İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsi mərasimi keçirildi.
Xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın, habelə dövlət rəsmilərindən bir qrupunun iştirak etdiyi bu mərasimdə çıxışı edən Höccətül-İslam vəl-müslimin Seyyid Əhməd Xatəmi mürtəceliyin daxili və xarici amilləri və təzahürlərindən danışaraq dedi: “İrtica cahiliyyə baxışlarına, dəyərlərinə və davranışlarına qayıdışdır. Əgər cəmiyyət irticaya uğrasa, bütün dəyərlər məhv olar”.
Məclisin məruzəçisi Fatimiyyə günlərinin ibrətamiz əhəmiyyətini vurğulayaraq dedi: “Həzrət Fatimeyi-Zəhra (s.ə) dərin mənalı “Fədəkiyyə” xütbəsində mürtəceliyin təhlükəsini vurğulayaraq irticanın bir çox bəlaların faktoru olduğunu dedi. Buna görə də hər kəs bu təhlükədən ehtiyatlı olmalıdır”.
Mərasimdə çıxış edən cənab Səmavati o xanımın müsbitələrindən danışaraq mərsiyələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir