Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Xomeyni (r.ə) adına hüseyniyədə əza mərasimi keçirildi

Həzrət Əba Əbdillah Hüseynin (ə) və onun sadiq səhabələrinin şəhadətinin 40-cı günü İmam Xomeyni (r.ə) adına hüseyniyə qapılarını ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinə açdı. Müxtəlif universitetlərin tələbə və müəllimləri Ali Məqamlı Rəhbərlə birgə əzadarlıq etdilər.

Mərasim zamanı tələbələr qarşısında qısaca çıxış edən Ali Məqamlı Rəhbər izdihamlı və emosional bir əza mərasimi olan Ərbəin mərasimini dəyərləndirərkən aşağıdakıları vurğuladı: “Bu toplantılar hamıda möhkəm və qırılmaz əzm yaratmalıdır. Bu yolda daim sabitqədəm olmağımız, qarşıya çıxan problem və çətinliklərin təsiri altına düşməməyimiz çox önəmlidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allah yolunda, haqq-ədalətin bərpası, ideal İslam cəmiyyəti və sivilizasiyasına çatmaq uğrunda çalışmaq çox çətindir, bu yol eniş-yoxuşlarla doludur, lakin İslam İnqilabının bu günə qədər qət etdiyi yola, həmçinin qarşıdakı üfüqlərə baxanda tamamilə ümidverici, uğurlu və xoş aqibətin müjdəçisi olan nişanələr görürük”.

Mərasimin əvvəlində Höccətül-İslam vəl-muslimin Pənahiyan “Allahın övliyasına yardm etmək” məfhumunun mənasını açıqlayaraq bunun çox dərin və böyük bir anlayış olduğunu bildirdi. O dedi: “Allaha iman və təqva məhz Onun övliyasına yardım etməkdə özünü göstərir”.

O, Ərbəin ziyarətini insanların Allahın övliyasına olan sevgisinin zirvəsi adlandıraraq dedi: “Ərbəin yürüşü yeni bir mədəniyyət yaratdı. Haqqın güclənməsinə yol açan bu yürüş insanların sevgi və imanının təzahürüdür”.

Höccətül-İslam Pənahiyan möhtəşəm Ərbəin yürüşü ilə bağlı aşağıdakıları da qeyd etdi: “Ərbəin yürüşü mədəniyyəti sosial həyatımızın bütün sferalarında və mədəni məhsullarda öz əksini tapmalıdır”.

Mərasimdə cənab Meysəm Müti növhə və mərsiyələr oxudu.

Mərasimin sonunda tələbələr Ali Məqamlı Rəhbərin imaməti ilə zöhr və əsr namazlarını qıldılar.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /