İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra İmam Xomeyninin (r.ə) vəfatının 29-cu ildönümü münasibətilə toplaşmış qədirbilən xalqın saya gəlməz, məzmunlu və əzəmətli izdihamı qarşısında çıxış etdi. Çıxışı zamanı Əmirül-mömininin (ə) misilsiz fərdi və rəhbərlik xüsusiyyətləri və əzəmətli İmam Xomeyninin bu izzət və qalibiyyət bəxş edən xüsusiyyətlərə bənzəyən qürurverici cəhətlərindən danışan Ali Rəhbər düşmənlə münasibətdə və İslam dövlətinin inkişaf etdirilməsi sahəsində Böyük Xomeyninin davranış tərzi və idarəetmə metodunun yeddi əsas istiqamətindən danışdı: “Böyük İmamdan sonra həmin yol və tərzi diqqətlə davam etdirmiş və etdirəcəyik. Allahın lütfü, xalqın və ölkə rəhbərliyinin imanı, müqaviməti və ayıqlığı sayəsində düşmənin hal-hazırda rəhbər tutduğu iqtisadi, psixoloji və əməli təzyiq planını iflasa uğradacağıq”.
Güc strukturlarının rəhbərləri, dövlət rəsmiləri, xarici ölkələrin səfir və nümayəndələrinin də iştirak etdiyi bu mərasimdə İmam Xomeyninin (r.ə) İnqilabın simvolu olduğunu deyən İslam İnqilabının Rəhbəri Əmirül-möminin Həzrət Əlinin şəhadət günlərinin İnqilabın böyük rəhbərin vəfatının ildönümünə təsadüf etdiyni vurğulayaraq dedi: “Həzrət Əmirül-mömininin (ə) bu sadiq və həqiqi davamçısının o böyükü və uca rəhbərlə olan bənzərlikləri İran xalqı və İslam ümməti üçün qürur mənbəyidir. Bu bənzərliklərə diqqət doğru yolu tapmaq və mərhum İmamı (r.ə) daha yaxşı tanımaq üçün mühüm və faydalıdır”.
Dahi İmamın Həzrət Əliyə (ə) bənzəyən cəhətlərini üç sərlövhə çərçivəsində ümumiləşdirən Ali Rəhbər birinci sərlövhədən danışarkən dedi: “Həzrət Əmirül-möminində (ə) zahirən iki ziddiyyətli xüsusiyyət var idi - bütün batil hərəkətlər, zalım və təcavüzkarlar qarşısında sərtlik, müqavimət və şiddət; Allahı yad edərkən, habelə məzlumlar, məhrumlar və zəiflərə qarşı mülayimlik və yumşaqlıq”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Həzrət Əlinin (ə) Müaviyəyə, möhtərəm hesab edilmələrinə baxmayaraq, dünyapərəst olan bəzi qədim səhabələrə və xəvaricə qarşı kəskin mövqeyi o cənabın sərtliyinin nümunələrindəndir: “Digər tərəfdən isə Allahın bu böyük vəlisi yetimlər və zəiflər qarşısında insanı heyrətə gətirəcək dərəcədə yumşaqlıq və mülayimlik göstərmişdir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, mərhum İmam da bu iki xüsusiyyətə malik idi: “İmam Xomeyni bir tərəfdən dekadent Pəhləvi rejimi, ABŞ və təcavüzkar Səddam, hətta doğru yoldan sapmış şagirdi və qədim dostu qarşısında möhkəm qaya, sarsılmaz dağ kimi dayandığı halda, digər tərəfdən, bir şəhid anasının sevgi və fədakarlıq mesajı qarşısında, habelə zəif və əlsiz-ayaqsızların müdafiəsinə qalxdıqda çox hüzünlü və həlim olurdu”.
İslam İnqilabının Rəhbəri ikinci sörlövhəyə açıqlama gətirərkən Əmirül-mömininin zahirən bir-birinə uyğun gəlməyən üç xüsusiyyətini – iqtidar, məzlumluq və son qalibiyyət xüsusiyyətlərini qeyd etdi.
O, Həzrət Əli (ə) hökumətinin çox aşkar cəhətlərindən olan güclü idarəçilik xüsusiyyətinə işarə edərək dedi: “Polad iradə, şücaət, hərbi bacarıq, güclü nitq və valehedici məntiq Əmirül-mömininin iqtidarının aşkar cöhətlərindən olmuşdur”.
O qeyd etdi ki, düşmənlər və paxıl insanların təqvalıların rəhbərinə atdıqları namərdcəsinə iftiraları və dünyapərəstlərin çikrin davranışları o cənabın məzlumiyyətini göstərən cəhətlərdir: “Bu bitib-tükənməyən təzyiqlər, dərin məzlumiyyət elə bir həddə idi ki, dərya qədər səbri olan İmamı quyu ilə dərdləşməyə vadar edirdi”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün bunlara baxmayaraq, bu uzun və mürəkkəb mübarizədə son qalibiyyət Əmirül-mömininlə oldu. Belə ki, bu gün insanlıq tarixiin böyük üfüqlərində onun adı, şəxsiyyəti, həyat tərzi və ədalətpərvərliyi işıq saçaraq parladığı halda, düşmənləri yada düşmür”.
O, möminlərin əmirinin sadiq davamçısı olan böyük İnqilab Rəhbərinin bu cəhətlərdən İmam Əliyə (ə) bənzəyən xüsusiyyətlərindən danışarkən dedi: “İmam Xomeyni də öz qeyri-adi gücü ilə iki min illik monarxiya, diktator və imperialist hökuməti tənəzzülə uğratdı, ABŞ-ı məğlub etdi, məcburi müharibə subyektlərinin İnqilab və İslam dövlətinin kökündən məhv edilməsi planını öz gücü sayəsində puça çıxardı”.
İnqilabın Rəhbəri əlavə etdi: “İmam Xomeyni eyni zamanda öz imamı kimi məzlum idi. Düşmənlərin irimiqyaslı, davamlı və təhqiramiz təbliğatları, bəzi fərdlərin arzuolunmaz davranışları İnqilabın böyük rəhbərinin məzlumiyyətindən xəbər verir. Belə ki, İmamın möhkəm və qətiyyətli çıxışlarında onun qəm-qüssəsini görmək və hiss etmək olar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mərhum İmam təbii ki, Əmirül-mömininə xas olan üçüncü xüsusiyyətə, yəni son qalibiyyət xüsusiyyətinə də malik olmuşdur. Bu qalibiyyət özünü İslam dövlətinin möhkəmliyi, bəqası, inkişafı, irəliləyişi və genişlənməsində daha yaxşı göstərir”.
İnqilabın Rəhbəri dedi: “İmam Xomeyninin arzularının bir çoxu o həyatda ikən həyata keçdi, qarşıya qoyduğu məqsədlərin bir çoxu isə o dünyasını dəyişdikdən reallaşdı. Özünə inam, özünü təmin, elmi, texnoloji və siyasi inkişaf, Qərbi Asiya və Şimali Afrikada İranın nüfuzunun artması bu arzulardandır”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Əziz imamımızın digər məqsəd və ideyaları da Allahın izni ilə gerçəkləşəcək və İslam Respubıikası gündən günə ucalacaq və daha əzəmətli olacaq”.
O, düşmənlərin canfəşanlıqlarının səbəbinin iqtidar deyil, sərsəmlik, əsəbilik və narahatlıq olduğunu dedi: “Əziz İran xalqı bilsin ki, düşmən onun inkişafı, əzəməti və müqavimətindən qəzəbli və narahatdır, hərəkətlərində tələskənliyə yol verir”.
Həzrət Ayətullah Xamenei İmam Xomeyninin vəfatının ildönümünə toplaşmış böyük xalq izdihamı qarşısındakı çıxışını Əmirül-mömininin düşmənlərinin cəbhəsi ilə İnqilabın böyük rəhhbərinin düşmənlərinin cəbhəsinin oxşar cəhətlərini qeyd edərək davam etdirdi.
O əlavə etdi: “Ədalət tərəfdarlarının rəhbəri üç cəbhə ilə qarşı-qarşıya olmuşdur; “Qasitin”, yəni onun hökumətinun əsas müxalifləri və fundamental düşmənləri, “Nakisin” və ya zəif təbiətli insanlarla birlikdə olanlar və “Mariqin”, yəni başçıları xəyanətkar olan nadan və cahil insanlar. Bunlar öz xəyallarında Qurana tabe olduqlarını güman edərək Quranın təcəssümü olan Əmirülmömininə qarşı çıxmışdılar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mərhum İmamın düşmənləri və müxaliflərinin cəbhəsi də bu üç qrupdan təşkil olunmuşdu; Qasitin – ABŞ, sionist rejim və onların İslam Respulasikası prinsipi ilə düşmənçilik edən daxili kölələri. Nakisin - dünyəvi istəkləri ucbatından İmamın qarşısında dayanmış əhd sındıranlar və zəif təbiətli insanlarla yoldaşlıq edənlər. Mariqin – ölkənin mövqeyini dərk etmədikləri və düşmənlərin cəbhə almasının səbəbini başa düşmədikləri üçün İmamın hərəkatının haqq olduğunu müəyyən edə bilməyənlər”.
O, münafiqlərin rəhbərlərinin xəyanəti, cəhaləti və aldanışları səbəbindən İmama qarşı nakam düşmənçiliyə qalxmış mariqinin bir nümunəsi olduğunu dedi.
Həzrət Ayətullah Xamenei İmam Xomeyninin bu üç cəbhə qarşısındakı qələbəsinə işarə edərək dedi: “Bu gün də həmin üç qrup İmam Xomeyninini böyük mirası olan İslam Respublikasının qarşısında sıraya düzülmüşdür. Bu cəbhə təbii ki, problemlər yaratsa da və ölkənin hərəkətini çətinləşdirib yavaşıtsa da, xalqın inkişafının qarşısını almaqda acizdir”.
O, çıxışının davamında İmamın (r.ə) İslam Respublikasının rəhbəri olduğu on illik müddət ərzindəki davranış tərzindən danışaraq bu davranış meyarının yeddi əsas cəhətini qeyd etdi.
Həzrət Ayətullah Xamenei birinci cəhət kimi düşmənlərə qarşı şücaətli və aktiv mübarizədən danışdı: “Mərhum İmam düşmənlərlə mübarizədə heç vaxt passiv olmadı. Onlar qarşısında daim fəallıq göstərib güc nümayiş etdirdi”.
İnqilabın Rəhbərinin toxunduğu ikinci cəhət irrasionallıqdan və emosiyalardan qaynaqlanan həyəcanların bir kənara qoyulması ilə bağlı oldu: “İmamın qərarları casərətli, eyni zamanda rasional hesablamalara əsaslanırdı”.
Həzrət Ayətullah Xamenei İmamın davranış tərzinin üçüncü aspektini qeyd edərkən dedi: “İmam Xomeyni istər mübarizə dövrü olsun, istərsə də İslam İnqilabının qələbəsindən sonra, daim prioritetlərə riayət edirdi, əsas mövzuya mərkəzlənir, heç vaxt kənar məsələləri öz iş gündəliyinə daxil etmirdi”.
O bildirdi ki, xalqın, xüsusilə gənclərin potensiallarına etimad, İran xalqına nikbin baxış, düşmənə qarşı bədbinlik və etimadsızlıq İmam Xomeyninin davranış tərzinin iki digər cəhəti idi: “Böyük İmam düşmənə və onun təkliflərinə bir an belə, etimad göstərmədi, düşməni sözün əsl mənasında düşmən hesab etdi”.
Millətin vəhdəti və birliyinə əhəmiyyət verilməsi, xalq arasına istənilən şəkildə təfriqə və ikitirəlik salınmasından uzaq durmağın İmama xas olan davranış tərzlərindən olduğunu deyən İslam İnqilabının Rəhbəri onun davranış tərzinin yeddinci cəhətindən danışarkən belə dedi: “İmam Xomeyninin Allahın yardımı və vədinə tam imanı var idi. İnanırdı ki, əgər iş Allahın razılığını qazanmaq üçün olsa, heç bir ziyan olmayacaq”.
Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Mərhum İmamdan sonra onun yolunu dəqiqliklə izləmiş vvə Allahın lütfü ilə bundan sonra da izləyəcəyik”.
O əlavə etdi: “Allahın yardımı ilə biz passivləşməyəcək, zəifləməyəcək və düşmənlərin hərisliyi və hegemonluğu qarşısında həyəcan və emosiyalara qapılıb qərar qəbul etməyəcək, əsas mətni qoyub haşiyəyə keçməyəcək, prioritetlərimizi Allahın yardımı ilə müəyyən edəcək, xalqın, xüsusilə gənclərin potensiallarına etimad göstərəcək, düşmənə isə əsla güvənməyəcəyik. Xalqımızı iki qütblükdən və təfriqədən uzaq durmağa çağırırıaq. Allahın yardımı ilə inanırıq və şübhə etmirik ki, İran xalıq bu iman, bu istək və bu ümidlə mütləq qalib olacaq”.
İslam İnqilabının Rəhbəri çıxışının davamında düşmənin hal-hazırkı şəraitlə bağlı planına açıqlama gətirərək vurğuladı ki, bu plan iqtisadi, psixoloji və əməli təzyiq olmaqla üç istiqamətə əsaslanır: “Bu plana görə iqtisadi təzyiq sanksiyalar və dövlətlərin İranla olan iqtisadi əməkdaşlıqlarının qarşısının alnması vasitəsilə həyata keçiriləcək”.
O bildirdi: “Bunlar, sanksiyaların İran hökumətinə hədəfləndiyini ehtiva edən yalançı təbliğatlarının əksinə olaraq xalqı hədəfə alıblar. Xalqa təzyiq göstərməklə İslam dövlətini hegemoniya qarşısında təslim olmağa vadar etmək istəyilər. Lakin düşmən nə İran xaqlını tanıyıb, nə də İslam dövlətini. Çünki Allahın lütfü, məsul şəxlərin səyi və xalqın əzmkarlığı sayəsində onlar proqramlarının bu hissəsində tamamilə iflasa uğrayacaqlar”.
Düşmənin planının ikinci istiqaməti olan psixoloji təzyiqə işarə edən İnqilabın Rəhbəri bu cəhətin mühüm əhəmiyyət daşıdığını dedi: “Düşmən öz planının bu hissəsində İslam dövlətinin güclü cəhətlərini və milli güc faktorlarını zəif və münaqişəli cəhətlərə çevirərək İran xalqında bu güclü cəhətlərə qarşı bədbinlik və soyuqluq yaratmaq niyyətindədir”.
İslam İnqilabının Rəhbəri nümunə üçün nüvə nailiyyətlərinin ölkənin elm və texnologiyasının qürurverici güclü cəhətlərindən biri olduğunu dedi: “Tibbi istehlak istiqamətində 20%” uran təminatı üçün qarşı tərəfin qoyduğu şərtlər və yaratdığı çətinliklər şəraitində ölkənin gənc alimləri və mütəxəssislərinin 20% zənginləşdirilmiş uran istehsal etmək gücündə olması ölkə üçün qürur mənbəyi olan elmi, texnoloji gücün, eyni zamanda xalqın güclü bir cəhətinin göstəricisidir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İndi düşmən psixoloji və köklü bir fəaliyyətlə millətin bu güclü cəhətini münaqişə nöqtəsinə çevirməyə və xalqda ona qarşı bədbinlik yaratmağa çalışır”.
O bildirdi ki, raket imkanı güclü cəhətlərdən biridir və ölkənin təhlükəsizliyinə zəmin yaradır: “Məcburi müharibə dövründə bizim müdafiə silahımız və raket imkanımız olmadığı üçün sərhəd şəhərlərindən Tehrana qədər olan ərazilər gecə-gündüz raket atəşinə məruz qalırdı. Ancaq indi gənc mütəxəssislərin səyi ilə biz raget təchizatına görə regionun birinci yerdə duran dövlətinə çevrilmişik. Düşmən bilir ki, əgər bir raket atsa, on raket cavab alacaq”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Düşmən psixoloji bir əməliyyatla bu güc nöqtəsi üzərində mərkəzləşmişdir. Təəssüflər olsun ki, ölkə daxilində də bir dəstə adam onlarla səs-səsə verib”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, beynəlxaql ədalət istəyi və məzlum xalqlara dəstək İslam Respublikasının güclü cəhətlərindəndir: “Fələstinə və sionist rejimə müqavimət göstərən qüvvələrə dəstək, region dövlətlərinin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi İslam Respublikası üçün fəxrdir. Düşmən bu cəhəti “İranın regiona müdaxiləsi” kimi qələmə verərək onu problemə çevirməyə çalışır”.
O, bu məsələdə bəzi daxili qüvvələrin düşmənlə eyni mövqedə olduğuna işarə edərək dedi: “Bir neçə ilə bundan əvvəl Tehranda təşkil edilən Qüds günü yürüşündə “Nə Qəzza, nə də Livan” şüarı səsləndirən bu qüvvələr düşmənin psixoloji müharibəsinə yardım edən cılız varlıqlardır. Bu, onlar üçün xarlıq və utanc səbəbidir”.
İslam İnqilabının Rəhbəri düşmənin psixoloji əməliyyatlarının bir başqa nümunəsinə toxunaraq dedi: “Yadlar və ölkə daxilindəki bir qrup şəxs öz təbliğatlarında belə bir təsəvvür yaratmağa çalışırlar ki, əgər İran qatlaşmaq məcburiyyətində olduğu Hərtərəfli Birgə Fəaliyyətlər Planının yarasız fomasını qəbul etməsə, müharibə olacaq. Xeyr, bu, düz fikir deyil” .
İnqilabın Rəhbəri, habelə bəzi avropalı rəsmilərin səsləndirdiyi bəzi fiiklərə işarə edərək dedi: “Hesab edirəm, bu dövlətlər İranın sanksiyalara qatlaşmasını istəyirlər. Onlar həm İranın gələcəkdəki qəti tələbatı olan nüvə fəaliyyətlərindən əl çəkməsini istəyirlər, həm də İrana qarşı tətbiq edilmiş məhdudiyyətlərin davam etdirilməsini. Ancaq onlar bilsinlər ki, bu qarışıq yuxu gerçəkləşməyəcək”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “İran xalqı və dövləti həm sanksiyaların olmasını, həm də nüvə məhdudiyyəti və həbsinin olmasını qəbul etməyəcək”.
O, Atom Enerjisi Təşkilatının rəhbərlərinə göstəriş verdi ki, sürətlə 190 SWU-ya (izotop ayırma qabiliyyəti) çatmaq üçün lazımı hazırlıq işlərini görsünlər və prezidentin göstəriş verdiyi məsələlərin icra hazırlıqlarına günü sabahdan başlasınlar.
İslam İnqilabının Rəhbəri düşmənin psixoloji əməliyyatları ilə bağlı fikirlərini yekunlaşdırarkən dedi: “Onlar psixoloji müharibə ilə çalışırlar ki, biz güclü cəhətlərimiz və milli güc komponentlərimizdən əl çəkək. Yadlar da daha rahat şəkildə ölkəmiz, xalqımız və talyemizə hakim kəsilsinlər. Ancaq İran xalqı bu fəaliyyətlər qarşı mübarizə aparır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, böyük İran xalqı ilə mübarizədə düşmənin həyata keçirdiyi planın üçüncü istiqaməti əməli təzyiqdir: “Düşmənin qəti planı budur ki, xalqın tələblərindən sui-istifadə edərək ölkədə qarışıqlıq yaratsınlar. Ancaq onların başı mütləq daşa əyəcək”.
İslam İnqilabının Rəhbəri bu məkrli planı şərh edərkən əlavə etdi: “Hər hansı məntəqədə və ya şəhərdə fəhlələrin və xalqın digər nümayəndələrinin tələbləri ola bilər. Düşmən belə məqamlarda bir sıra nüfuz vasitələri, xəbis və şər insanlardan istifadə edərək xalqın sakit toplaşmasını təhlükəsizlik və asayişə zid hərəkətlərə və qarışıqlığa çevirmək və xalqın nizamını bədnam etmək üçün səy göstərir”.
Həzrət Ayətullah Xamenei xalqa düşmənin bu planı qarşısında tam ayıq olmağı israrla tövsiyə etdi: “Tam əminəm düşmənlər bu dəfə də yanılıblar. Əziz xalq bu plan və məkrin qarşısında qüdrət, cəsarət və ayıqlıqla dayanacaq”.
Xalqın bir çox səhnələrdəki iştirakının mühüm əhəmiyyət daşıdığını deyən Ali Rəhbər elə bu həftənin cümə günü keçiriləcək Beynəlxalq Qüds günü mərasiminə işarə edərək dedi: “Allahın lütfü və xalqın izdihamlı iştirakı sayəsində bu ilki Qüds günü yürüşü keçən illərdəkindən daha güclü və daha izdihamlı keçəcək”.
İslam İnqilabının Rəhbəri çıxışının sonunda ərəb dilində regionun ərəbdilli ölkələrinin gənclərinə səslənərək dedi: “Bu gün sizin əməl və fəaliyyət gününüzdür. Özünüzü ölkələrinizin inkişafı, müstəqilliyi və azadlığına hazır etməlisiniz”.
Həzrət Ayətullah Xamenei ərəb dövlətlərinin ABŞ qarşısındakı zillət və xarlığına, sionist düşmənlər qarşısında güclü mövqe sərgiləmədiklərinə işarə edərək dedi: “Bəzi ərəb dövlətləri indi öz xalqlarının düşməninə çevriliblər. Belə olan şəraitdə qeyrətli ərəb gənclərinin vəzifəsi bu batil əlaqləri pozmaqdır”.
O vurğuladı ki, gələcək gənclərindir, onlar əməl və təşəbbüslə özlərini gələcəyə hazır etməlidirlər: “Əgər gələcək düzgün qurulsa, ərəb və müsəlman xalqların hamısı, xüsusilə bu ölkələrin gəncləri ondan mütləq faydalanacaq”.
İslam İnqilabının Rəhbəri İslam ölkələrinin gənclərinə səslənərək dedi: “Küfr cəbhəsinin vüqarından qorxmayın, Allahın qələbə vədinə möhkəm imanınız olsun”.
Həzrət Ayətullah Xamenei qarşıdan gələn Beynəlxalq Qüds Günü-nə işarə edərək dedi: “Bu yürüşdə iştirak, Fələstinin məzlum, müqavimətçi və mübariz xalqını müdafiə, əslində, daha yaxşı gələcəyin qurulması istiqamətində çox mühüm addımdır”.
İslam İnqilabının Rəhbəri sonda İslam ölkələrinin gənclərinə uğur diləyərək, müqavimət yolunun davam etməsi üçün dua etdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir