Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

3 Avropa ölkəsinə etibar etməyin

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei müəllim həftəsi münasibəti ilə bu gün (çərşənbə) səhər Müəllimlər Universitetində minlərlə tələbə və müəllimlə görüşdü. Çıxışı zamanı müəllimlərin yüksək mövqeyinin onların məişət məsələsi kimi, çox mühüm əhəmiyyət daşıdığını və tam diqqət mərkəzində saxlanmalı olduğunu vurğulayan Ali Rəhbər onu da qeyd etdi ki, təhsilin əhatəli və qətiyyətli təkmilləşdirilməsi sənədinin planlaşdırılmış icrası çox zəruridir və bu tale yüklü böyük qurumun yenilənməsinə zəmin yaradır.

O habelə çıxışının ABŞ və HBFP (Hərtərəfli Birgə Fəaliyyətlər Planı) ilə bağlı mühüm hissəsində İranın izzət və böyüklüyünün davam etməsi, düşmənlərin isə məkirli planlarının nəticəsiz qalmasına işarə edərək dedi: “Dəfələrlə demişdim, Amerikaya güvənməyin, bu da nəticəsi. Bu söz üç Avropa ölkəsi ilə müzakirələrə də aiddir, bunlara da güvənməyin. Hər bir müqavilə üçün real və əməli zəmanətlər alın. Əks təqdirdə, bu şəkildə davam etmək olmaz”.

İslam İnqilabının Rəhbəri Trampın dünənki yüngül və dayaz sözlərinə işarə edərək dedi: “Bu şəxs ondan çox açıq yalan əsasında İran xalqını və İslam Respublikasını təhdid etdi. Mən İran xalqı adından ona deyirəm: “Siz səhv edirsiniz”.

O bildirdi ki, ABŞ məsələsi mühüm, ciddi və qeyri-emosional məsələdir: “Amerikalıların davamlı, dərin və destruktiv düşmənçiliyi mənimlə və digər dövlət rəsmiləri ilə deyil, bütün İslam sistemi ilə, bu sistemi seçmiş və bu yolda yürüyən xalqladır”.

Həzrət Ayətullah Xamenei həmin məsələyə bunları əlavə etdi: “Hətta Obama hökuməti vaxtı məktub yazdılar, bəzi sözlər dedilər, niyyətləri dağıtmaq idi. Ancaq yalandan deyirdilər ki, məqsədimiz İslam dövlətini dağıtmaq deyil”.

İnqilabın Rəhbəri Hərtərəfli Birgə Fəaliyyətlər Planı ilə bağlı sazişin son gedişatına qısa baxış edərək dedi: “Nüvə və sanksiyalar məsələsi başladıqda bəzi tanınmış simalar mənə dedilər ki, nə üçün nüvə məsələsində israr göstərirsiniz? Bu məsələni bir kənara qoyun və amerikalıların düşmənçilik və xəbislik etməməsinə fürsət tanıyın”.

O əlavə etdi: “Bu fikir bir neçə cəhətdən təbii ki, səhvdir. Birincisi ona görə ki, nüvə enerjisi ölkənin gercək ehtiyacıdır. Bir neçə ildən sonra İranda 20 min meqavat nüvə enrijisinə ehtiyac yaranacaq”.

İslam İnqilabının Rəhbəri bu məsələ ilə bağlı belə vurğuladı: “Deyirsiniz ki, enerjiyə olan ehtiyacınızı təmin etmək üçün neftiniz var. Məgər neft əbədidir? Bəs neft tükəndikdən sonra nüvə imkanlarının axtarışında olmayacağıqmı? Gələcək nəsillər bizi lənətləməzlər ki, nə üçün vaxtında nüvə enerjisi ilə bağlı heç bir tədbir görməmişik?”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həmin vaxt ölkə rəhbərlərinə dedim ki, nüvə enerjisi bəhanədir. Əgər bunda geri çəkilsəniz, amerikalılar başqa bir bəhanə edəcəklər. Onlar deyirdilər ki, belə deyil. Ancaq indi gördünüz ki, belədir, dediyim kimi də oldu”.

O bildirdi: “Nüvə məsələsi İranın müxaliflərinin istədikləri kimi qəbul etdik və yük altına girdik. Lakin ABŞ-ın düşmənçiliyi və amerikalıların bəhanəsi bitmədi”.

Həzrət Ayətullah Xamenei amerikalıların İranın müdafiə imkanı və regiondakı iştirakı ilə bağlı bəhanələrinə işarə edərək vurğuladı: “Əgər sabah elan etsəniz ki, artıq raket istehsal etməyəcəyik, ya onların uçuş məsafəsini məhdudlaşdıracağıq, bu məsələ bağlanacaq, ancaq başqa bir bəhanə və problemi mütləq ortaya atacaqlar. Çünki onların bizə qarşı düşmənçilikləri fundamentaldır; ABŞ İslam Respublikası prinsipinə qarşıdır”.

O bildirdi ki, bu qatı düşmənçiliyin əsas səbəbi İslam İnqilabının qələbəsi, İslam Respublikasının qurulması, amerikalıların əlinin İrandan kəsilməsidir: “Onlar dövləti yıxmaq, yenidən mühüm ehtiyatları və strateji mövqeyi olan İrana ağalıq etmək istəyirlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Amerikalılar bəzi region ölkələrinin rəhbərləri kimi yalnız itaət göstərən nökərlər istəyirlər. Lakin İslam Respublikası özünün və İran xalqının izzətini onlara göstərir. Bu başıucalıq və əzəmət onlar üçün dözülməzdir”.

Həzrət Ayətullah Xamenei Trampın bir neçə gün əvvəl Fars körfəsi ölkələrinin rəhbərlərinə göndərdiyi məktubdan söz açaraq dedi: “ABŞ prezidenti bu ölkələrə göndərdiyi məktubda onlara nə edib, nə etməməyi göstəriş verir. Onlar İslam Respublikası ilə de belə davranmaq istəyirlər, ancaq bacarmırlar. Çünki İslam Respublikası ölkənin və millətin qacar və pəhləvilər dövründəki zillətini izzət, müstəqillik və müqavimətə çevirmiş, öz milli mənafelərini güzəştə getmir”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında Trampın çirkin və yüngül davranışının gözlənilən olduğunu vurğulayaraq ABŞ-ın ayrı-ayrı dövlət rəsmilərinin İnqilabdan sonrakı bütün illərdə nümayiş etdirdiyi çirkinliyin davam etdirilməsinə işarə edərək dedi: “İrana qarşı bu düşmənçilikləri həyata keçirən insanların sümükləri torpağın altındadır. Ancaq İslam Respublikası ayaq üstədir. Bu cənab da bir gün torpağın altına gedəcək, ancaq İslam Respublikası ayaqda olacaq və ucalacaq”.

İslam İnqilabı Rəhbərinin bugünkü çıxışının başqa bir mühüm hissəsi “HBFP” ilə bağlı oldu.

O, ümumi və xüsusi iclaslarda dəfələrlə dövlət rəsmilərinə Amerikaya güvənməkdən çəkinməyə çağırdığını dedi: “Məsul şəxslərə dedik ki, hər bir sazişdən əvvəl tərəf müqabilindən gerçək zəmanətlər alın və onların sözlərinə güvənməyin”.

Həzrət Ayətullah Xamenei özünün HBFP-nının İran tərəfindən qəbul edilməsi ilə bağlı şərtlərindən danışdı: “Bu şərtlərdən biri bu oldu ki, ABŞ prezidentinin sanksiyaların götürülməsi ilə bağlı imzası və yazılı zəmanəti alınsın. Əlbəttə, hörmətli rəsmilər səy göstərdilər, ancaq bacarmadılar. Nəticsi də bu oldu ki, İran bütün öhdəliklərə iki il yarım əməl etdikdən sonra ABŞ prezidenti HBFP-dan çıxmaqla yanaşı İran xalqını təhdid edir”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir mühüm hissəsində HBFP-nının üç Avropa ölkəsi ilə davam etdirilməsi kontekstində səsləndirilən bəzi fikirlərə toxunaraq dedi: “Mən bu üç ölkəyə də güvənmirəm və bildirirəm ki, onlara da güvənməyin. Əgər müqavilə bağlam istəsəniz, real və əməli zəmanət alın. Əks təqdirdə sabah bunlar da ABŞ-ın bu günkü işini başqa şəkildə edəcəklər”.

O vurğuladı: “Bunlar bəzən gülümüsəyə-gülümsəyə xəncəri qarşı tərəfin köksünə sancır, üzdə tərif etməklə və biz bilirik ki, siz müqaviləni pozmayacaqsınız mimikası ilə öz məqsədlərini güdürlər”.

İslam İnqilabının Rəhbəri avropalıların davranışları haqqındakı fikrinə bunu da əlavə etdi: “Bu, çox həssas bir məsələdir. Əgər qəti və güvənilən bir zəmanət almağı bacarsanız - təbii ki, bu da çox zəif ehtimaldır, eybi yoxdur fəaliyyəti davam etdirin. Əks təqdirdə, bu şəkildə davam etmək olmaz”.

Həzrət Ayətullah Xamenei ölkə rəhbərlərinin böyük bir sınaq qarşısında olduğunu dedi: “Ölkə rəhbərləri böyük sınaq qarşısındadırlar. Görəsən bu xalqın izzət və iqtidarını qoruyacaqlarmı? Xalqın izzəti və maraqları sözün əsl mənasında təmin edilməlidir”.

O əlavə etdi: “Əlbəttə, xoşbəxtlikdən, ölkə rəhbərləri də elə maraqların təmin edilməsi məsələsini vurğulayırlar. Ancaq bu məqsədin reallaşması üçün avropalıların qarşısında diqqətli, ayıq və rasional olmaq lazımdır, Avropa rəsmilərinin sözlərinə güvənmək olmaz. Çünki sırf danışmağın heç bir etibarı yoxdur. Onlar diplomatiya dünyasında əxlaqdan tamamilə uzaqdırlar”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir hissəsində əzəmətli müəllimlər kollektivi arasında olmaq baxımından bu görüşün ən şirin görüşlərdən biri olduğunu dedi və İmam Xomeyninin (r.ə) məşhur “Müəllimlik peyğəmbərlər sənətidir” cümləsini xatırladaraq vurğuladı: “Təəssüflər olsun ki, hələ də müəllimin mövqeyi və dərəcəsi cəmiyyətə gerçəkliyi ilə izah edilməmişdir. Təsəvvürlərdə bu işin yalnız danışmaqla bitmədiyi, müxtəlif aspektlərdən yaradıcı proqramlar tərtib edilməsi və işlər görülməsinə ehtiyac olduğu formalaşmamışdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ümumi təlim-tərbiyə ədalət prinsipinə malik olmalı, ədalətpərvər, ədalətli və ədalət istəyən insanların yetişdirilməsi istiqamətinə yönəlməlidir: “Təhsilin on iki illik mərhələsindəki məqsəd və strategiyalar elə tənzimlənməlidir ki, şagird inkişaf istiqamətində hərəkət edən karvandakı yerini tapsın, məsuliyyət hissi, azad fikirlilik, dürüstülük, yüksək əzmkarlıq, şücaət, fədakarlıq, iffət və təqva ruhiyyəsində tərbiyə edilib cəmiyyətə təhvil verilsin”.

İslam İnqilabının Rəhbəri yüksək, motivasiyalı və əzmkar gənclərin tərbiyə edilməsi meydanının böyük və real bir müharibə meydanı olduğunu dedi: “Bəziləri yatmağımız və bu müharibənin fərqində olmamağımız üçün laylay demək istəyirlər. Halbuki İslam dövləti qarşısında dayanmış cərəyan qətiyyətlə çalışır ki, müxtəlif vasitələrlə bu xüsusiyyətlərə malik gənclərin tərbiyəsinə mane olsun”.

O, cəmiyyətdəki üstün meyarlar çoxluğunun olmasına işarə edərək dedi: “Biz gənc nəslin İslam dövlətinin məqsədləri, ideyaları və strategiyalarına uyğun tərbiyə edilməsində nümunə yoxsulluğuna məruz qalmamışıq ki, özgələrin hansısa tarixi şəxsiyyətinin axtarışında olaq. Bizim millətin başıucalığı üçün düşmən qarşısında məsuliyyət hissi, qüdrət və izzətlə dayanmış nüvə şəhidləri, şəhid Çəməran, Şəhid Avini, şəhid Höcəci kimi nümunələrimiz var”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında təhsildə “faydalı elm”in tədrisinin zəruri olduğunu vurğuladı: “Təhsilə baxış digər qurum və idarələrə olan baxış kimi olmamalıdır. Çünki bu komleks inqilabçı və milli ideyaların əhatəli və düzgün transferi, uşaqlar və yeniyetmələrdə milli kimliyin möhkəmləndirilməsi istiqamətində 12 illik və o cümlədən misilsiz imkana malikdir”.

O əlavə etdi: “Təhsilin öz yüksək məqsədlərinə çatması üçün yenilənməyə ehtiyacı var. Bu yenilənmə təhsilin təkmilləşdirilməsi sənədinin reallaşdırılması ilə mümkündür ”.

İslam İnqilabının Rəhbəri təkmilləşdirmə sənədinin reallaşdırılmasının ən vacib işlərdən olduğunu dedi: “Həyata keçirilmiş tədbirlərin olmasına baxmayaraq, verilmiş hesabatlar göstərir ki, bu vaxta qədər təhsilin təkmilləşdirilməsi sənədinin yalnız 10%-dən az hissəsi reallaşmışdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Mənim təhsildən əsl tələbim budur ki, təkmilləşdirmə sənədinin reallaşdırılması üçün dəqiq planlaşdırma müəyyən edib iş görmək lazımdır”.

O bildirdi ki, təhsilin təkmilləşdirilməsi sənədinin həyata keçməsi üçün zəruri olan işlərdən biri təhsil sisteminin bu sənədlə tanış edilməsidir. O, təlim-tərbiyə işləri üzrə müavinlik haqqında bunları dedi: “Mən dəfələrlə təlim-tərbiyə işləri üzrə müavinlik məsələsini vurğulamışam. Ümid edirik ki, motivasiyalı və pozitiv bir adam olan möhtərəm nazir bu məsələ ilə ciddi məşğul olacaq”.

İslam İnqilabının Rəhbərinin toxunduğu məsələlərdən biri xüsusi istedadlılar və Xüsusi İstedadlıların İnkişafı üzrə Milli Təşkilat məsələsinə hərtərəfli, tamamilə peşəkar və ayrıseçkiliyə yol verilmədən diqqət və qayğı göstərilməsi məsələsi oldu.

Həzrət Ayətullah Xamenei çıxışının davamında 203 saylı sənəddən danışdı: “Mən keçən il bu yanlış sənədin icrasını rəsmən, açıq şəkildə və qətiyyətlə qadağan etdim. Bu, aidiyyəti şəxslər tərəfindən də yaxşı qarşılandı. Ancaq eşitmişəm ki, ayrı-ayrı sahələrdə 203 saylı sənədin bəzi bəndləri icra edilir. Bu da ölkənin ən mühüm sahəsinin yadların ixtiyarına verilməsi deməkdir”.

O əlavə etdi: “Tarixi keçmişi, mədəniyyəti və bu cür qüdrətli dövləti olan İran kimi bir ölkənin öz təhsil və təlim-tərbiyə proqramlarını başqalarından almasının heç bir mənası yoxdur”.

İslam İnqilabının Rəhbəri Müəllimlər Universiteti və pedoqoji universitetlər məsələsindən də danışdı: “Pedoqoji universitetlər keyfiyyət və kəmiyyət baxımından inkişaf etdirilməlidir. Çünki gələcək bir neçə ildə müəllimlərin çoxu təqaüdə çıxacaq və ölkə müəllim çatışmazlığı problemi ilə qarşılaşacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, müəllimlik təhsilə ehtiyacı olan, bacarıq və ixtisaslaşma tələb edən bir peşədir: “Təəssüflər olsun ki, Müəllimlər Universiteti və pedoqoji universitetlər sahəsində səhlənkarlığa yol verilmişdir. Bu universitetlərin müəllim, büdcə və təhsil mühiti baxımından ciddi çatışmazlıqları var”.

O, Elmlər Nazirliyi, İdarəetmə İşləri Üzrə idarə və Məşğulluq İdarəsindən Təhsil Nazirliyi ilə əməkdaşlıq edib bu problemi aradan qaldırmalarını, bu universitetlərin elmi heyətlərinə üzvlərin cəlb edilməsi kvotasını artırılmalarını istədi.

Həzrət Ayətullah Xamenei müəllimlər universitetlərinə müəllim cəlb edilməsi məsələsini xüsusi vurğuladı: “Bu universitetlərin müəllimləri intellekt, elmi, dindarlıq və inqilabçı ruhiyyəsi baxımından təkmilləşdirmə sənədinin meyarlarına uğyun və ən seçkin insanlardan olmalıdır”.

O bildirdi ki, seçici mərkəzlər bu meyarlara riayət edilməsində heç bir səhlənkarlığa yol verməməlidirlər. O, pedoqoji universitetlərin tələbə və müəllimlərinə Şəhid Mütəhhərinin əsərləri ilə ünsiyyətdə olmağı tövsiyə etdi.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda ölkənin gələcəyinin parlaq və bu millətə, xüsusilə bu ölkənin əziz gənclərinə məxsus olduğunu vurğuladı: “İranımızın gələcəyi heç şübhəsiz bu günkündən dahayaxşı olacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Müəllimlər Universitetinin rektoru cənab Hüseyn Xənifər, Nəsibə Pedoqoji Kollecin direktoru xanım Adili, Müəllimlər Universitetinin tələbə-müəllimi xanım Zöhrə İslaminiya, Müəllimlər Universitetinin dosenti doktor Söhrab Mürvəti, Müəllimlər Universitetinin tələbə və müəllimlərinin, habelə ölkə müəllimlərinin nümayəndəsi, ölkənin nümunəvi müəllimi cənab Ramin Nəsiri onları narahat edən məsələlərdən danışıb təkliflərini verdilər. Çıxışlar zamanı irəli sürülən məsələlər bunlar oldu:

• Müəllimlər Universitetinə hərtərəfli dəstək verilməsinin, onun keyfiyyət və kəmiyyət baxımından inkişaf etdirilməsinin zəruriliyi

• Şagirdlərdə elm, iman, bacarıq və krietivliyin möhkəmləndirilməsinin zəruriliyi

• Təhsilin köklü surətdə təkmilləşdirilməsi sənədinin icra edilməməsinin tənqidi

• Müəllimlərin məişəti və sosial mövqeyinə ciddi şəkildə diqqət göstərilməsinin zəruriliyi

• Elmi heyət və işçi qüvvəsinin Müəllimlər Universitetinə cəlb edilməsi strukturunda ilshatlar aparılmasının zəruriliyi

• Gələcəkdə şagirdlərin sayının artacağınıv ə çoxlu sayda müəllimin təqaüdə çıxacağını nəzərə alaraq müəllimlərin cəlb edilməsi və saylarının artırılması

• Köçəri tayfaların yaşdıqları təsisatsız regionlarda yaşayan şagidlərə diqqət və təhsil ədalətinin gerçəkləşdirilməsi zərurəti

Tədbirdə çıxış edən Təhsil naziri cənab Bəthayi hesabatında müəllimlərin təhsil sisteminin əsas mərkəzi və effektiv komponenti olduğunu dedi: “Təhsilin fundamental təkmilləşdirilməsi sənədi əsasında təhsil proqramının tərtib edilməsi və təkmilləşdirilməsi, sosial patalogiyaların qarşısının alınması, dövlət məktəblərinin keyfiyyətinin yaxşılaşdırılması və onların səlahiyyətlərinin artırılması, təhsilin funksionallaşdırılması və bacarıqların inkişaf etdirilməsi təhsil sahəsində həyata keçirilmiş ən mühüm strategiyalar və tədbirlərdən olmuşdur”.

İslam İnqilabının Rəhbəri Müəllimlər Universitetində olduğu vaxt Təhsil Nazirliyinin rəhbər işçiləri arasında Müəllimlər və Şəhid Rəcai universitetlərinin bir qrup müəllimləri, əyalət müəllimlərinin nümayəndələri də yer aldı.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, resursların təhsil sahəsinə sərf edilməsi əslində, ölkənin gələcəyinə investisiya qoyuluşudur: “Əgər bu investisiya qoyuluşu bu gün həyata keçirilməsə, sabah onun ziyanını hamı çəkəcək”.

O, təhsil və bu kimi qurumların ölkə büdcəsini udduğunu iddia edən bəzi adamların yanlış fikirlərini tənqid edərək dedi: “Bu yanlış fikirlər təhsil büdcəsinin şübhəli və problem yaradan metodlarla təmin edilməsinə səbəb olmamalıdır. Təhsil keçmişdə olduğu kimi, dövlət tərəfindən idarə edilməlidir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /