Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əzəmətli İran xalqı! Əzminiz və bəsirətiniz böyük hadisə yaratdı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əziz İran xalqına ümumrespublika yürüş qəhrəmanlığı münasibəti ilə müraciət ünvanladı.

İnqilabın Ali Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz və əzəmətli İran xalqı! Sizin bu günkü əzminiz və bəsirətiniz böyük və göz qamaşdıran bir hadisə yaratdı. Dəqiq hesablayıcıların rəyinə əsasən, sizin bu ilki yürüşünüzün əzəməti əvvəlki illərlə müqayisədə daha izdihamlı və daha coşqulu idi. Bu yürüş yadlar, düşmənlər və əhdinə sadiq olmayanlara qətiyyətli və tutarlı bir cavab idi. Düşmən İran və iranlı ilə bağlı olan qüsurlu və yanlış təsəvvürünə əsaslanaraq bütün təbliğat imkanlarını və cəhdlərini bu ilki 22 bəhməni süstləşdirmək və özünə qarşı yönələn bir hadisəyə çevirmək üçün səfrəbər etdi. Siz İnqilabın diri və dinamik olduğunu əməli şəkildə onlara nümayiş etdirdiniz, İmam Rahilin ideyalarına bağlı olduğunuzu şüarlarınız, coşqulu iştirakınız və uca səsinizlə hayqıraraq bəyan etdiniz.

İran xalqının heybəti düşməni geri itələyəcək və millətin sarsılmaz əzmi onların yanlış hesablamalarını bir-birinə vuracaq. Ölkənin məsul şəxsləri bu misilsiz fenomenin qədrini bilsinlər; tam əzmkarlıq, inqilabçı ruhiyyəsi və mübariz fəaliyyətləri ilə əziz xalqın xidmətində dayanaraq İnqilab ideyalarını müdafiə etsinlər. Gələcək oyaq və ayıq xalqındır. Biz rəhbərlər xalqdan geri qalmamağa çalışmalıyıq. Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz!

Allahın salamı və bərəkəti üzərinizə olsun

22 bəhmən 1396
Seyyid Əli Xamenei

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /