Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Daxili messengerlərdə xalqın təhlükəsizliyinə təcavüz haramdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri və hökumət nümayəndələrindən bir qrupu ilə bu gün (bazar ertəsi) günorta keçirdiyi görüşdə görüş iştirakçılarını bayramlar və Rəcəb ayı münasibəti ilə təbrik edərək bu mübarək günlərin ibadət və təvəssül üçün böyük bir fürsət olduğunu dedi: “Problemlərin həllinin açarı dua, Allahı xatırlamaq və qəlbləri islah etməkdir. Rəcəb ayı öz qəlblərini islah etmək istəyənlərin bayramıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, hökumət rəsmilərinin İslam dini və İslam Respublikasının məqsədləri istiqamətində əzmkarlıq göstərməsi zəruridir: “Müqavimət amili və hökumət nümayəndələri üçün vacibdən vacib olan təqva, günahdan, xəyanətdən və dünyapərəstlikdən çəkinmək Allahla əlaqəni gücləndirir”.

80-ci illərdə hökumət rəhbərlərinə inqilab və xidmət ruhiyyəsinin hakim olduğunu vurğulayan Ali Məqamlı Rəhbər hökumət rəsmilərinə dedi: “O möhtəşəm hiss və davranışları xatırlayırsınızmı? Dünyaya etinasızlıq və xidmət əzmkarlığı yadınızdadırmı? Problem ondadır ki, bəzən o dəyərlər unudulur”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, qəflətə və tədrici tənəzzülə uğramağın qarşısının alınması yolu diqqətli və ehtiyatlı olmaqdır: “İslam Respublikasının biz rəhbərlərinin hamılıqla qəlbimizi düzəltməyə ehtiyacı var. Çünki İslam Respublikası tövhid, ilahi şəriət, ədalət, azadlıq və müstəqillik kimi mühüm məqsəd və ideyalar əsasında meydana gəlmişdir və dünyanın standart hökumətlərindən fərqlənir”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir hissəsində ölkə iqtisadiyyatının təməl prinsiplərindən biri kimi biznes mühitinin tənzimləndirilməsinin zəruri olduğunu vurğuladı: “Bu iş Müqavimət İqtisadiyyatı Baş Qərargahının vəzifələrindəndir. Bu qərargah da problemi həll etməyə çalışır. Ancaq iş gənclərə xas olan qüvvə və həvəslə aparılmalıdır”.

O, habelə daxili messengerlər və sosial şəbəkələrin yaradılması tələbinin ümumi tələbə çevrilməsindən şad olduğunu dedi: “Hökumət rəsmiləri xalqın və ölkənin təhlükəsizliyi və toxunulmazlığını qorumalıdır. Xalqın daxili təhlükəsizliyi və toxunulmazlığına təcavüz şəri cəhətdən haramdır; buna yol verilməməlidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Dövlət və məhkəmə orqanlarının rəhbərləri xalqın şəxsi həyatı və sirlərinin qorunmasında diqqətli olmalıdırlar”.

İslam İnqilabının Rəhbərindən əvvəl, hökumət rəsmilərinin adından çıxış edən prezidentin birinci müavini cənab Cahangiri 2018-ci il üçün İran məhsuluna dəstək şüarının seçilməsinin dəqiq və müdrikcəsinə bir seçim olduğunu dedi: “Əgər bu şüarı əməli müstəvidə həyata keçirsək, xalqın rifahı yaxşılaşacaq, gəlirləri və iş yerləri artacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /