Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İraqın son qələbələrinin sirri vəhdət və möminlərə dəstəkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər İraqın baş naziri cənab Heydər əl-İbadi ilə görüşündə qeyd etdi ki, müxtəlif  qüvvələrin vəhdəti, dövlətin xalq qüvvələri, mömin və cəsur gəncləri himayə etməsi terrorçular və onların himayədarlarına qarşı mübarizədə əldə edilmiş qələbələrin sirridir.

İraq hökumətinin vahid hakimiyyət və bu ölkənin ərazi bütövlüyünün müdafiəsi istiqamətində gördüyü işləri dəstəklədiyini bildirən Həzrət Ayətullah Xamenei İraqın Ərəb dünyasında mühüm və təyinedici bir dövlət olduğunu dedi.

O, İraq hökumətinin qonşu və region dövlətləri arasındakı əlaqələrin inkişafı üçün göstərdiyi səyləri dəstəklədiyini dedi: “Eyni halda amerikalıların hiyləsindən ehtiyatlı olun və onlara əsla güvənməyin”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İŞİD-i amerikalılar özləri yaradıb. Ancaq terrorçuların İraq hökuməti və xalqına məğlub olduğunu gördükdə, bu mühüm dəyişiklikdə sizinlə eyni mövqedə və sizinlə birlikdə olduqlarını göstərirlər. Əlbəttə, heç şübhəsiz, fürsət tapan kimi yenidən İraqa zərbə endirəcəklər”.

Tehranla Bağdadın müxtəlif sahələrdəki hərtərəfli əlaqələrinin inkişafını dəstəklədiyini deyən İslam İnqilabının Rəhbəri, cənab Heydər əl-İbadiyə xitabən dedi: “Region xalqlarının İraqın uğurlarına diqqəti İraq xalqının, sizin və İraqın digər rəsmilərinin zəhmət və cəsarətlərinin nəticəsidir”.

Prezidentin birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə İraqın baş naziri İraq xalqı və gənclərinin vəhdət və dövlətin ərazi bütövlüyünün qorunması üçün göstərdikləri səylərə işarə edərək dedi: “İraqın vəhdət və birliyinin tam diqqətlə qoruyuruq. Daha öncə də bölgədəki qardaşlarımıza bildirdiyimiz kimi, bölünmə təhlükəsinin ölkəmizi təhdid etməsinə imkan vermərik”.

Cənab Heydər əl-İbadi terrorçularla mübarizədə İraqa göstərdiyi səmimi dəstəklərə görə İrana təşəkkürünü bildirdi: “İran İslam Respublikası ilə olan əlaqələrin genişləndirilməsi üçün tam istəklə səy və fəaliyyət göstəririk”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /