İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi.
Xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın, habelə dövlət rəsmilərindən bir qrupunun iştirak etdiyi bu mərasimdə çıxışı edən Höccətül-İslam vəl-müslimin Rəfii dedi: “Quranın ayələri, məsumların (ə) kəlamları, habelə müsəlman və qeyri-müsəlman alimlərin əsərlərində Həzrət Zəhranın (s.ə) üstün keyfiyyətləri ilə bağlı mühüm nüanslar qeyd edilmişdir”.
Bəndəlik, şücaət, ədəb, insaf və insanlarla xoş davranışın Həzrət Fatimənin (s.ə) üstün və nümunəvi xüsusiyyətlərindən olduğunu deyən məclisin sözçüsü “ilahi rəhbərlik”in müdafiəsi uğrunda o xanımın atdığı addımlara işarə edərək dedi: “Həzrət Siddiqey-Kubra (s.ə) Həzrət Əmirül-mömininin imaməti və ilahi rəhbərliyini müdafiə etmək üçün canı və abrından keçdi. Bizim şəhidlərimiz də o böyük xanımın həyat tərzini örnək götürərək canlarını dinin müdafiəsi uğrunda fəda edirlər”.
Mərasimdə çıxış edən cənab Məhəmmədrza Tahiri o xanımın müsbitələrindən danışaraq mərsiyələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir