Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İqtisadiyyat Avropanın Birgə Fəaliyyətlər Planı ilə düzəlməz

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra güc strukturlarının rəhbərləri, hökumət və dövlət işçilərindən bir qrupu ilə görüşü zamanı ABŞ-ın İran xalqı və İslam Respublikası sistemi ilə fundamental, dərin və davamlı düşmənçiliyindən söz açaraq dedi: “Məsul şəxslər vəzifələrinə əməl edəcəkləri təqdirdə ABŞ-ın son hadisə çərçivəsindəki məğlubiyyəti qəti və şübhəsizdir”.

Bu görüşdə çıxışını iki mühüm mövzu – ABŞ, BHFP və Avropa qarşısında düzgün davranış sərgiləmək və ölkə daxilində həlledici iqtisadi fəaliyyətin zəruri şərtləri üzərində quran İslam İnqilabının Rəhbəri İran və Qərbin əlaqələrinə dair bir neçə ibrətamiz təcrübəni qeyd edərək BHFP-nın davam etdirilməsi istiqamətində Avropanın üzərinə düşən zəmanətlərə aydınlıq gətirdi.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində mübarək Ramazan ayının iman və mənəviyyat ruhuna təravət bəxş edilməsi üçün xüsusi bir fürsət olduğunu dedi: “Bu fürsət bütün insanlara yaradılmışdır. Ancaq bu ayın Allahla əvvəlkindən daha çox əlaqə yaratmaq, habelə dua edib yalvarmaqla mənəviyyatını ağır məsuliyyətin icrası çərçivəsində gücləndirmək istəyən ölkə rəhbərliyi və elitası üçün əlavə imtiyazı var”.

Həzrət Ayətullah Xamenei sonra əsas mətləbə keçərək İslam Respublikasının müxtəlif mərhələləri və bu mərhələlərinin hər birində qarşılaşdığı mühüm sınaqlardan danışdı: “İslam Respublikası keçən qırx ilin bütün mərhələləri və hadisələrini qüdrət, səbat və tədbirlə adlamış, indiki mərhələni də qüdrət və tədbirlə adlayaraq öz inkişaf yolunu davam etdirəcək”.

O əlavə etdi: “İslam İnqilabının əvvəlində və bütün bu mərhələlərdə ABŞ rejimi İran xalqının əsl düşməni olmuş, bütün siyasi, iqtisadi, təhlükəszilik, hərbi və təbliğat vasitələrindən istifadə etmiş, ancaq bütün hallarda məğlubiyyətə uğramışdır”.

İslam İnqilabının Rəhbəri ABŞ rəsmilərinin çıxışlarında “məhv etmə” ifadəsinin təkrarlanmasına işarə edərək dedi: “Bu ifadə yeni deyil. ABŞ rəsmiləri İslam İnqilabının qələbəsinin əvvəllərində bu ifadəni işlədirdilər. Hətta “Məhv etmək niyyətində deyiləm” deyən prezident də məhv etmək niyyətində olmuşdur. Onun niyyəti və məqsədləri də bəlli oldu”.

O, İlahi qanuna əsasən, düşmənlərin heç şübhəsiz məğlubiyyətə uğrayacağını vurğulayaraq dedi: “ABŞ-ın indiki prezidentinin aqibəti sələfləri olan Buş və Reyqandan yaxşı olmayacaq, onlar kimi tarixdə yox olub gedəcək”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əlbəttə, İlahi qanuna əsasən, bizim də üzərimizə düşən vəzifələr var. Əgər bu vəzifələri yerinə yetirməsək, nəzərdə tutulan nəticələrin hasilinə əmin olmaq olmaz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, vəzifələrin yerinə yetirilməsi və indiki mərhələdə doğru qərarın qəbul edilməsinin şərti keçmiş təcrübələrdən faydalanmaqdır. Bu cəhətdən o, ABŞ-la bağlı 6 mühüm dərs və təcrübəyə aydınlıq gətirdi.

O, birinci təcrübədən danışarkən dedi: “Nüvə danışıqlarının əvvəlindən indiyə qədər ABŞ-ın sərgilədiyi bütün davranışlar kompleksi bu mühüm təcrübəni öyrədir ki, İran İslam Respublikası ABŞ-la qarşılıqlı əlaqə yarada bilməz. Çünki ABŞ öz öhdəliklərinə sadiq deyil”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bəziləri deməsinlər ki, öhdəliklərə sadiq qalmamaq bu prezidentə və ABŞ-ın bu hökumətinə xasdır. Xeyr, bizimlə danışıqlar aparan əvvəlki hökumət də təqribən eyni üsulla davrandı, onlar da BHFP-nının şərtlərini pozub İrana qarşı sanksiya tətbiq etdilər”.

O, ölkə diplomatlarının BHFP-nının ruhu və cisminin ABŞ tərəfindən dəfələrlə pozulmasını ehtiva edən bəyanatlarına toxunaraq dedi: “Beynəlxalq öhdəlikləri rahatlıqla və bir udum su kimi pozan bir dövlətlə qarşılıqlı əlaqə yaratmaq olmaz. BHFP təcrübəsi dəfələrlə “Nə üçün ABŞ-la danışıqlar aparıb qarşılıqlı əlaqələr qurmursunuz?” deyənlərin cavabıdır. Buna görə də hər kəs bu təcrübədən dərs çıxarmalı və bilməlidir ki, belə bir dövlətlə danışıqlar aparıb qarşılıqlı razılıq əldə etmək olmaz”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “ABŞ-ın əhdpozanlıq təcrübəsi təkcə İranla məhdudlaşmır. ABŞ hətta Məhəmmədrza Pəhləvi və Hüsnü Mübarək kimi nökər və kölələri ilə də belə davranmış və davranmaqdadır”.

O qeyd etdi ki, ABŞ-ın İran İslam Respublikası ilə düşmənçiliyinin dərin qatlarının üzə çıxması ikinci təcrübədir: “BHFP-dan sonrakı və son illərin müzakirələrində nüvə və raket kimi mövzuların əsas problem olmadığı tam bəlli oldu. ABŞ-ın dərin düşmənçiliyi konkret İslam dövləti və İran xalqı ilədir. Bunun səbəbi İslam dövlətinin həssas regiondakı başıucalığı, ABŞ-ın zülmlərinə qarşı heç bir qeyd-şərtsiz qarşı çıxmaq və müqavimət göstərilməsi ruhiyyəsinin daha da artması və İslam bayrağının ucaldılmasında uğur qazanmasıdır. Onlar İslam dövlətini qüdrət və iqtidar yönlərindən məhrum etmək istəyirlər”.

Rəhbər sonra başqa bir təcrübədən söz açaraq dedi: “Mövsümi maraqlar nəzərə alınaraq ABŞ qarşısında istənilən kompromisin qəbul edilməsi onun düşmənçiliyini azaltmayacaq, əksinə bu düşməni daha da sırtıqlaşdıracaq”.

İslam İnqilabının Rəhbəri İran dövlətinin Buş zamanındakı uzlaşmalarına işarə edərək dedi: “O dövrdə bu uzlaşmalara baxmayaraq, Buş İran İslam Respublikasını şər yuvası adlandırdı”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın BHFP-dan sonrakı sanksiyalarına da işarə edərək dedi: “Bu sanksiyaların çoxuna etiraz edildi. Ancaq heç bir güclü tədbir görülmədi. Nəticəsi də bu oldu ki, ABŞ prezidenti daha utanmaz və daha həyasızcasına danışır”.

O vurğuladı ki, ABŞ-la olan düşmənçiliyin qarşısının alınmasının yolu uzlaşmaq və geri çəkilmək deyil: “Bu məsələ təkcə amerikalılarla məhdudlaşmır. Bütün qərblilər əsasən, belədirlər. Biz Qərblə yumşaltma siyasətinin tərəfdarı olmuş prezidentimizin Almaniya tərəfindən irəli sürülən əsassız məsələlərdən ötürü məhkəməyə çağırıldığı dövrü unutmarıq”.

İslam İnqilabının Rəhbəri dördüncü təcrübədən danışarkən vurğuladı: “Qərblilərə qarşı müqavimət onların geri otuzdurulmasına çox imkanlar yaradır”.

Həzrət Ayətullah Xamenei bu təcrübəyə 2004-2005-ci illərin nüvə məsələlərini misal göstərdi: “O illərdə İranın nüvə məsələsinin agentlikdə normallaşdırılması məqsədilə nüvə təsisatlarının fəaliyyətinin dayandırılması qəbul edildi. Ancaq o dövrün geriləmə və yumşaqlıq göstərilməsinə qarşılıq olaraq onlar İran dövlətindən İrana aid olan bütün nüvə təsisatlarını məhv etməsini istədilər”.

O əlavə etdi: “O vaxt onlar hətta iki-üç santrifüj miqdarına da icazə vermirdilər. Amma onların həddi aşan tələbləri qarşısında dayandıqdan, möhür və plombu sındırdıqdan, mömin və inqilabçı gənclər zənginləşdirməni 20%-ə çatdırdıqdan sonra qərblilər xahiş-minnət etdilər, 3,5% zənginləşdirməni qəbul etməklə yanaşı, fəaliyyətlərin 5-6 min santrifüja qədər davam etdirilməsinə razılıq verdilər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Əlbəttə, İranın zənginləşdirmə haqqının rəsmi tanınması məsələsi müzakirə mövzusu deyil. Məsələ bizim gənc alimlərin tərəqqisi və 20% zənginləşdirməyə nail olmasıdır. Əks təqdirdə müzakirə və danışıqlar vasitəsilə haqqımızı rəsmi olaraq tanımazdılar”.

Həzrət Ayətullah Xamenei bu təcrübə haqqında olan fikirlərini yekunlaşdırarkən dedi: “Qarşı tərəfin həddi haşan tələbləri qarşısında cəsarət nümayiş etdirmək lazımdır”.

O bildirdi ki, beşinci ibrətamiz təcrübə mühüm məqamlarda Avropanın ABŞ-ın yanında yer almasıdır: “Bizim Avropa ilə dava etmək niyyətimiz yoxdur. Ancaq bu üç Avropa ölkəsi ən həssas məqamlarda ABŞ-ın yanında olduqlarını göstəriblər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, nüvə müzakirələri zamanı Fransanın xarici işlər nazirinin çirkin hərəkəti, ABŞ-la yaxşı və pis polis rolunu bölüşdürməsi, habelə İngiltərə dövlətinin BHFP-na əsasən, sarı keksin (uranın) satın alınması hüququ qarşısında maneə yaratması Avropanın ABŞ-ın yanında yer almasının nümunələrindəndir: “Avropalılar nələrsə danışırlar, ancaq indiyə qədər sözün əsl mənasında ABŞ qarşısında dayandıqlarını görməmişik”.

Həzrət Ayətullah Xamenei altıncı mühüm təcrübədən danışarkən BHFP konteksində baş verən hadisələri qeyd etdi: “Son illər öyrəndiyimiz dərs bu oldu ki, ölkə problemlərinin, xüsusilə iqtisadi problemlərin həllinin BHFP və xaricə bağlanması böyük bir səhvdir”.

O əlavə etdi: “Biz iqtisadi və biznes məsələlərini BHFP-na bağladıqda, nəticəsi bu olur ki, sahibkar və kapital bir neçə ay BHFP imzalanması və ya imzalanmamasını gözləyir. Bundan sonra da onun icra edilib edilməməsini gözləyir, daha sonra ABŞ-ın BHFP-da qalıb-qalmayacağını gözləyir, sonda ölkənin iqtisadi fəaliyyət qurumu daim xaricilərdən asılı vəziyyətə düşür”.

İslam İnqilabının Rəhbəri çıxışının BHFP-nın təcrübələri ilə bağlı hissəsini yekunlaşdırarkən vurğuladı: “Sonrakı hadisələrdə bu təcrübələrin təkrarlanmaması və bir dəliyin iki dəfə seçilməməsi üçün diqqətli olmaq lazımdır”.

İnqilabın Rəhbəri bildirdi ki, ABŞ-ın rüsvay olması və ya son hadisələrdə ABŞ-la Avropa arasında üzdə fikir ayrılıqlarının yaranması kimi məsələlərdən ötürü sevinmək təcrübələrdən istifadəyə mane olur: “Bunlar reallıqdır. Ancaq məgər biz ona görə müzakirələr aparmışıq ki, indi bunlardan ötürü oturub sevinək?”.

O vurğuladı: “Nüvə danışıqlarının məqsədi sanksiyaların aradan qaldırılması idi ki, onların da çoxu aradan qaldırılmadı. Üstəlik, BMT-nin qətnaməsinə baxmayaraq, son günlər təhdidlə bildirirlər ki, sanksiyaları yenidən tətbiq edəcəklər”.

İnqilabın Rəhbərinin habelə vurğuladığı mühüm və əsaslı məsələlərdən biri də bu oldu ki, siyasət, rəhbərlik və mətbuat subyektləri BHFP məsələsində bir-birlərini məzəmmət etməkdən çəkinsinlər: “Düzgün, ədalətli və rasional tənqidin eybi yoxdur. Məsul şəxslər də onlara diqqət yetirməlidirlər. Ancaq BHFP üstündə xəyanət, hörmətsizlik, ittiham və ikiqütblülük baş verməməlidir, vəhdət və anlaşma pozulmamalıdır”.

Həzrət Ayətullah Xamenei daha sonra ortaya əsaslı bir sual qoydu: “ABŞ çıxdıqdan sonra BHFP ilə bağlı düzgün mövqe necə olmalıdır?”

O bu suala cavab verərkən bir neçə nüansa aydınlıq gətirdi: “Birinci nüans budur ki, məsələlərə real yanaşmalıyıq. Özümüzü ehtimallarla təsəlli etməməmli, onları xalqla açıq və gerçək şəkildə müzakirə etməliyik”.

İnqilabın Rəhbəri BHFP-dan sonra ölkəyə 100 milyard dolların daxil ediləcəyi kimi puç təsəvvürə işarə edərək dedi: “Təəssüflər olsun ki, bəziləri bu puç təsəvvürü xalqa transfer edirlər”.

İnqilab Rəhbərinin hal-hazırki şəraitdə BHFP məsələsinə düzgün münasibət formasının necə olması ilə bağlı toxunduğu ikinci məsələ bu oldu ki, ölkə iqtisadiyyatını Avropanın BHFP-si vasitəsilə düzəltmək olmaz.

O əlavə etdi: “Avropa BHFP-sı təbii ki, bir başqa məsələdir. Ancaq çox faktlar, o cümlədən Avropanın böyük şirkətlərinin imtinası və tərəddüdü, habelə üç Avropa ölkəsinin məsul şəxslərinin səsləndirdiyi fikirlər göstərir ki, ölkə iqtisadiyyatını Avropa BHFP-sı ilə irəli aparmaq olmaz”.

Həzrət Ayətullah Xamenei 2000-ci illərin əvvəllərində nüvə məsələsində üç Avropa ölkəsinin əhdə sadiq qalmaması və sədaqətsizlik göstərdiklərinə işarə edərək dedi: “Avropalılar bu dəfə həmin sədaqətsiliyi təkrar etməyəcəklərini sübut etməlidirlər”

İnqilabın Rəhbəri üç Avropa ölkəsinin ABŞ-ın BHFP-nın ruhu və cismini təkrar pozmasına etiraz etməməsini tənqid edərək dedi: “Əgər onlar ABŞ-a etiraz etsəydilər, bəlkə də iş bu yerə gəlib çatmazdı. Avropalılar bu laqeydlikilərinin günahını yumalıdırlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ-ın BHFP-dan çıxması BMT-nin 2231 saylı qətnaməsinin pozulmasıdır: “Avropalılar Təhlükəsizlik Şurasında ABŞ-a qarşı qətnamə qaldırmalıd və ABŞ-ın bu hərəkətinə etiraz etməlidirlər”.

İslam İnqilabının Rəhbəri avropalılarla olan BHFP-nın davam etdirilməsi üçün lazım olan şərtləri bəyan edərkən vurğuladı: “Üç ölkənin rəhbəri İranın regiondakı iştirakı və raket məsələsini əsla müzakirə etməyəcəkləri ilə bağlı öhdəlik götürməli və buna söz verməlidirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, avropalıların ABŞ-ın İrana qarşı tətbiq edəcəyi istənilən sanksiyasına qarşı açıq şəkildə qarşı çıxaması zəruri şərtlərdən biridir: “Hər kəs bilsin ki, İslam Respublikası öz güc faktorlarından, o cümlədən uzaqdan idarə edilən müdafiə sistemindən əl çəkməyəcək”.

O bildirdi ki, strateji dərinlik İran iqtidarının komponentlərindəndir: “Regionda iştirak və xalqların İslam Respublikasından yana olması bizim strateji dərinliyimizdir. Heç bir ağıllı dövlət bu güc bəxş edən komponentlərdən imtina etməz”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xalqın İslam bayrağı altında toplaşması, bir olması və dövlətin İslam şüarları ilə iftixarı ölkənin güc və möhkəmlənmə səbəbidir.

İslam İnqilabının Rəhbəri habelə BHFP-nının davam etdirilməsi üçün avropalıların zəmanətlərinin lazım olduğunu qeyd edərək dedi: “Əgər amerikalılar İran neftinin satışına mane olmağı bacarsalar, avropalılar İrandan bizim ehtiyac duyduğumuz miqdarda neft alışına zəmanət verməlidirlər”.

Həzrət Ayətullah Xameneinin bu kontekstdə toxunduğu məsələlərdən biri də bu oldu ki, Avropa bankları İslam Respublikası ilə olan dövlət və özəl ticarət haqlarının qəbulu və ödənişi ilə bağlı zəmanət verməlidirlər.

O vurğuladı: “İranın üç Avropa ölkəsi ilə davası yoxdur. Sadəcə, avropalıların keçmişinə görə onlara güvənmirik. Buna görə də onlar real zəmanətlər vemrəlidirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Avropalılar bizim tələblərimizə cavab verərkən bəhanə gətirəcəkləri təqdirdə İranın dondurulmuş nüvə fəaliyyətlərinə start verilməsi ilə bağlı hüquqları qorunmuş olur”.

O, Atom Enerjisi Agentliyinin məsul şəxslərini ehtimal olunan belə bir fəaliyyətlərin başlanmasına hazır olmağa çağırdı: “İndi 20%- zənginləşdirməyə start vermirik. Ancaq hazır olun, əgər lazım gəlsə və görsək ki, BHFP-nin faydası yoxdur, BHFP vasitəsilə dondurulmuş fəaliyyətlərə start veriləcək”.

İnqilabın Rəhbərinin hökumət rəsmiləri ilə görüş çıxışının ikinci hissəsi daxili məsələlərlə bağlı idi.

O bildirdi ki, ölkənin birinci məsələsi iqtisadi məsələdir: “Hökumətin fəaliyyətləri xidmətlərin artırılması ilə davam etdirilməlidir. Lakin bütün səylərə baxmayaraq, ölkənin iqtisadi vəziyyəti ürəkaçan deyil, əhalinin çox hissəsi bahalıq sıxıntısından və çətinliklərdən əziyyət çəkir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, iqtisadi problemlərin həlli ilk növbədə aidiyyəti şəxslərin bir neçə məsələyə səmimi qəlbdən inanması ilə şərtlənir: “İqtisadi poblemlərin ölkənin zəngin potensialları əsasında həll edilə biləcəyinə, Qərbin reseptinin nə iqtisadiyyat, nə də əhali kimi digər sahələrdə ölkənin problem və çətinliklərini həll edə bilməyəcəyinə dərindən inanmalıyıq”.

O, rəhbər şəxslərə dedi: “Xaricilərin verdikləri sözü tutmadıqlarını nəzərə alsaq, işlər onlara yalnız məcburiyyət qarşısında qaldıqda və yalnız daxili imkanlardan əl üzüb başqalarından mədəd umduqda həvalə edilməlidir”.

Həzrət Ayətullah Xamenei ölkənin təbii və yeraltı mənbələri, daxili potensialları, gənc və təhsilli işçi qüvvəsi, beynəlxalq sulara çıxışı və digər güclü cəhətlərinə işarə edərək dedi: “Mütəxəssislər hesab edirlər ki, əgər İran bu imkanlardan düzgün istifadə etsə, qabaqcıl iqtisadiyyatlardan birinə sahib olacaq”.

O əlavə etdi: “Bu gerçəklər əsasında proqramlaşdırma aparmalı, tədbir tökməli və irəliləmək lazımdır”.

İnqilabın Rəhbəri bir neçə həftə öncə iqtisadi məsələlər mövzusunda ölkə rəhbərliyi ilə təşkil etdiyi iclasa işarə edərək dedi: “Bu iclasda qəbul edilən qərarlar ciddi şəkildə izlənməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, amerikalılar Maliyyə Nazirliyini İrana qarşı müharibə palatasına çeviriblər: “Dövlətin iqtisadi mərkəzində düşmənin bu fitnəsinə qarşı qərargah yaradılmalı və Xarici İşlər Nazirliyi də bu məsələyə köməklik göstərməlidir”.

İnqilabın Rəhbəri əlavə etdi: “Müqavimət iqtisadiyyatı ölkənin bütün problemlərinin çarəsidir. Bu gün düşmənin fəaliyyətləri nəzərə alınaraq müqavimət iqtisadiyyatının müəyyən hissələri prioritet olmalıdır”.

Həzrət Ayətullah Xamenei dedi ki, “xalq iqtisadiyyatı” və xalqın iqtisadiyyat sahəsinə real girişi zəruridir: “Dövlət iqtisadiyyatı cavab vermir. Dəfələrlə demişəm, 44-cü maddənin siyasətləri ciddiyə alınmalı və özəl sektoru meydana buraxmalıyıq”.

İnqilabın Rəhbəri Milli İnkişaf Fondunun yaradılma fəlsəfəsinin özəl sektora yardım olduğunu dedi: “Bu fond hökumətin ixtiyarındadır. Ancaq fondun mənbələri özəl sektorun aktivlərinin ixtiyarında olmalı və sırf istehlaka yönəlməməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, neft iqtisadiyyatı İran iqtisadiyyatının əsas nöqsanlarındandır: “20 il bundan əvvəl deyirdik, gərək elə bir həddə çataq ki, istədiyimiz vaxt neft quyularını bağlayaq. Bu, mümükündür də”.

İnqilabın Rəhbəri əlavə etdi: “Bu gün biz neftin əsiriyik. Çünki ona qiymət qoyuluşu, satılıb-satılmaması başqalarının əlindədir. Bu vəziyyət dəyişməli, neft milli sərmayə kimi həqiqətən, öz ixtiyarımızda olmalıdır. Ondan asılılığı günbəgün azaltmalıyıq”

Elm əsaslı iqtisadiyyata əhəmiyyət verilməsi, media qurumlarında yaradıcı gənclərə diqqət, daxili isehsalın gücləndirilməsi, İran məhsuluna daha çox əhəmiyyət verilməsi, bütün orqanların İran mənşəli olmayan məhsulları almaqdan qeyd-şərtsiz çəkinməsi İnqilabın Rəhbərinin haqqında danışdığı digər zəruri məsələlərdən idi.

O, çıxışının bu hissəsinin sonunda vurğuladı: “İqtisadi məsələləri BHFP və onun kimi planlara bağlamamalıyıq. Gördüyünüz kimi, BHFP ilə də iqtisadiyat prolemi düzəlmədi. Buna görə də iqtisadiyyatın başqa amillərə ehtiyacı var”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında amerikalıların əhaliyə ümidsizlik və gücsüzlüyün inyeksiya edilməsi və çıxılmazlıq fikirnin formalaşması istiqamətində yürütdüyü düşməncəsinə siyasətə işarə edərək dedi: “İran xalqı bu gün öz müstəqilliyi, müqaviməti, beynəlxalq şərəfi və regional nüfuzu ilə fəxr edir. Ancaq düşmən şayiə, yalan və zəif cəhətlərin şişirdilməsi ilə bu fəxarət hissini xalqdan almağa, qalibiyyət və tərəqqiləri məğlubiyyət kimi göstərməklə ölkənin problemlərini həll edən ümidverici fəaliyyətə son qoymağa çalışır”.

O bildirdi ki, İslam Respublikasının məqsədi İslamın başını ucaltmaq, cəmiyyətdə İslam şəriətini reallaşdırmaqdır. Ali Rəhbər ıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Biz imkan və potensialları tanımaqla, təcrübələrə diqqət yetirməklə və ən əsası da Allah-taaladan yardım diləməklə şübhəsiz ki, bütün iqtisadi çətinliklərə qalib gələ biləcəyik”.

Çıxışının sonunda BMT-nin fəaliyyətini qiymətləndirən İslam İnqilabının Rəhbəri ABŞ-ın insan hüquqları sahəsindəki cinayətləri ilə bağlı bir neçə mühüm işinə baxılmasının zəruri olduğunu dedi.

O qeyd etdi ki, BMT-nin fəaliyyəti yetərsizdir və ABŞ-ın təsiri altındadır: “Bir müddət əvvəl BMT-nin baş katibi səudiyyəlilərin Yəmən xalqına qarşı törətdikləri cinayətləri pislədikdən bir gün sonra öz sözünü geri götürdü. Bu nümunələr göstərir ki, BMT ABŞ-ın və Fars körfəzi regionunun qarunlarının təzyiqi altındadır”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın cinayətləri və insan hüquqları ilə bağlı pozuntularını qeyd edərkən Klintonun prezident olduğu vaxt davudilər firqəsinin üzvlərinin yandırılması, Quantanamo həbsxanalarında, ABŞ-ın İraqdakı Əbu Qərib və Əfqanıstandakı bir həbsxanasında məhbusların ağır şəraitdə saxlanması və onlara ağır işgəncələrin verilməsi, silah istehsal edən kompaniyaların maraqlarını təmin etmək üçün ABŞ-da azad silah satışı, ABŞ polisinin qaradərililərə qarşı vəhşicəsinə davranışı, İŞİD-in yaradılması və himayə edilməsində ABŞ-ın böyük rolu, insanların qətlə yetirilməsi, o cümlədən son Qəzza qırğınında sionist rejimə yardım, Yəmən xalqının qətlə yetirilməsi və Bəhreyn əhalisinə qarşı təzyiq göstərilməsində səudiyyəlilərə yardım və onların himayə edilməsi faktlarına da toxundu: “BMT əgər doğurdan da BMT-dirsə və ABŞ rejimindən asılı deyilsə, bu işlərə ciddi yanaşmalı və keçmiş səhlənkarlıqlarının günahını yumalıdır”.

Həzrət Ayətullah Xamenei sonda İslam Respublikasının müxtəlif məsələlərlə bağlı dediyi sözlərin mətin, əsaslı və sübuta yetirilə biləcək sözlər olduğunu dedi: “İslam Respublikası bu illərdə gündən-günə daha da güclənmişdir. Daha güclü olmaq istiqəmətində göstərilən fəaliyyətlər daxili strukturun möhkəmləndirilməsi, rəhbər işçilərin xalqla düzgün davranışı sayəsində daha da yaxşılaşacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident Ramazan ayının ilahi rəhmət və müqavimət ayı olduğunu dedi: “Keçən qırx il ərzində xalq öz imtahanını yaxşı verib, bütün eniş və yoxuşlarda dövləti, inqilabı, ölkəni və milli maraqları qorumuşdur”.

Cənab Ruhani son illərdə xalqın xarici təzyiqlərə qarşı göstərdiyi müqavimətdən söz açaraq dedi: “Bu gün ABŞ rejiminin liderlərinin dediyi sözlər İran xalqı üçün yeni deyil, çünki həmin sözlər köhnəlib və qırx il bundan əvvələ aiddir”.

Prezident əlavə etdi: “ABŞ-ın BHFP-dan çıxması məsələsinə qanunsuz rejim və bir neçə kiçik ölkə istisna olmaqla bütün dünya ölkələri qarşı çıxdı. Bu isə, İranın siyasi və hüquqi arenadakı qələbəsi deməkdir”.

Ölkə başçısı bildirdi ki, bütün qərarlarda İnqilabın Rəhbəri dövlətin yönləndiricisi və bələdçisi olmuşdur: “Bu gün BHFP-nin digər beş ölkəsi ilə danışıqlar aparırıq. Onlar dildə və siyasi bəyanatlarında BHFP-yə sadiq olduqlarını desələr də, biz onların əməl mərhələsində buna necə əməl edəcəklərinə baxmalıyıq”.

Cənab Ruhani gələn həftələrdə Çin və Rusiya dövlətləri, habelə digər üç Avropa ölkəsinin başçıları görüşəcəyini xəbər verdi: “Əgər bu beş ölkə bizim ölkənin BHFP-dakı maraqlarını, xüsusilə iqtisadi maraqlarımızı təmin edə bilsə, BHFP-nını ABŞ-sız davam etdirəcəyik. Əks təqdirdə lazımi qərar qəbul edəcəyik. Ölkə BHFP ilə və ya onsuz yaxşı idarə ediləcək”.

Prezident bildirdi ki, ABŞ-ın son addımları nəticəsində əldə edilən ən böyük nailiyyət böyük İran xalqının daha sıxı birləşməsidir: “Şübhə etmirik ki, İran xalqı İnqilab Rəhbərinin arxasında sıxı birləşəcəyi bir şəraitdə heç bir qüdrət böyük İran xalqını diz çökdürə bilməz”.

Cənab Ruhani ABŞ-ın 2011-2012-ci illərdə ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək ölkəmizin indiki şəraitinin o vaxtkından fərqləndiyini dedi: “Bu gün beynəlxalq şərait də fərqlidir. ABŞ küncə qısılıb. İran İslam Respublikası dünya ictimaiyyəti tərəfindən qanun, sülh, öz əhdinə sadiq qalan bir ölkə kimi hörmətlə qarşılanır”.

Dövlət başçısı ölkənin iqtisadi vəziyyətini izah edərkən dedi: “Hal-hazırda neftdən asılılıq azalıb. Belə ki, 97-ci ilin (2018) ilk iki ayı qeyri-neft sektorlarından əldə edilən gəlirlər keçən ilin eyni ayları ilə müqayisədə 28,5% artmışdır. Bu da onu göstərir ki, xalq və iqtisadi müəssisələr müqavimət iqtisadiyyatı istiqamətindəki yolunu yaxşı qət etmişdir”.

Cənab Ruhani keçən iki ay ərzində İranın qeyri-neft sektorundan əldə edilən valyuta gəlirinin müsbət balansa malik olduğunu dedi: “Həmin mərhələdə infilyasiya göstəricisi təkrəqəmli olmuş, investisiya bazarı 2011-ci illə müqayisədə üç dəfə artmışdır”.

Prezident bildirdi ki, bu gün dizel idxalına ehtiyacımız yoxdur: “Cari ilin sonuna qədər benzin istehsalında özünütəmin həddinə çata bilərik”.

Cənab Ruhani dedi: “Ümumilikdə on bir və on ikinci hökumətlərin zamanında Cənubi Parsda 11 fazanı istifadəyə verdik. Bu ilin sonuna qədər Cənubi Parsda dörd faza da istifadəyə veriləcək”.

Dövlət başçısı qeyd etdi ki, keçən iki ildə olduğu kimi bu il də buğda sahəsində özünütəmin səviyyəsindəyik. Əsas məhsulların bir çoxunda da özünütəmin istiqamətində hərəkətdəyik: “Snaksiyalar və təzyiqlər 2018 və ondan sonrakı illərin proqramlarına təsir göstərməyəcək. Xalq əmin olsun ki, istənilən şəraitdə ölkə yaxşı idarə ediləcək”.

Prezident qeyd etdi ki, problemlərin çoxu, o cümlədən illeqal maliyyə və kredit müəssisələri ilə bağlı problemləri geridə qoymuşuq: “Su mənbələrinin çatışmazlığı problem olsa da, dövlət müxtəlif əyalətlər, xüsusilə quraq əyalətlərlə bağlı bütün lazımi tədbirləri görmüşdür”.

Cənab Ruhani valyuta məsələsinə də toxunaraq dedi: “Bəlkə də amerikalılar güman edirlər ki, ölkəmizin “Axilles dabanı” (zəif cəhəti) valyuta və valyuta bazarındakı hərc-mərclikdir. Aqncaq aylar öncə bu ehtimalı verdiyimiz üçün istənilən şərait, hətta BHFP-siz şərait üçün lazım olan proqramlar işləyib hazırlamışıq. Hər bir şəraitdə xalq ehtiyac duyulan valyuta ilə təmin olunacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /