Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Asiya ölkələri bir-birləri ilə daha çox əməkdaşlıq etməlidirlər

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) günortadan sonra Şrilanka respublikasının prezidenti cənab Sirisna ilə görüşdü. Görüş zamanı iki dövlətin, habelə yarımadanın digər dövlətlərinin mədəni və tarixi əlaqələrindən söz açan Ali Rəhbər İranla Şrilankanın ticari əlaqələrinin hazırki səviyyəsinin mövcud potensiallardan aşağı olduğunu dedi: “Asiya ölkələri bir-birləri ilə daha çox əməkdaşlıq edib iş görməlidirlər. Çünki bu əməkdaşlıqlar onların güclənməsinə səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İranın elmi, texnoloji və tədqiqat nailiyyətləri iki ölkə arasındakı əməkdaşlıqların inkişafına əlverişli şərait yaradır: “İran İslam Respublikası sizin ölkə ilə olan dostluq və əməkdaşlığı gücləndirməyə hazırdır. Qeyd olunan istiqamətdə bu gün imzalanmış anlaşma memorandumu ciddi şəkildə izlənməli və həyata keçirilməlidir”.

Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə öz dövləti və xalqının səmimi salamlarını İnqilabın Rəhbərinə çatdıran cənab Sirisna dedi: “Bu günkü müzakirələrdə qərara aldıq ki, iki ölkə arasındakı əlaqə və fəaliyyətləri bir neçə dəfə artıraq və əldə edilmiş razılaşmaları həyata keçirək”.

İranın texnologiya, elm və akademik təhsil sahəsinin ən qabaqcıl ölkələrindən biri olduğunu deyən Şrilanka prezidenti iki ölkə arasındakı əlaqələrinin artması nəticəsində Şrilankanın İranın elmi nailiyyətlərindən faydalanacağına ümidvar olduğunu bildirdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /