Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın məqsədi regiondakı varlığına don geyindirməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər “Fiqhin xaric dərsi” mühazirəsində Əfqanıstanda baş vermiş son terror hadisələri zamanı qətlə yetirilmiş günahsız insanlara görə dərindən təəssüf hissi keçirdiyini bildirdi: “ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana yönəltməkdə məqsədi regiondakı varlığını davam etdirməsinə don geyindirmək və sionist rejimin təhlükəsizliyini təmin etməkdir”.

Həzrət Ayətullah Xamenei son aylar Əfqanıstanda törədilən hadisələr zamanı İŞİD-in yüzlərlə insana qarşı törətdiyi terror faktlarına toxunaraq dedi: “İŞİD-i yaradıb onu insanlara qarşı zülm və cinayət aləti kimi Suriya və İraqa yerləşdirən əllər bu gün sözügedən regionlarda məğlubiyyətə uğradıqdan sonra İŞİD-i Əfqanıstana köçürmək niyyətindədir. Son qırğınlar, əslində, həmin planın başlandığını göstərir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “ABŞ-ın himayə etdiyi terrorçular üçün şiə və sünninin fərqi yoxdur. Şiə və sünni olmasından asılı olmayaraq, sivil əhali onların hədəfidir”.

O, bildirdi ki, region xalqlarının başlarını özlərinə qatmaq amerikalıların birinci dərəcəli siyasətidir: “ABŞ-in istədiyi budur ki, region xoş gün görməsin, region dövlətləri və xalqlarının başı özlərinə qarışsın və imperializmin mənfur subyekti olan sionizmə qarşı mübarizə fikrinə düşməsinlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ-ın növbəti hədəfi regiondakı varlığına don geyindirmək üçün qarışıqlıq yaratmaqdır: “Əfqanıstandakı qarışıqlıqların əsl subyektləri amerikalılar özləridir. İyirmi il bundan öncə sözügedən regionda məzhəb adına törədilən qırğınlar, birbaşa və ya dolayısı ilə ABŞ-ın əlaltıları tərəfindən həyata keçirilirdi. İndi də qarışıqlıq yaradaraq öz varlıqlarını təmin etmək, siyasi və iqtisadi məqsədlərini həyata keçirmək niyyətindədirlər”.

İslam İnqilabının Rəhbəri dedi: “Allahın lənəti olsun müsəlmanları bu cür məhv edən imperializmə və onu əlaltılarına, cinayətkar və mənfur ABŞ və sionizm rejiminə”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /