Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mömin gənclər İŞİD-i məhv etməklə ABŞ-ı diz çökdürdülər

Bu gün (çərşənbə) səhər ölkənin dörd bir tərəfindən gəlmiş minlərlə bəsici ilə görüşündə Bəsicin misilsiz və problemləri həll edən bir fenomen, eyni zamanda mərhum İmamın (r.ə) uğurlarından olduğunu deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İnqilabın hədəflərinin həyata keçirilməsi, İranın inkişafı və başıucalığına çalışmaq, buna şövq və maraq göstərmək mənasını ehtiva edən bəsici ruhiyyəsinin inkişaf etdirilməsinin zəruriliyini vurğuladı: “Düşmən regionda inqilab və İslam təfəkkürünə əsaslanan müqaviməti məhv etmək üçün öz düşmənçiliyini hər tərəfdən gücləndirmişdir. Amma mömin və əzmkar gənclər və kişilər İŞİD-in təkfirçi xərçəng şişini dəf etməklə düşmənləri diz çökdürüb “biz bacararıq” konsepsiyasını yenidən hər kəsə sübut etdilər”.

Bəsicin kompilyasiya və xalqın hər tək-təkinin, habelə fəal, mübariz və təşəbbüskar işçi qüvvəsinin potensialından istifadə mənasını ehtiva etdiyini deyən İslam İnqilabının Rəhbəri vurğuladı ki, əgər İslam İnqilabı Bəsicə malik olmasaydı, böyük bir çalışmazlıq və boşluqla üzləşmiş olacaqdı: “Bəsic Müqavimət Təşkilatı səmərəli bir kompleks kimi üzərində mühüm və həssas vəzifələr olan ümumxalq səfərbərliyinin bir simvoludur”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının bəşəriyyətə ünvanladığı yeni sözə işarə edrək dedi: “İslam İnqilabının yeni sözü bundan ibarətdir ki, insan cəmiyyətləri maddi və elmi inkişaflara nail olmaqla yanaşı Allahın razılığını qazana və ilahi dəyərləri qoruya bilərlər”.

İslam İnqilabının Rəhbəri bildirdi: “Belə bir cəmiyyətin reallaşması, maddi inkişaflara və yüksək mənəvi məqsədlərə nail olmaq üçün “olmalılar və olmazlar”a ehtiyac var. Ədalətsizlik, istibdad, sosial təbəqələr arasında məsafə, əməli və fikri deqradasiya və şəhvətlərə qərq olmaq olmazlara, ixlas, vəzifə hissi, səy, təlaş, mübarizə, zəhmət və Allahın razılığını qazanmaq isə olmalılara aiddir”.

Həzrət Ayətullah Xamenei əlavə eti: “Olmalılar və olmazları özündə cəmləşdirməyi bacaran struktur və çərçivə İslam Respublikası sistemi olmuşdur”.

O dedi: “İslam Respublikası Allahın yardım və hidayəti, mərhum İmamın ayıqlığı, zəkası və xalqın mübarizəsi sayəsində müsəlmanların arzuladığı İslamı siyasi bir sistem çərçivəsində reallaşdıra və əsas təməli qoya bildi”.

İslam İnqilabının Rəhbəri bildirdi: “Təbii ki, bu siyasi sistemin öz yüksək məqsədlərinə çatmasına çox var hələ. Amma bu məqsədlərə nail olmaq - səhnədə olmaq, qərarlı və iradəli işçi qüvvəsinə əsaslanmaqla şərtlənir”.

O vurğuladı: “Əgər işçi qüvvəsinin hər bir fərdi Bəsicin hərəkət, məqsəd və metodunu özünün müxtəlif meydanlardakı səy və fəaliyyətlərinin bazasına çevirərsə, deməli, ölkə vətəndaşlarının hər tək-təki bəsicidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bəsic Müqavimət Qüvvələrinin əsas vəzifəsi bundan ibarətdir ki, İslam Respublikasının yüksək məqsədlərinə nail olmaq üçün xalqın, xüsusilə gənclərin potensialları, iradə və təşəbbüsləri ilə sinxronluq və qarşılıqlı təsir əlaqəsi yaratsın. Nəticədə, biz də müxtəlif sahələrdə əhalinin milyonlarla fərdinin quruculuq, istehsal və inkişaf hərəkatının şahidi olaq”.

İnqilabın Rəhbəri çıxışının başqa bir yerində düşmənlərin ardı-arası kəsilməyən planlarının davam etdiyinə işarə edərək düşmən sözünün işlədilməsi və təkrar edilməsindən narahatlıq hiss keçirən insanları tənqid etdi: “Bu qafil insanlar fərqində deyillər ki, əgər düşmən macal tapsa, zərbə endirmək üçün heç tərəddüd etməyəcək. Buna görə də rasional və əbədi bir prinsipə əsaslanaraq düşmənlərin təsəvvüründə iranlıların sıralarında zəiflik yaranması xülyasının meydana gəlməsinə səbəb olan, onu zərbə endirməyə həvəsləndirən, düşmənçilik davranışlarını kəskinləşdirən davranış, soz və mövqe sərgilmək olmaz”.

Həzrət Ayətullah Xamenei Qurani-Kərimin ayələrinə istinad edərək Allah yolunda müqavimət göstərməyin həm axirət savabı, həm də dünyəvi mükafata, yəni izzət, iqtidar və inkişafa səbəb olduğunu dedi: “İslam Respublikası 38 ildir ki, imperializm, sionizm və irtica düşmənçilikləri ilə qarşı-qarşıya idi. Ancaq bu gün İnqilabın əvəvlki illərindən yüzlər, bəlkə də minlər dəfə artıq mütərəqqi və qüdrətlidir. Bu da müqavimət və əzmkarlığın dünyəvi mükafatının mənasıdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ölkə reallıqlarının düzgün analizi zəruridir: “Bəzi etiqadsızlıq və etinasızlıqlara əsaslanıb İslam İnqilabı və dövlətinin zəiflədiyini təsəvvür etmək olmaz. Çünki İnqilabın elə ilk günündən mömin gənclərin gözəl, cazibədar və mübarək hərəkatı ilə yanaşı bu problemlərin də olması həmişəkindən daha parlaq olan bir reallıqdır”.

O qeyd etdi ki, ölkənin gənc və mömin nəslinin İmamı, İnqilabı və Müqəddəs Müdafiə dövrünü görmədiyi halda, regionda effektiv rol ifa etməsi İslam İnqilabının möcüzələrindəndir: “Siz gənclər imperialist Amerikanı diz çökdürüb məğlub edə bilmisiniz”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, İŞİD adlı xərçəng şişinin məhv və dəf edilməsinin əsl amili bəsici hissi və ruhiyyəsidir: “Düşmənlər çalışdılar ki, bu qeyri-insani təkfirçi qruplaşma vasitəsilə Müqavimət hərəkatına qarşı bir hərəkat yaratsınlar. Lakin mömin gənclər şövq və həvəslə mübarizə meydanına atılıb düşməni diz çökdürdülər”.

İslam İnqilabının Rəhbəri məyusluq ayəsi oxuyaraq qüdrətlər qarşısında ehtiyat etməyi və çəkincəkliyi təbliğ edənləri tənqid etdi: “ABŞ, sionizm və irticanın regionla bağlı bir neçə ardıcıl layihəsi İslam Respublikasının iqtidarı sayəsində məhv oldu. Onlardan biri İŞİD idi. Məgər bu, “Biz bacarırığ”ın sübutu deiylmi? ”

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, mömin gənclər və kişilərin əzmkarlığı, habelə müqaviməti qəbul edən şəxslərin səyi və əzmkarlığı sayəsində bu qeyri-insani təkfirçi qruplaşmanın məhv edilməsi çox böyük bir işdir: “Bəzi qonşu ölkələrdə də İŞİD-in məhv ediləcəyi gücünə inam yox idi. Ancaq meydana daxil olduqda qələbəni öz gözləri ilə gördülər, İslam İnqilabının ismarışına, yəni “Biz bacararıq” mesajına inandılar. Yeri gəlmişkən, İnqilab da öz nəfis və həlledici mesajlarını əməl meydanında xalqlara belə çatdırır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bəsici ruhiyyəsi, yəni motivasiya, şövq və səy bütün elmi, iqtisadi, sənaye və mədəni sahələrin ehtiyac duyduğu faktordur: “Bütün ölkə üzrə Bəsic üzvü olmayıb, ancaq potensial bəsici olan milyonlarla insan var. Müxtəlif sahələrdə çoxlu işlər görmək üçün bu qeyri-adi potensialdan istifadə etmək lazımdır”.

O bildirdi ki, Bəsici qorumaq Bəsicin mühüm xüsusiyyətlərini, o cümlədən bəsirət və düşməntanıma xüsusiyyətlərini qorumaqla şərtlənir: “Gənclər düşmənlərin fərdi, ailə və sosial sferalara dair müxtəlif hiylələrini öyrənərək həmin metodları sıradan çıxarmalıdırlar”.

İslam İnqilabının Rəhbəri dedi ki, gəncləri ümidsizləşdirmək və “Biz bacarmarıq” fikrini təlqin etmək yadların mühüm metodlarındandır: “Təəssüflər olsun ki, bir qrup insan ölkə daxilində düşmənə ruporluq edərək xalqın və dövlətin bacarıqlarını əyani şəkildə sübuta yetirən çoxlu sayda nümunələri görməzdən gəlirlər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, asılı və avtoritar şahlıq sisteminin devrilməsi, İslam dövlətinin iknkişaf və qüdrət amilləri və komponentlərinin yaradılması, xalqların fikir və düşüncələrinə nüfuz etmək bacarığı İran xalqının çoxsaylı bacarıq nümunələrindəndir: “Bundan sonra da Allahın lütfü ilə İslam İnqilabı gənc və mömin nəslə arxalanaraq bütün hədəflərini həyata keçirmək istiqamətindəki fəaliyyətini davam etdirəcək”.

O İran xalqının “Biz bacararıq” istiqamətindəki əyani və təkrarlanan təcrübələrindən söz açaraq dedi: “Biz bacararıq” anlayışı sırf etiqadi məsələ deyil. İran xalqı dəfələrlə onu öz gözləri ilə görüb bütün varlığı ilə dərk edib”.

İslam İnqilabının Rəhbəri mübarizə və qətiyyətliliyin tərəqqinin ən mühüm və vacib şərt və amillərindən olduğunu dedi: “Allahın qələbə vədinin reallaşması üçün daxilinizi, ətraf mühiti və aidiyyatı komponentləri sabit saxlamalısınız”.

Həzrət Ayətullah Xamenei İnqilabın müxtəlif iqtisadi, ictimai, elmi, siyasi və mədəni sahələrə dair hədəflərinə işarə edərək vurğuladı: “Allahın lütfü ilə əziz İran yaxın gələcəkdə bütün bu hədəflərinə nail olacaq və gənc nəsil iqtisadi problemləri həll edəcək, elmi nailiyyətləri artıracaq, mədəni və qurani məzmun və konsepsiyaları cəmiyyətdə reallaşdıracaq”.

İslam İnqilabının Rəhbəri düşmənlər qarşısında ayıq olmağı bir daha tövsiyə etdi: “Mömin və təşəbbüskar qüvvələr düşmənlərin hiylələri və yeni metodlarına hazır olsunlar, uyğun cavablar və önləmlərlə öz vəzifələrinə əməl etsinlər”.

O çıxışının sonunda dedi: “Allah-taaladan istəyim budur ki, İraq və Suriyada mömincəsinə meydana atılmış əziz şəhidlərin pak ruhlarını öz övliyaları ilə məhşur etsin”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Sepahın baş komandanı general-mayor Məhəmmədəli Cəfəri təkfirçi terrorçuların məhv olması, ABŞ-ın regiondakı proseslərdən kənarlaşdırılması, asılı və mürtəce rejimlərin yetərsizliyi məsələsinə toxunaraq dedi: “Bu gün dost və düşmən yaxşı bilir ki, artıq sionist rejim etina ediləcək bir təhdid səviyyəsində deyil, hər bir yeni müharibə bu rejimin siyasi coğrafiyadan silinib getməsi ilə nəticələnəcək”.

Sepahın komandanı qeyd etdi ki. Bəsicin hazırki prioriteti məişət problemlərinə qalib gəlməsi üçün xalqa yardım göstərməkdir: “Böhran vəziyyətində olan insanlara yardım göstərmək üçün yardım və xilasetmə işlərində effektiv iştirak etmək və məhəllələrin təhlükəsizliyini gücləndirmək Bəsicin ən mühüm prioritetlərindəndir ”.

Bəsic Təşkilatının rəhbəri genral Qulamhüseyn Qeybpərvər bu təşkilatın proqramları və strategiyaları haqqında məlumat verdi: “Höcəcilər kimi yeni inqilabçı və mömin nəslin yetişməsi İslam İnqilabının bərəkəti sayəsində Bəsicin dünyanın müsəlman və məzlum xalqları üçün bir nümunə olacağını müjdələyir”.

Görüşün əvvəlində Bəsicin müxtəlif təbəqələrindən olan nümayəndələri və fəal üzvlərindən bir neçəsi göstərdikləri fəaliyyətlər və baxış bucaqlarından danışdılar.

Tibb üzrə fəlsfə doktoru Həsən İsmayıl, Kinorejissor Əbülqasım Talibi, neyrocərrah Cəlil Ərəbxerədmənd, Cüdo pəhləvanı Məsud Həsənzadə, Kimya üzrə fəlsəfə doktoru Əli Qəffari, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Səid Sufizadə, Qadın və ailə məsələləri üzrə aktivist Mərziyyə İzzətivəzifəxah aşağıda qeyd edilən məvzular üzrə çıxış etdilər:

- Təmir-bərpa işləri üzrə Ali Şuranın yaradılması və qurumların Bəsicin Təmir-bərpa şöbəsinin imkanlarından istifadə zərurəti ilə bağlı təklif;

- Diqqət və qayğıdan kənarda qalmış sərhəd rayonlarına diqqət ayrılması və cihad qruplarının fəaliyyətinin himayə edilməsi zərurəti;

- İncəsənət sahəsində bəsici mədəniyyətinin gücləndirilməsi və bəsici sənətkarların əhalinin problemlərinə xüsusi diqqət ayırması zərurəti;

- Diqqət və qayğıdan kənarda qalmış regionlarda tibbi xidmətlərin imkanlarının artırılması;

- Qeyri-fəal şöbələri fəallaşıdrmaq məqsədilə sənaye şəhərciklərində cihad qruplarının gücləndirilməsi;

- Bəsici mühəndislərini mübariz iştirakı ilə strateji kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılması və təsərrüfatçıların təlimatlandırılması üçün proqram işlənib hazırlanması.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /