.

Cənab Ruhani bildirdi: “Bu gün dünya xalqları və ölkələri İranın ticari partnyorları, Avropa, Rusiya, Çin, qonşular, müsəlmanlar və bütün ölkələr Ağ ev rəhbərlərinin quldurluğuna qarşı çıxmalıdırlar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /