Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şəhidlərin xatirəsinin unutdurulmasına imkan vermək olmaz

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin 30 mehr 1396-cı il (22 oktaybr 2017) tarixində “Qərbi Azərbaycan əyalətinin 12 min şəhidi” adlı konfransının təşkilatçıları ilə görüşündə verdiyi bəyanatlar bu gün səhər Urmiyada, konfransın keçirildiyi məkanda yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə şəhidlərin xatirəsi, adı və ruhiyyəsinin əbədiləşdirilməsinin əhəmiyyətinə işarə edərək dedi: “Bizim son əsrlər tariximizin ən üstün şəxsiyyətləri və parlaq simaları ölkənin və İnqilabın müdafiəsinə tələsmiş fədakar gənclərdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, fədakar kişilərin meyydanda olmadıqları vaxt ölkə zillətdə, böyük və cəsur kişilərin səhnəyə çıxdıqları Müqəddəs müdafiə dövrü kimi zamanlarda isə ölkənin başı uca, alnı açıq olmuşdur: “Bəzi yalançı təqdimatlar və şişirtmələr nəticəsində şəhidlərin xatirəsinin unudulması və arxaikləşməsinə imkan vermək olmaz. Şəhidlər konfransı kimi fəaliyyətlər bu cür plan və zəhərli hərəkətlərə qarşı antidotdur”.

Qərbi Azərbaycan əyalətinin əhalisinin İnqilabın qələbəsinin ilk günlərindən düşmənlərlə mübarizədə fədakarcasına iştirakını yüksək qiymətləndirən Ali Məqamlı Rəhbər əyalətin şəhid Bakiri, mərhum Zəkiyani, mərhum Qazi Xızrı və Ayətullah Həsəni kimi bəzi görkəmli və mücahid şəxsiyyətlərinin xatirəsini əziz tutaraq dedi: “Qərbi Azərbaycan əhalisinin mübarizə meydanı və Sərdəştə kimyəvi bomba atılması kimi ağır və qəribə hadisələr zamanı göstərdiyi səbr və dözüm bu əyalətin əhalisinin böyüklüyünü göstərir”.

Həzrət Ayətullah Xamenei Qərbi Azərbaycanın mənəvi xüsusiyyətləri və üstünlüklərinin iranlılara tanıtdırılmasının zəruri olduğunu vurğulayaraq dedi: “Bu əyalət tanıtdırlarakən adətən, onun turizm əhəmiyyətli mövqeləri və ya problem və çətinlikləri qabardılır. Halbuki Qərbi Azərbaycan fitnə və faciələr qarşısında qəhrəmancasına müqavimət göstərmişdir. Bu əzəmət və şücaət də ölkə əhalisinə göstərilib tanıtdırılmalıdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /