Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar) Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri və Malik Əştər festivalının seçilmişləri ilə görüşdə düşmənlərin millət və İslam dövləti ilə olan daimi düşmənçiliklərinə işarə edərək vurğuladı ki, bu düşmənçiliklərə qarşı mübarizə Silahlı Qüvvələrin müqaviməti və günbəgün artmaqda olan imkanlarının gücləndirilməsi ilə şərtlənir: “Bu gün xalqın düşmən qarşısındakı sarsılmazlığını qoruyub saxlamaq üçün Silahlı Qüvvələrin fikri, əməli, əzmkarlıq və iradə baxımından ən yaxşı kadrlara ehtiyacı var”.
İslam İnqilabının Rəhbəri Malik Əştər festivalını təşkili etməklə Silahlı Qüvvələrin kadrlar sahəsindəki proqressiv fəaliyyətinin dərinləşdirilməsindən məmnun qaldığını dedi: “Uğurlarda irəliləyiş dayanmadan irəliyə doğru fəaliyyətin davamlılığı ilə şərtlənir. Buna görə də üzərinizə vəzifə və məsuliyyət düşən hər bir sahədə dayanmadan, davamlı olaraq işləyib çalışın”.
O, festivalın möminlərin əmiri Həzrət Əlinin (ə) dostları və komandirlərindən olan cənab Malik Əştərin adı ilə adlandırılmasının didaktik səciyyə daşıdığını dedi: “Malik Əştər bəsirət və düz yolu tanımaq, sarsılmaz əzmkarlıq, məsuliyyət hissi və mübarizəyə hazırlıq, komandirlik gücü və cəsarəti, eyni zamanda mənəviyyat, ibadət, təqva və təvazödə üstün şəxsiyyət və nümunədir. Başqaları ilə müqayisədə Silahlı Qüvvələrin komandirləri bu ali xüsusiyyət və ruhiyyələri özlərindən daha çox gücləndirməlidirlər”.
Ali Baş Komandandan əvvəl çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqiri müqavimət cəbhəsinin strateji və qürurverici qələbələri münasibəti ilə təbrikini çatdırdıqdan sonra dedi: “VIII Malik Əştər Mərkəzi Festivalında Silahlı Qüvvələrin uğur qazanmış dəstələrinin komandirləri və məsul şəxslərindən 52 nəfəri təqdim və təltif edildi”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir