İslam İnqilabının Ali Məqamlı Rəhbəri, dövlət rəsmiləri və minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Seyyid Əhməd Xatəmi çıxışı zamanı dini müdafiə və onun yolunda fədakarlıq göstərilməsinin Həzrət Seyyidüşşühədanın (ə) qiyamının ən mühüm dərslərindən olduğunu dedi: “İmam Hüseyn (ə) öz tarixi hərəkatına tədbir, ayıqlıq, böyük əzmkarlıqla başladı. Bu yolunun sonunu və Allah yolunda şəhid olacağını bildiyi halda, Quranın və Peyğəmbər sünnəsinin hakimiyyətini öz məqsədi olaraq bəyan etdi və göstərdi ki, canını qorumaq bəhanəsi ilə Alah dininin müdafiəsində səhlənkarlığa yol vermək olmaz”.
Mərasimdə Mirzə Məhəmmədi və Ərzi cənabları şəhidlər ağası və onun məzlum övladlarının müsibətindən danışıb, növhə və mərsiyə oxudular.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir