Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ərbəin cihad və şəhadət ruhunun vüsət almasının göstəricisidir

Bu gün (bazar ertəsi) səhər Şərqi Azərbaycan və Qum əyalətlərinin səlahiyyətli şəxsləri və mədəni fəalları ilə görüşü zamanı əzəmətli və heyrətamiz Ərbəin yürüşünü yüksək qiymətləndirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei zəvvarların ziyarətinin qəbul olunması ilə bağlı dua və arzularını səsləndirdikdən sonra bu mərasimin təşkilatçılarına təşəkkür və minnətdarlığını bildirdi.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, böyük Ərbəin yürüşü Allah yolunda mübarizə və cihad ruhunun bütün İslam dünyasına yayılmasının, habelə şəhadətə hazır olmanın göstəricisidir: “Terrorizm təhdidlərinin olmasına baxmayaraq, dünyanın müxtəlif nöqtələrindən olan bu böyük insan cəmiyyətinin iştirakı böyük bir hadisədir; Allah yolunda mübarizə, bu yolda ümumi və ictimai hazırlıq təfəkkürünün yüksələdiyini göstərir”.

Ərbəin yürüşünün misilsiz və sözlə ifadə edilə bilməyəcək İlahi və mənəvi bir hadisə olduğunu deyən İslam İnqilabının Rəhbəri bu əzəmətli hərəkatın təşkilatçılarına təşəkkür etdi: “Bu əzəmətli hərəkatın keçirilməsi üçün lazım olan bütün vasitələri təmin etmiş İraq hökumətinə, Həzrət Əbaəbdillahın (ə) zəvvarlarını bu cür ixlasla və sevinclə qəbul edən İraq xalqına, İraqın mübariz gənclərinə, Həşd Şabiyə və mərasimin təhlükəsizliyini təmin edən heyətə, Nəcəfi-Əşrəf və Kərbəlayi-Müəlla ziyarətgahlarının məsul şəxslərinə səmimi qəlbdən təşəkkür edir və onlara ilahi bərəkətlər diləyirik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /