Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Humanitar elmlərin dini əsaslarla əlaqələndirilməsinin şərtləri

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bu gün səhər Qum şəhərində 1 xordad 1396-cı il (22 may 2017) tarixində baş tutmuş “Quran və Humanitar Elmlər” adlı konfransın təşkilatçıları ilə elə konfransın təşkil edildiyi məkanda keçirdiyi görüşdə ünvanladığı bəyanatlar yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə Qurani-Kərimə müraciət edilməsinin, habelə müxtəlif nəzəri, əməli, siyasi, ictimai, o cümlədən humanitar elmlərin mühüm mövzuları ilə bağlı mövcud olan müxtəlif problemlərə cavab tapılmasının son dərəcə zəruri olduğunu dedi: “Dünyada bəzi humanitar elm sahələrinə aid olub tarixi bir neçə yüz il əvvələ gedib çıxan araşdırma və tənqidlər mövcuddur. Humanitar elm sahələrinə giriş, onun qeyri-dini və ya anti-dini ixtisaslardan ayrılması, Quran və mənəvi mənşə ilə əlaqələndirilməsinin zəruri şərti dünyada aparılmış işlər və əldə edilmiş nailiyyətlərə tam vaqif olmaqdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, qrup şəklində tədqiqatlar aparmaq, habelə humanitar elmlərin İslam təlimləri istiqamətinə yönəldilməsi sahəsində araşdırmalar aparıb fəaliyyət göstərən müxtəlif qruplar və mərkəzlərin əməkdaşlıq etməsi zəruridir: “Yerli tədqiqatçılarla yanaşı, İslam dünyasının bəzi mütəfəkkirləri də İslam dininə əsaslanan humanitar elm sahələri ilə bağlı araşdırmalar aparırlar. Camiətül-Mustafa kimi mərkəzlər bu şəxsiyyətləri və onların əsərlərini müəyyən edərək beynəlxalq səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyətə zəmin yaratmalıdırlar”.

Elmi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılmasının zəruriliyini vurğulayan İnqilabın Rəhbəri “Quran və Humanitar Elmlər Konfransı”nda istiqamətləndirici və məzmunlu məqalələrin ərsəyə gələcəyinə ümidvar olduğunu bildirərək Qumun gənc və müasir düşüncəli alimlərinin bəzi əsər və ixtiralarının çox qiymətli, ümidverici, teoloji araşdırmalar sahəsində irəliyə doğru ümumi bir hərəkətin başlandığını müjdə verdiyini dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /