Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Tələbə gənclər müasir dövrün gözləntilərinə hazır olmalıdırlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının qurultayına ünvanladığı müraciətdə vurğulayıb: “Tələbə gənc müasir dövrü tanımalı, baş verən prosesləri bilməli və özünü ona hazırlamalıdır”.

İslam İnqilabının Rəhbərinin müraciətini, Höccətül-İslam vəl-muslimin Cavad Ejeyi bu gün səhər Vyana şəhərində yerləşən İmam Əli (ə) adına İslami Mərkəzdə oxunmuşdur

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz tələbə gənclər!

Müasir dövr və dünyada baş verən proseslər gənclər üçün keçmişdə bənzəri olmayan və ya bilinməyən gözləntilər ortaya çıxarır. Gənc tələbə baş verən dəyişiklikləri və gözləntiləri düzgün tanımalı və özünü hazırlamalıdır. Tələbələrin İslami Assosiasiyalar İttifaqı və onun dini atmosferi sizə bu məsələdə yardımçı ola bilər. Önəmli məsələ odur ki, vəzifə borcunuzu Allaha xatir və şövqlə yerinə yetirəsiniz. Əgər buna müvəffəq olsanız, Allahın hidayəti yardımınıza gələcək inşallah. Uca Allahdan hər birinizə səadət diləyirəm.

Seyyid Əli Xamenei
24 yanvar 2018

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

700 /