Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bütün dövlət qurumları zərərçəkənlərin köməyinə tələsməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin qərbində baş vermiş, əziz həmvətənlərimizdən bir qrupunun həyatını itirməsi və yaralanması ilə nəticələnmiş dəhşətli zəlzələ ilə əlaqədar olaraq, İran xalqına, özəlliklə də Kirmanşah ostanının əhalisinə başsağlığı müraciəti etmişdir. Müraciətdə vurğulanır: “Ölkənin bütün dövlət və hərbi qurumları əzm və imkanlarını səfərbər edərək zərərçəkənlərin köməyinə tələsməlidir”.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Ölkənin qərbində baş verərək güclü dağıntılara yol açmış zəlzələ nəticəsində əziz həmvətənlərimizdən bir qrupunun həyatını itirdiyi və çoxlu sayda insanın yaralandığı barədə xəbəri böyük kədər və təəssüf hissi ilə aldım. Rəsmilərin borcu elə ilk saatlardaca bütün əzm və imkanlarını səfərbər edərək xəsarət alanların, xüsusilə də dağıntılar altında qalmış insanların köməyinə tələsmək, bütün mövcud imkanlardan dərhal istifadə edərək insan tələfatının artmasının qarşısını almaqdır. Ordu, Keşikçi Korpus və Bəsic nizamlı və operativ surətdə dağıntıların aradan qaldırılması və yaralıların köçürülməsinə yardım etməli, hərbi və qeyri-hərbi profilli dövlət strukturlarının hamısı zəlzələdən zərər çəkmiş ailələrə dəstək olmaq üçün bütün imkanlarını ortaya qoymalıdırlar. Öz növbəmdə mən də bütün İran xalqına, xüsusilə də Kirmanşah ostanının əziz əhalisinə, zəlzələ nəticəsində yaxınlarını itirmiş insanlara bu faciəli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verir, Allah-taaladan acizanə surətdə diləyirəm ki, xalqımızın səbir və dözümünü daha da artırsın, üzləşdiyi bu kədər və müsibəti onun üçün ilahi lütf və mərhəmət mənbəyi etsin. Bu faciəli hadisənin yükünü hansısa formada yüngülləşdirmək, xəsarətin yerini doldurmaq imkanı olan hər kəsdən zərərçəkənlərin yardımına tələsmələrini xahiş edirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun.

Seyid Əli Xamenei
22 aban 1396

 


 Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /