Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fəhlələr İnqilab və Müqəddəs müdafiə prosesində səhnədə olmuşlar

İslam İnqilabının Ali Rəhbərinin 16 bəhmən 1396-cı il tarixində (5 fevral 2018) keçirilmiş “Fəhlə camiəsinin 14 min şəhidi” adlı konfransın təşkilatçıları ilə keçirdiyi görüş zamanı verdiyi bəyanatlar bu gün səhər konfransın keçirildiyi məkanda yayımlandı.

Həzrət Ayətullah Xamenei görüş zamanı qeyd etdi ki, ölkənin hər yerində şəhidlərin xatirəsinin uca tutulması ilahi lütf və iradə sayəsində şəhidlərin kölgəsinin daim İranın üzərində olmasının göstəricisidir: “Bəzi təbəqələrin, o cümlədən fəhlə sinfinin şəhidlərinə ehtiram göstərilməsi əlavə dəyərdir. Çünki İnqilab zamanı gedən bütün proseslərdə, quplaşmalara qarşı mübarizədə və Müqəddəs müdafiə hərəkatında qeyrətli və ayıq fəhlələr səhnədə olmuşlar”.

O, fəhlə və zəhmətkeşləri İslam Respublikasına qarşı təhrik edən İnqilab əleyhdarlarının arzusunun puça çıxmasına işarə edərək dedi: “Düşmənlərin əsas işlərindən biri fəhlələri zavod və fabriklərdə durğunluq yaratmağa təhrik və vadar etmək olmuşdur. Ancaq fəhlə və zəhmətkeşlər bu illər ərzində daim ayıqlıq, qətiyyət və dindarlıqla müqavimət göstərərək düşmənin əlini geri itələmişlər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, fəhlə və zəhmətkeşlərin Müqəddəs müdafiə sahəsindəki mühüm iştirakı onların dini qeyrət və təəssübkeşliklərinin başqa bir cəhəti idi: “Böyük İmam hər dəfə çağırış etdikdə hətta axşam çörəkləri və həyatları gündəlik gəlirlərdən asılı olan gənc və mömin fəhlələr də könüllü olaraq cəbhələrə yollanır, məntiq və dəlilləri də bu olurdu ki: “Getməli, ölkənin və İslamın sərhədlərini müdafiə etməliyik. Çünki düşmən qalib gəlsə, nəinki çörəyimiz, ümumiyyətlə, heç nəyimiz olmaz”.

O, konfrans təşkilatçılarına effektiv işlər görməyi və formal işlərdən uzaq durmağı tövsiyə etdi.

 


 Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /