Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sizə hər növ dəstək verməyi özümüzə vəzifə bilirik

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) Siyasi İdarəsinin müdiri cənab İsmayıl Həniənin bir müddət əvvəl göndərdiyi məktuba cavabında İslam Respublikasının Fələstini və Fələstin mücahidlərini tam dəstəkləyən dəyişməz mövqelərini əsas gətirərək Fələstin probleminin həllinin İslam dünyasının mübarizə və müqavimət cinahının gücləndirilməsi, habelə qəsbkar rejim vo onun havadarlarına qarşı aparılan mübarizənin daha da kəskinləşdirilməsində olduğunu qeyd etmişdir: “Fırıldaqçı, yalançı və qəsbkar rejimlə müzakirə aparılması istiqamətində atılan addım Fələstin xalqının qələbsini gecikdirən və zülmə mərzu qalmış xalqın yalnız ziyanına olan bağışlanılmaz böyük bir səhvdir”.

İslam İnqilabının Rəhbərinin məktubunun tam mətni:

Bağışlayan və Mərhəmətli Allahın adı ilə

Həmd Aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salavat və salam olsun ağamız əmanətdar və böyük Peyğəmbərə, onun pak Əhli-beytinə, üstün səhabələrinə və Qiyamət gününə qədər onlara yaxşı əməllərdə tabe olan insanlara

Əziz mücahid qardaşım cənab doktor İsmayıl Həniə (uğurları daimi olsun)

Məktubuma Allahın, sanki bu gün bizə və sizə ünvanlanmış bu nürani kəlamı ilə başlayıram: “Düşməni təqib etməkdə zəiflik göstərməyin! Çünki siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” Yəni, Allahın izni ilə onlar üzərində qələbə çalacağınızı bilir və bu yolda sizə zəiflik göstərməmək əmr vermək hikmətinə sahibdir.

Düşmən sionistin Qəzzadakı zülm və qəddarlığının daha da artmasının Fələstin probleminə görə narahat olan insanları kədərləndirdiyi və qəzəbləndirdiyi bu günlərdə İslam Respublikasının - İslam ümmətinin problemlərinin başında dayanan - bu mühüm problemlə bağlı daimi mövqelərini bir daha vurğulamağı lazım bilirəm. Şübhəsiz ki, mübarizə və müqavimət məzlum Fələstinin yeganə xilas yolu, başıuca və şücaətli xalqın bədəninə vurulmuş yaranın yeganə şəfaverici reseptidir.

Zat aliləri öz sevgi dolu məktubunda İslam ümmətinin bəzi böyük problemlərini qeyd etmiş, bəzi ərəb ölkələrinin bu regiona etdikləri xəyanətindən, Böyük Şeytana (ABŞ) təbeçilik çərçivəsindəki xəyanətkar planlarından söz açmış, fələstinli mücahidlərin düşmənin təzyiqi, zülmü və cinayətinə qarşı mübarizənin ön cəbhəsinin mübarizləri olduğunu bildirmişdir. Bu yazdıqlarınız tamamilə doğrudur və biz də bunu təsdiq edirik. Sizə hər növ dəstək verməyi özümüzə vəzifə bilirik.

Bu, siyasi hadisə və proseslərin fövqündə dayanan dini və insani bir vəzifədir. Allahın izni ilə keçmişdə olduğu kimi, bu vəzifəyə əməl edəcəyik. Müsəlman xalqlar, ölkələr və islami cərəyanlar hamısı bu böyük vəzifənin daşıyıcılarıdır. Bu gün İslam ümmətinin öz izzət və iqtidarına qayıdışı yalnız və yalnız imperializm və onun mənfur planlarına qarşı mübarizə ilə şərtlənir. Fələstin problemi İslamın imperializm qarşısındakı bütün beynəlxalq problemlərinin başında dayanır. Fırıldaqçı, yalançı və qəsbkar rejimlə müzakirə aparılması istiqamətində atılan addım Fələstin xalqının qələbəsini gecikdirən və zülmə məruz qalmış xalqın yalnız ziyanına olan bağışlanılmaz böyük bir səhvdir. Bəzi ərəb liderlərinin yavaş-yavaş üstü açılan xəyanəti də bu məqsədə xidmət edir. Bütün bunların əlacı İslam dünyasının mübarizə və müqavimət cinahının gücləndirilməsi, qəsbkar rejim və onun havadarlarına qarşı mübarizəni kəskinləşdirməkdir. Xalqlar, xüsusilə İslam və ərəb ölkələrinin qeyrətli gəncləri, habelə Fələstinə qarşı məsuliyyət hissi keçirən hökumətlər bu böyük vəzifəni ciddiyə almalı, tədbirli və qəhrəmancasına mübarizə ilə düşməni tənəzzül nöqtəsinə doğru geri çəkilməyə məcbur etməlidirlər.

Allah-taaladan sizə və bütün müqavimət qüvvələrinə yardım etməsini və qətiyyətli qələbə gününüzün yaxınlaşmasını diləyirəm.

Allahın salamı və rəhməti üzərinizə olsun

Seyyid Əli Xamenei
15 fərvərdin 1897
17 rəcəb 1439

Bir müddət əvvəl İslam İnqilabının Ali Rəhbərinə yazdığı məktubda imperializmin müqavimət qalası olan Qəzzanı alt-üst etmək, işğalçı rejimə qarşı mübarizəyə son qoymaq, regionun asılı dövlət başçılarının işğalçı rejimlə olan əlaqələrini normal və adi vəziyyətə gətirmək məqsədi ilə Qüdsə və Fələstin xalqına qarşı hazırladığı böyük planın ayrı-ayrı hissələrindən söz açan Fələstin İslami Müqavimət Hərəkatının Siyasi İdarəsinin (Həmas) müdiri cənab İsmayıl Həniə İran xalqına müqavimət hərəkatını dəstəklədiyinə və İslam İnqilabının Rəhbərinə istiqamətləndirici tövsiyələr veridiyinə görə təşəkkürünü bildirmişdir: “Biz Qüdsdə və Qərb sahili daxilində xalqın coşqulu İntifadasını başlatmaqla Allahın izni ilə əsrin diktatorunun (Tramp), yaxın və uzaq paytaxtların ikiüzlü dövlət başçılarının Fələstin məsələsinə son qoyulması ilə bağlı planlarını darmadağın edəcəyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /