İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər hökumət rəsmiləri, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı təbəqələrindən olan bir qrup nümayəndəsi ilə görüşdə ABŞ və iki Qərb dövlətinin bu gün səhər vaxtı Suriyaya etdiyi hücumun cinayət olduğunu dedi və onların kimyəvi silahdan istifadəyə qarşı olduqlarını ifadə edən iddialarının yalan olduğunu vurğuladı: “İslam Respublikası keçmişdə olduğu kimi, müqavimət qruplarının yanında olacaq. ABŞ da regionla bağlı məqsədlərində mütləq məğlubiyyətə uğrayacaq”.
Mübarək “Məbəs” bayramı münasibəti ilə təşkil edilmiş bu görüşdə hər kəsi İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsinin ildönümü münasibəti ilə təbrik edən İslam İnqilabının Rəhbəri qeyd etdi ki, tövhidə qayıdış, ilahi elm, qüdrət, uğur və hidayətin insan həyatına hakim olması, mənəm-mənəmlik, diktatura və istibdada qarşı mübarizə “Məbəsin” əsas mesajı olmuşdur: “Tövhid zülm və zorakıləğa qarşı mübarizənin əsas və ümumi prinsiplərini ehtiva edir. Bu cəhətdən haqq cəbhəsi daim batilə qarşı mübarizə aparmalıdır. Sözügedən mübarizədə batilin qaçılmaz aqibəti geri çəkilməkdir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam ümmətinin ən mühüm vəzifəsi “Besətin” mesajı olan tövhidə qayıdışdır: “Əgər tövhidə inamımnız olsa, zülmə boyun əymərik, məzlumu müdafiə edərik. Elə bu səbəbdən də harada yardıma ehtiyacı olan bir məzlum olarsa, İslam Respubliaksı orada olacaq”.
O, İran İslam Respublikasının Fələstin məsələsinin himayə edilməsində israrlı olmasının fəlsəfəsini bu aspektdən qiymətləndirdi: “Zalıma qarşı müqavimət mütləq inkişafla nəticələnəcək. Bunun bariz nümunəsi Fələstin xalqıdır. Fələstin əvvəldə zəif olsa da, müqavimət nəticəsində, indi sionist rejimi təhdid edən qüdrətli bir Fələstinə çevrilmişdir. Sionist rejim Fələstin xalqı qarşısında zəiflik və acizlik hiss edir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu qarşıdurmada şübhəsiz ki, fələstinlilər sionistlərə qalib gələcək və Fələstin torpaqları Fələstin xalqına qayıdacaq”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İran İslam Respublikasının Qərbi Asiya regionunda müqavimət qruplarının yanında yer almnası və Suriyadakı iştirakı məzlumu müdafiə prinsipinə əsaslanır: “İran İslam Respublikasının ekspansiya etmək istəyində olduğunu deyirlər. Bu, yalan sözdür və reallığı əks etdirmir. İran böyük, abad və vahid bir ölkədir, regionda və dünyanın heç bir yerində ekspansiya etməyə ehtiyacı yoxdur”.
O əlavə etdi: “İranın Suriya və Qərbi Asiya regionunda iştirakının səbəbi zülmə qarşı dayanmış müqavimətə yardım etməkdir. Müqavimət cəbhəsi də göstərilən yardım və köməklər, habelə suriyalı qüvvələrin şücaəti sayəsində ABŞ, qərblilər və onların Səudiyyə kimi muzdurları tərəfindən yaradılmış terrorçular üzərində qələbə çalaraq onları məğlubiyyətə uğrada bildi”.
İslam İnqilabının Rəhbəri bu gün səhərki çıxışında İŞİD-ə qarşı mübarizə apardıqlarını və Suriyada onları məğlub etdiklərini idda edən ABŞ prezidentinin çıxışına işarə edərək dedi: “Bunlar aşkar yalan və utancverici sözlərdir. Çünki amerikalılar Səudiyyə və onun kimilərin pulu ilə bu mənfur məxluqatı İraq və Suriyada yaratdılar, lazım gəldikdə də terrorçulara dəstək verdilər. İŞİD-in əsas ünsürləri mühasirədə olduğu vaxt onları xilas etdilər”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “ABŞ və onun əlaltılarının dəstəklərinə rəğmən, müqavimət cəbhəsi Suriya və İraqı xilas edə bildi”.
O bu gün səhər Suriyaya edilən hücumun cinayət olduğunu dedi: “Açıq şəkildə bəyan edirəm, ABŞ prezidenti, Fransa prezidenti və İngiltərənin baş naziri cinayətkardır”.
İran İslam Respublikasının Rəhbəri vurğuladı ki, amerikalılar İraq və Əfqanıstanda olduğu kimi, Suriyada da törətdikləri bu cür cinayətlərdən heç nə əldə etməyəcəklər: “ABŞ prezidenti bir müddət əvvəl elan etdi ki, Qərbi Asiya regionunda 7 trilyon pul xərcləyiblər və heç nə əldə etməyiblər. Bu söz düzdür. Bundan sonra da ABŞ hər nə qədər çalışıb xərc çəksə, regiondan heç nə əldə etməyəcək”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, müsəlman xalqlar, İslam ölkələri və dövlətləri bu cür hadisələr qarşısında ayıq olmalıdırlar: “Amerikalıların məqsədi təkcə Suriya, İraq və Əfqanıstan deyil, onlar İslam ümmətinə və İslama zərbə vurmaq istəyirlər. Buna görə də İslam ölkələri ABŞ və bəzi təcavüzkar Qərb ölkələrinin məqsədlərinə xidmət göstərməməlidirlər”.
O vurğuladı: “Səudiyyə kimi bir İslam dövlətinə indiki ABŞ prezidentinin seçki kompaniyaları vaxtı açıq şəkildə “sağmal inək” deməsi fəxr ediləsi hal deyil. Bir ölkənin pulunu alıb ona bu ifadə ilə xitab edilməsindən daha böyük zillət ola bilməz”.
Həzrət Ayətullah Xamenei kimyəvi silahlardan istifadəyə qarşı mübarizə aparmaq üçün Suriyaya hücum etdiklərini deyən ABŞ prezidentinin yalan danışdığını bildirdi: “Onlar müsəlman və məzlum xalqlara qarşı kimyəvi və ya hər hansı silahdan istifadə edilməsinə qarşı deyillər. Belə ki, Yəmən xalqının hər gün bombardman edilməsini dəstkləyirlər. Məcburi müharibə dövründə də kimyəvi silahdan istifadə edərək minlərlə İran və İraq xalqını şəhid etmiş, yaralamış cinayətkar Səddamı dəsəklədilər”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ və bəzi Qərb ölkələrinin davranışları onların müstəmləkəçi və beynəlxalq diktatura məqsədlərindən qaynaqlanır: “Əlbəttə, diktatorlar dünyanın heç bir yerində arzularına çatmayacaq və ABŞ da mütləq regionla bağlı məqsədlərində məğlubiyyətə uğrayacaq”.
Həzrət Ayətullah Xamenei İran xalqının müqaviməti və daha da möhkəm olmasının səbəbini 40 illik müqavimət təcrübəsinin olması ilə izah etdi: “Bu təcrübə bizə öyrətdi ki, geri çəkilmək düşməni həvəsləndirir, müqavimət isə onun geri çəkilməsinə səbəb olur”.
Çıxışının sonunda dünyanın imperialist və hegemon qüvvələrinə qarşı müqavimətin bu güclərin geri çəkilməsinə səbəb olmasının Allahın dəyişməz qanunu olduğunu deyən Ali Məqamlı Rəhbər məzlum Fələstin, Suriya, Əfqanıstan və İraq xalqlarının, Myanma və Kəşmir əhalisinin öz müqavimətləri sayəsində yaxın gələcəkdə düşmənləri geri oturdacaqlarına ümidvar olduğunu dedi.
İslam İnqilabının Rəhbərindən əvəvl çıxış edən ölkə başçısı cənab Ruhani bütün müsəlmanları “Məbəs” bayramı münasibəti ilə təbrik edərək dedi: “Bu gün dünya və regionumuz əxlaqsızlıqdan əziyyət çəkir. Bütün siyasi, hərbi və təhlükəsizlik böhranlarının kökünə əxlaq böhranı dayanır”.
O, ABŞ və bir neçə Qərb dövlətinin Suriyaya son hücumunun beynəlxalq normalara zidd olduğunu dedi: “Suriyada kimyəvi silahdan istifadə edilməsi ittihamını araşdırmaq üçün BMT tərəfindən bir qrup ezam edilməli olduğu halda, əsassız bir bəhanə ilə ayıq xalqı, hökuməti və qədim mədəniyyəti olan müstəqil bir ölkəyə hücum edilir”.
Ölkə başçısı bildirdi ki, amerikalılar, sionistlər, İngiltərə və Fransa kimi bəzi Avropa ölkələri regionda baş verən 17 illik hadisələrdən dərs çıxarmayıblar: “ABŞ-ın Əfqanıtsan, İraq və Liviyaya təcavüzləri yalnız dağıntı və qırğınla nəticələnib”.
Cənab Ruhani bildirdi ki, amerikalıların bu təcavüzlərinin məqsədi onların regionda olmaq istəyidir: “Dəstəklədikləri terroçuların Şərq bataqlığında məğlubiyyətə uğramasından qəzəblidirlər. Buna görə də müxtəlif təcavüzlərə əl atırlar ”.
Prezident vurğuladı: “İran keçmişdə olduğu kimi, region və dünya məzlumlarını himayə edəcək, terrorizmlə mübarizə aparmaq istəyən heç bir İslam ölkəsindən öz dəstəyini əsirgəməyəcək”.
Cənab Ruhani vurğuladı ki, xalqın müqaviməti ABŞ-ın İran xalqına qarşı hazırladığı bütün planları alt-üst edib: “Düşmənlər son illərdə xalqı iqtisadi çətinliyə məruz qoyub ölkənin iqtisadi gələcəyinə olan inamı sarsıtmaq istəyirdilər. Lakin hökumət öz layihələri və addımları ilə qabaqlayıcı tədbirlər görərək müqavimət göstərdi”.
Prezident dedi: “İran xalqına açıq şəkildə bəyan edirəm ki, İran İslam Respublikası iqtisadi, siyasi, diplomaik, habelə nüvə fəaliyyətləri sahəsində hər zamankından daha hazırlıqlıdır və düşmənin hər növ planını nütfədəcə boğacaq”.
Cənab Ruhani ölkə iqtisadiyyatının tənzimləndirilməsi və son hiylə ilə mübarizədə bütün qüvvələr, qurumlar və media vasitələrinə nümayiş etdirdikləri birlik və vəhdətə görə təşəkkürünü bildirdi: “İslam İnqilabının Ali Rəhbərinin rəhbərliyi və dəstəyi daim dövlət və millətə kömək olmuş və olacaqdır.”
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir