İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (bazar ertəsi) səhər - elmi-teoloji mədrəsələrdə təhsil ilinin başlanması ərəfəsində Tehran əyalətinin Elmi-Teoloji Mərkəzinin bir qrup tələbə və alimlə üç saatlıq görüşü oldu. Bu görüşdə o, ruhanilərin əsas missiya və vəzifələrini yerinə yetirməsi üçün İslam sisteminin hakimiyyəti dövrünün malik olduğu imtiyaz və xüsusiyyətlərdən söz açaraq dedi: “Bu gün bəşəriyyət, xüsusilə gənc nəsillərin yeni sözlərə ehtiyacı var. İslamın insan, cəmiyyət və siyasət mövzusunda yeni və maraqlı sözləri vardır. Əgər onlar dünya ictimaiyyətinin qulağına çatdırılsa, mütləq, çoxlu qəbul edəni olacaqdır”.
Həzrət Ayətullah Xamenei gənc tələbələrlə görüşdən, onların gözəl və ümidverici çıxışlarını dinləməkdən məmnunluq hissi keçirdiyini dedi: “Siz gənc tələbələr imamət və vilayət bağının ucalan fidanları kimisiniz. Fikri tərəqqiləriniz və elmi potensiallarınızın artması sizi yetişdirənlərin heyrətinə, düşmənlərin isə qəzəblənməsinə səbəb olacaq”.
İslam İnqilabının Rəhbəri İslamın görkəmli yetirmələrinin kafirlərin qəzəbinə səbəb olduğunu ehtiva edən Quran ayəsinə işarə edərək dedi: “Əgər İslam və Quran hakimiyyətinin düşmənləri bizim varlığımızdan, qətiyyətimiz və hərəkətimizdən qəzəblənməsələr, onda faydalılığımıza şübhə etməliyik”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, ruhanilər peyğəmbərlərin vəzifə və missiyasının davamçılarıdır: “Peyğəmbərlər tövhid prinsipinə əsaslanan dünya görüşünün hakimiyyətdə olmasına və pak həyat şəraitinə zəmin yaratmaq üçün çalışdıqları kimi, ruhanilərin də ən mühüm vəzifəsi bu missiyanı yerinə yetirmək olmalıdır”.
Həzrət Ayətullah Xamenei dedi: “Peyğəmbərlərin düşmənləri olduğu kimi, pak həyat şəraiti qurmaq istəyənlərin də mütləq, düşmənləri olacaqdır. Buna görə ruhanilər özlərini zəhmət tələb edən, uzunmüddətli, eyni zamanda da effektiv, qalıcı və nəticəsi olan iş və fəaliyyətə hazırlasınlar ”.
O, İranda İslam dövlətinin təşkili və ruhanilərin öz vəzifələrinə əməl etməsi üçün bu dövrün malik olduğu imtiyazlara işarə edərək dedi: “Cəmiyyətə İslam mühitinin hakim olması, bu xüsusiyyətlərdən biridir. Bundan əlavə, qlobal səviyyədə marksizm və leninizm konsepsiyalarının nəticəsizlik məyusluğundan qaynaqlanan fikri boşluğun mövcudluğu İlsam konsepsiyasının yeni sözlərini təqdim etmək üçün zəmin yaratmışdır”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər İslamın insan, cəmiyyət və siyasətə aid olan yeni və maraqlı sözlərini dünya ictimaiyyətinin, xüsusilə gənc nəsillərin qulağına çatdıra bilsək, mütləq, qəbul ediləcəkdir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, virtual məkanın təşəkkülünə əsaslanan genişmiqyaslı media və kommunikasiya vasitələrinin mövcudluğu müasir dövrün İslamın həyatbəxş mesajını çatdırmaq üçün malik olduğu xüsusiyyətlərindən biridir: “Bu dövrün imtiyazlarından biri beyinlərdə yaranan sual və şübhələrin çoxluğudur. Sualların çoxluğu beyinləri onların cavablarını tapmaq üçün aktivləşdirir və elm sərhədlərini aşmaq üçün zəmin yaradır”.
O vurğuladı: “Sual və şübhələr qarşısında aciz qalmamağımız zəruri olduğu kimi, cavabları axtararkən dədoğru və məntiqi cavablar axtarmalıyıq”.
Həzrət Ayətullah Xamenei çıxışının bir yerində tələbələrin bu görüşdə səsləndirdikləri bəzi məsələlərə toxunaraq həmin məsələlərlə bağlı olan bəzi nüansları qeyd etdi.
İslam İnqilabının Rəhbəri tələbələrə elmi dərslərin və mübahisələrin ciddiyə alınmasını tövsiyə etdi: “Cəmiyyətə təsir göstərmək savadı artırmaq və elmi səviyyəni inkişaf etdiməklə şərtlənir. Dahi İmam kamil elmi səviyyəyə malik olduğu üçün böyük İnqilab hərəkatı vəmübarizəsində nəticə əldə edə bildi”.
O qeyd etdi ki, elmi-teoloji mərkəzlərdə islahat aparılması təklifləri onların elmi olması ilə şərtlənir: “Proqram əslində, məqsədə doğru yol çəkməkdir. Buna görə də gerçəklər əsasında tənzimlənməli, ehtimal edilən maneələr və həll yolları onda nəzərə alınıb proqnozlaşdırılmalıdır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, zəif cəhətlərin aradan qaldırılması və arzuolunan səviyəyə nail olmaq sarsılmaz əzmkarlıq, motivasiyalı hərəkət və mübarizə ilə şərtlənir: “Mübarizə çalışmaq və ciddi cəhd göstərmək, həmrəy və mütəşəkkil olmaq deməkdir”.
O vurğuladı ki, bəzi fərdlər və yazıçıların mübarizə və İslam İnqilabının başa çatması ilə bağlı gəldikləri qənaət yanlış və İnqilaba xəyanətdir: “İnqilab keçmiş normaları pozub yeni normalar yaradır. İnqilabın davamlılığının mənası yeni normaları qorumaqdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İnqilab normalarının qorunması və davam etdirilməsi çətindir və mübarizəyə ehtiyac var: “İnqilaba qarşı çıxan və sabotaj yaradan əllər İnqilab normalarının davamlılığına qarşı da eyni cür davranırlar. Ancaq İnqilabın qələbə çalmasının mübarizəyə ehtiyacı olduğu kimi, İnqilab normalarını möhkəmləndirmək və İslam cəmiyyəti yaratmaq üçün də eyni mübarizəyə ehtiyac var”.
İslam İnqilabının Rəhbəri sivilizasiya formalaşdırılması mərhələlərinə işarə edərək dedi: “İnqilabçı hərəkat əsasında İslam dövləti yarandı və şahidi olduğumuz çox mühüm uğurlar hasil oldu. Ancaq arzuolunan nöqtəyə çatmağa, İslam dövləti və İslam cəmiyyəti yaratmağa çox var hələ. Şübhəsiz ki, biz bu yolda hərəkətdə və inkişaf etməkdəyik”.
İslam İnqilabının Rəhbəri bütün gənc tələbələrə təqvalı olmağı, özünü qoruma, ibadət, Quran və dua ilə ünsiyyəti tövsiyə etdi: “Bilin ki, bu yolun dil təbliğatından çox əməli təbliğata ehtiyacı var. Öncə özünüzdən başlamalısınız”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda vurğuladı: “Əgər dərslər, elmi mübahisələr və aktiv beyinlər təqva ilə birlikdə olsa, şübhəsiz ki, bizim ruhani adlanan elmi və dini cəmiyyətimizin gələcəyi bu günündən daha yaxşı olacaqdır”.
Görüşün əvvəlində Tehran Əyalətinin Elmi-Teoloji Mərkəzinin tələbələrindən bir neçəsi onları narahat edən məsələlərdən danışdı:
- Fiqhin xaric dərsi ixtisası üzrə təhsil alan tələbə Höccətül-İslam vəl-müslimin Hüseyn Həlvaiyan
- “Qiyamət”tələbə dərgisinin baş redaktoru Höccətül-İslam vəl-müslimin Ümid Feşəndi
- Tələbələrin Əllamə Hilli Konfransının mükafatçısı Höccətül-İslam vəl-müslimin Mustafa Cəlali
- Elmi-Teoloji mərkəzlərdə ayıqlığın artırılması tədbirlərinin katibi Höccətül-İslam vəl-müslimin Seyyid Məhəmmədkazım Musəvifər
- Hüquq üzrə doktorant Höccətül-İslam vəl-müslimin Məhəmməd Əbdüssaleh Şahnuş
- Doqquzuncu baza təhsili pilləsinin tələbəsi Höccətül-İslam vəl-müslimin Məhəmməd Sadiqzadə
- Uşaq və Gənclər üzrə Mədəniyət və Təbliğat fəaliyyətinin aktiv üzvü Höccətül-İslam vəl-müslimin Məhəmmədrza Fəğani
- Cihad qruplarının təsisçisi Höccətül-İslam vəl-müslimin Məhəmmədhüseyn Əfşari
- Elmi-Teoloji Mərkəzlərin Administrasiya Mərkəzinin böyük tədqiqatçısı Xədicə Əhmədi
- Tədqiqatçı və ikinci səviyyə üzrə tələbə Rizvan Qurbani Bavəriyani
- Doktorant Süməyyə Əhmədi
- 7 kitabın müəllifi Fatimə Əhmədi
Çıxışçıların səsləndirdikləri mövzular:
- Tələbələrin xalqla hakimiyyət arasında əlaqələndirici halqa rolunu ifa etməsinin zəruriliyi
- Elmi-Teoloji mərkəzlərdə dini elm hasil etmək və inqilabçı davranmaq zəruruəti
- Elmi-Teoloji mərkəzlərin inqilabdan təcrid edilməsinə qarşı antidod olaraq Həzrət İmamın (r.ə) elmi və əməli məktəbini diriltmək
- Cəmiyyətin, xüsusilə yeni sosial, iqtisadi, xarici siyasət və mədəniyyət məsələləri ilə bağlı problemlərini həll etmək üçün teoloji mərkəzlərin dinamik olmasının zərurəti
- Elmi-Teoloji mərkəzlərdə keçirilən dərslərin mövzularının cəmiyyətin indiki ehtiyaclarına uyğunlaşdırılmasının zəruriliyi
- Sosial patologiyaların həlli yolunu tapmaq üçün elmi-teoloji mərkəzlərin ictimai təşkilatlarla əməkdaşlıq etməsinin zəruriliyi
- Məhsuldar qüvvələrin öyrənilib elmi-teoloji mərkəzlərə cəlb edilməsinin zəruriliyi
- Virtual məkanın tərk edilməsinin tənqidi və İran İslam dəyərləri və normalarını ehtiva edən virtual məkan fiqhinin yaradılması zərurəti
- Uşaq və yeniyetmələrin yaş qruplarında təhsil və təbliğata diqqət və bu yaş qruplarına uyğun dini mətnlərin hazırlanmasının zəruriliyi
- Elmi-Teoloji mərkəzlərdə mədəni mühəndislik və cihadçı qərargahın təsis edilməsi zərurəti
- Şübhələrə elmi cavablar vermək üçün tələbələr hazırlanmasının zərurəti
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir