Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş Aşura axşamı mərasimi

İmam Hüseynə həsr edilmiş Aşura axşamı, yəni Alul-lahın hüzn və matəm axaşamı Həzrət Əba Əbdillaha (ə) sevgisi olan minlərlə insan İmam Xomeyni (r.ə) adına hüseyniyyəyə toplaşdı və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə matəm keçirdilər.

Mərasim çıxışında “Yaxşıya çağırış və pisdən çəkindirmə” prinsipinin Allahın ən gözəl və ən humanist bir qanunu olduğunu deyən Höccətül-İslam Ali günahın cəmiyyət üzərində qoyduğu ziyanlı təsirləri, onların qarşısının alınması zərurəti və qadağan edilmiş davranışların adiləşməsindən danışdı: “Hədislərdə digər vacib əməllər Yaxşıya çağırış və pisdən çəkindirmək prinsipi qarşısında dərya ilə müqayisədə bir damlaya bənzədilmişdir. Çünki bu vacib əmrin düzgün və tədbirli icrası cəmiyyəti tənəzzül və iflasa uğramaqdan xilas edir, nemət və bərəkətin enməsinə səbəb olur”.

Bu mərasimdə Kərimi və Ayinəçi cənabları Həzrət Seyyidüşşühədanın (ə) və Haşim övladlarının möhtərəm xanımı Həzrət Zeynəb-Kübranın (s.ə) müsibətlərindən danışıb mərsiyyə və növhə oxudular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /