Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranın regiondakı iştirakının ABŞ və Avropaya dəxli yoxdur

Həzrət Siddiqeyi-Kubra Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü münasibəti ilə minlərlə Əhli-beyt (ə) şair və məddahı İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşdü. Əhli-beyt (ə) şair və məddahlarından bir neçəsi İmam Xomeyni (r.ə) adına hüseyniyyəni İslam peyğəmbərinin (s) əziz qızının fəzilət və üstünlüklərindən bəhs edən şeirlərin rayihəsi ilə ətirləndirdi.

Həzrət Ayətullah Xamenei bu görüşdə qeyd etdi ki, Həzrət Fatimeyi-Zəhranın (s.ə) mənəvi üstünlükləri və ruhunun əzəməti insan dərkinin fövqündədir: “Böyük peyğəmbərin qızının uca məqamının hansı zirvədə olduğunu Allah və övliyalardan eşidib öyrənmək lazımdır. Belə ki, Əziz Peyğəmbər (s) o xanımı vəsf edərkən “Cənnət xanımlarının ən üstünü” ifadəsini işlətmişdir. Bu hədis şiə və sünnilərin fikir birliyi ilə qəbul etdikləri hədisdir.

O, Fatimeyi-Zəhranın (s.ə) viladət gününün “Qadınlar günü” adlandırılması məsələsinə toxunaraq qeyd etdi ki, qadın İslam məntiqində kamil bir çərçivəyə malikdir: “Müsəlman qadını iman, iffət, elmi və mənəvi tərəqqiyə, cəmiyyətə təsir göstərmə gücünə, ailə rəhbərliyi, kişinin rahatlıq səbəbi, eyni zamanda zəriflik kimi qadın xüsusiyyətlərinə və ilahi nurları qəbul edəcək potensiala malik bir varlıqdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Həzrət Fatimeyi-Zəhra və Həzrət Xədicə kimi böyük xanımlar İslamın nümunəvi qadınlarıdır: “İslamın nümunəvi qadın obrazı qarşısında Qərbin İslam qadının bütün üstün xüsusiyyətlərinin əvəzinə çılpaqlıq, kişilərin diqqətini cəlb etmək, zövqünü oxşamaq xüsusiyyətlərinə malik yanlış qadın nümunəsi dayanır”.

O vurğuladı ki, Qərbin rəsmi məclislərində kişilərin tam örtünməsinə təkid edilməsi və qadınların daha çox çılpaqlığa təşviq edilməsi Qərb qadınının əhəmiyyətsizliyə, etinasızlığa sözvq ediləsinin bir nümunəsidir: “Bu gün Qərb qadını kişilərin istehlak, dekorasiya və göstəri simvolu, cinsi ehtiras vasitəsidir”.

Qərblilərin çıxış və yazılarında ortaya atdıqları gender bərabərliyi kimi fikirlərin reallığı əks etdirmədiyini və görüntü xarakteri daşıdığını deyən Həzrət Ayətullah Xamenei son aylarda Qərbin çoxlu sayda vəzifəli qadınlarının idari məsələlərdə sui-istifadə və şiddətə məruz qaldıqlarını etiraf etdiklərinə işarə edərək dedi: “İslam hicab vasitəsi ilə qapını bu cür azğınlığın üzünə bağlamışdır. Buna görə də İslam hicabı qadını məhdudlaşdıran yox, toxunulmaz edən vasitədir”.

O vurğuladı ki, qadınların mədəni və şəxsiyyət azadlığının bayrağı İran qadınlarının əlindədir: “İran qadınları hicabı qorumaqla öz mədəni və şəxsiyyət azadlıqlarını dünyaya ixrac etməklə yanaşı bəyan edirlər ki, qadın hicabını, iffətini qorumaqla, habelə yad və həris kişilərin sui-istifadələrinin qarşısını almaqla sosial sferalarda aktiv və effektiv iştirak edə bilər”.

İslam İnqilabının Rəhbəri ailə ocağını təhqir edən, gender bərabərliyini “kişilərin olduğu bütün sahələrdə qadınlar da ola bilər” kimi təlqin edən insanları tənqid edərək bu işin qadınlar və onların şəxsiyyətinə qarşı təhqir və hörmətsizlik olduğunu dedi: “Qadın möhtərəmdir və heç kəs onun ictimai meydanlarda iştirakına, təhsil almasına və vəzifə tutmasına qarşı deyil”.

O əlavə etdi: “Bu gün İran qadınlarının ən yaxşı alimlər və mədəni simaların sırasında yer alması İslam İnqilabının hünəridir. Çünki İnqilabdan əvvəl belə deyildi, elm və mədəniyyət sahələrində təmsil olunan üstün qadınların sayı çox məhdud idi”.

Qadının ailədə rahatlıq yaradan, həyat yoldaşı və analıq rolunda çıxış edən idarəçi rəhbər və əsas mərkəz olduğunu deyən Həzrət Ayətullah Xamenei İran qadınlarına tövsiyə verdi: “İslamın qadınla bağlı konsepsiyalarını və Quranın bu barədəki çərçivələrini qoruyub gücləndirin, onu israf və mənfi rəqabət kimi bəlalardan, Qərbin yanlış qadın nümunəsinə tabe olmaqdan uzaq tutun”.

O, çıxışının davamında qeyd etdi ki, düşmənlərin İran xalqına qarşı qırx il dayanmadan misilsiz planlar həyata keçirməsinə baxmayaraq, pak İnqilab ağacının gün-gündən inkişaf etməsi ilahi lütfün göstəricisi və qürur səbəbidir: “İranın düşmənləri bir neçə ay bundan əvvəl düşüncə otaqlarında bir yerə toplaşaraq ilin son üç ayı ilə bağlı plan cızdılar və isfənd ayında İslam Respublikasının axırına çıxacaqlarını xəyal etdilər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Dey və bəhmən aylarında xalqın onlara necə cavab verdiyini və İran xalqının istənilən təcavüzkarı yerinə oturtmağa həmişə hazır olduğunu gördünüz”.

Daha sonra hər kəsin, o cümlədən İranın düşmənlərinin ölkənin möhkəmliyi, xalqa, gənclərə və dahi İmamın yoluna bağlı olduğunu vuğrulayan Ali Məqamlı Rəhbər düşmənlərin müsəlman qadınının müstəqil və mədəni kimliyinə, yəni hicab məsələsinə hücum etməkdə hansı məqsədləri güdməsindən danışdı.

Həzrət Ayətullah Xamenei düşmənlərin hicab məsələsinə mənfi təsir göstərmək üçün apardıqları irimiqyaslı təbliğatlar və başgicəlləndirici xərclərdən danışaraq dedi: “Bu qədər xərc çəkdilər, düşündülər, təbliğat apardılar, nəticəsi bu oldu ki, bir  neçə qız aldanaraq küncdə-bucaqda başının yaylığını açdı. Bütün səyləri bu kiçik nəticə ilə tamamlandı. Bu elə də problem deyil. Ancaq hiss edirəm ki, məcburi hicab fikri bəzi böyük şəxsiyyətlər tərəfindən səsələndirilir”.

O əlavə etdi: “Aralarında jurnalistlər, ziyalıyabənzərlər və əmmaməli axundların da olduğu bu dəstə düşmənin ölkəyə sərf etdiyi o qədər xərcə baxmayaraq, bacara bilmədiyi xətti izləyir. İnşallah ki, bu işləri bilməzlikdən irəli gəlir”.

İslam İnqilabının Rəhbəri İmam Rahilin qadınların hicabı ilə bağlı göstərişinin bütün qadınlara aid olmadığını deyənlərin iddialarını inkar edərək vurğuladı: “Bu, səhv sözdür. Çünki biz həmin vaxt olmuşuq və xəbərimiz var ki, dahi İmam pəhləvilər və onların ardıcılları tərəfindən ölkədə rəvac verilmiş bütün haram əməllər kimi bu aşkar haram qarşısında da dağ kimi möhkəm dayandı və bəyan etdi ki, hicab olmalıdır”.

O əlavə etdi: “İslam dövlətinin öz evində naməhrəm qarşısında hicabsız gəzən adamla işi yoxdur. Ancaq küçədə və hər kəsin gözləri önündə görülən iş əslində, ümumi iş və təlim xarakteri daşıyır; bu isə, İslama əsaslanan dövlət qarşısında vəzifə müəyyən edir”.

Həzrət Ayətullah Xamenei dedi: “Haram işin böyük və kiçiyi yoxdur. Şəritdə haram olan iş aşkarda edilməməlidir. Çünki İslamın qanunvericisi aşkar harama mane olmağı hökumət üzərinə vəzifə qoymuşdur”.

O, “İcazə verilməlidir ki, insanlar hicabı özləri seçsin” deyən bəzi adamların fikrini rədd edərək dedi: “Bunu bütün ictimai günahlar haqqında demək olar. Məsələn, desinlər ki, alkaqollu içkilərin satışı sərbəst olsun, kim istəsə, içsin, kim istəməsə, içməsin. Bu fikir düz fikirdirmi?”

Həzrət Ayətullah Xamenei vurğuladı ki, biz iranlı qadının hicabı ilə qürur duyuruq. İranlı qadın İslam hicabı və İran çadrası ilə evdar və həyat yoldaşı olmaqla yanaşı ən üstün elmi və mədəni dərəcələrə yüksəlməyi və effektiv sosial iştiraka nail olmağı bacarmışdır: “Qərb mədəniyyətinə yanlış və səhv meyl yaratmaq üçün bəzi adamların qanunların ətrafına dövrə vurmaq istəyi böyük bir xətadır”.

O, eyni kontekstdə demoqrafiik və təhsil siyasətləri sahəsində atılmış bəzi yanlış addımları tənqid edərək dedi: “İslam siyasətlərinə zidd olan istənilən addımın qarşısı alınmalıdır. Aidiyyəti şəxslər qanunları elə icra etməli və elə işləməlidirlər ki, düşmənlərin yox, İslamın hədəfləri təmin olunsun”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ilahi mədəniyyət İran xalqının müstəqilliyi və azadlığının zəmanətçisi və təminatçısıdır: “Laqeydlik və Qərb mədəniyyətinin qolu bağlı əsiri olmaq azadlıq deyil. Azadlıq özünüzün islami iman, fikir, mədəniyyət və meyarına sahib olmağınız və bunu davam etdirməyinizdir”.

Həzrət Ayətullah Xamenei qərblilər və Qərbin təqlidçilərinin çıxışlarında gender bərabərliyi adı altında təkrarlanan məsələyə toxunaraq belə bir sual ünvanladı: “Bu necə bərabərlikdir ki, özlərinin statistikalarına əsasən cinsi təcavüz və zorlama əmsalının ən çox olduğu, habelə ailələrdə kişilər tərəfindən qadınlara qarşı ən çox şiddət və zorakılıq edildiyi yer Avropa və Amerikadır?”

O vurğuladı ki, İslamda gender bərabərliyi qadına hörmət, onun təcavüzə məruz qalmaması, ailədə qadına qarşı zorakılıq göstərilməsinin qarşısının alınmasıdır: “Nəyin şiddət və zorakılıq olub-olmadığını başa düşmək üçün Qərbin yox, İslamın fikir və məntiqindən istifadə etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri sonra məddahlara bir neçə tövsiyə ünvanladı.

O, İran dövləti və xalqına qarşı yönəlmiş mənfur düşmənçiliklərə işarə edərək Əhli-beyt (ə) məddahlarının bu düşmənçiliklər qarşısında mühüm mediyaçılar olduğunu dedi: “Öz ağır vəzifənizi dinləyicilərin məlumatı, rasionallığı və imanını artırmaqla, siyasi məlumatlandırma aparmaqla, İslam davranışı və əxlaqına rəvac verməklə, milli birlik, qardaşlıq və  mehribanlığa əsaslanaraq yerinə yetirin”.

Həzrət Ayətullah Xamenei çıxışının son hissəini ABŞ və Avropa rəsmilərinin İranın regionda gedən proseslərdəki iştirakına qarşı olduqlarını ifadə edən fikirlərini cavablandırmağa həsr etdi.

O dedi: “ABŞ özü hər yerdə fitnə-fəsad törətdiyi halda, mütəmadi olaraq İranın regionda baş verən proseslərdəki iştirakı ilə bağlı şübhə yaradır. Məgər Regionda baş verən proseslərdə iştirak etmək üçün ABŞ-dan icazə almalıyıq?”

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Biz regionda gedən proseslərdə iştirak etmək üçün region dövlətləri ilə müzakirə aparmalıyıq ya sizinlə?”

İranla onun regionda baş verən proseslərdə iştirakını müzakirə etmək istəyən Avropa rəsmilərinə cavab verərkən Ali Rəhbər yenidən həmin məsələni vurğuladı: “Bu məsələnin sizə nə aidiyyatı var? Bu region bizim regiondur ya sizin? Siz bizim regiondan nə iş görürsünüz?  Biz region xalqları ilə qərar qəbul edirik, qərar qəbul etmişik də, uğur qazanmışıq, daha da böyük uğur qazanacağıq. Bu siyasi məsələlərdən xalqın xəbəri olmalıdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /