Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Rəhbər faciədə həlak olanların yaxınlarına başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei neft tankerinin şəxsi heyətinin ürək dağlayan acı faciəsi ilə bağlı başsağlığı verdi.

İslam İnqilabının Ali Rəhbərinin başsağlığı müraciətinin tam mətni:

Allahın adı ilə

Neft tankerində yanğın baş verməsi və ardınca da tankerin suda batması nəticəsində tankerin işçi heyətinin həlak olması həqiqətən, ağır və üzücü hadisədir. Bu ürək dağlayan acı faciədə həyatlarını itirmiş o əziz insanların ailələri və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, Allah-taaladan onların qəmli ürəklərinə təsəlli və sakitlik bəxş etməsini diləyirəm. O əziz insanlar vəzifələrini yerinə yetirərkən və vətənə xidmət edərkən həlak olublar. Bəlkə də bu, kədərin acısını azalda, qəmli ürəklərə sakitlik bəxş edə biləcək böyük bir fəxrdir. Allah-taaladan onlara rəhmət və bağışlanma, yaxınlarına isə səbr və əcr diləyirəm".

Seyyid Əli Xamenei
14 yanvar 2018

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /