Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əziz şəhid Höcəci hamının gözü önündə Allahın höccəti oldu

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Yəzd və Həmədan əyalətlərinin mədəniyyət işləri üzrə bir qrup məsul şəxsi və fəalları ilə görüşdü. Bu görüş zamanı gənc nəsildə inqilabçı ruhiyyəsinin gücləndirilməsinin zəruri olduğunu vurğulayan İnqilabın Rəhbəri qeyd etdi ki, Şəhid Höcəci İnqilab yetirmələrinin parlaq nümunəsidir: “Mədəniyyət sahəsinin məsul şəxsləri müxtəlif mühitlərdə inqilab hərəkatını və ruhiyyəsini gücləndirməyə və himayə etməyə borcludurlar”.

Həzrət Ayətullah Xamenei bu görüşdə qeyd etdi ki, müasir dünyada gənc nəslin doğru yoldan sapması üçün çoxlu sayda zəminlər yaradılmışdır: “Bu zərərli təbliğatlar və azdırıcı səslər qarşısında gəncləri doğru yola yönəltmək və yetişdirmək üçün böyük potensiallar vardır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Şəhid Höcəci islamçı və inqilabçı yetirmələrin parlaq bir nümunəsidir: “Əziz Şəhid Höcəci təhrikedici audio və video pəncərələrin çox olduğu bir dünyada elə parladı ki, Allah onu hamının gözləri önündə höccət etdi”.

O vurğuladı ki, düşmənə qarşı mübarizə meydanlarında iştirak etmək gənclərin çox böyük isətkləridir: “Bu gün gənclərin çoxu yüksək əhval-ruhiyyə və inanılmaz imanla özlərinin həyatları , ailələri və rahatlıqlarından keçmək, sevvgi ilə cihad etmək, düşmənlə mübarizədə dəyərləri qorumaq istəyindədirlər. Bu yeni və qiymətli yetirmələrin qədrini bilmək lazımdır”.

İnqilab və mübarizlik ruhiyyəsinin gücləndirilməsinin mədəniyyət sahəsinin məsul şəxslərinin ən mühüm vəzifəsi olduğunu deyən Həzrət Ayətullah Xamenei onlara xitab edərək dedi: “Bütün səylərinizi gənclərin dini və inqilabi tərbiyəsinə sərf etməlisiniz. Bilin ki, əxlaq da inqilabçı və dini ruhiyyənin gücləndirilməsi, mübarizə hərəkatı və Allah yolunda mübarizə aparmaq istəyi ilə birlikdə yaranıb əbədiləşir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Məsul şəxslər xoşbəxtlikdən gənclər arasında mövcud olan İnqilab qüvvəsinin irimiqyaslı fəaliyyətini gücləndirməli, İnqilab hərəkatını zəiflədəcək, İnqilaba zidd olan hərəkatın mədəni, akademik və dini təbliğat mühitlərindəki fəaliyyətini gücləndirəcək şəkildə davranmamalıdırlar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /