Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məhkəmə hüquq və azadlıqların müdafiəsində bayraqdar olmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Məhkəmə hakimiyyətinin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşdü. Bu orqanın xüsusi və çox yüksək mövqe və səlahiyyətlərə malik olduğunu, ölkənin makro idarəçiliyinə təsir göstərdiyini qeyd edən Ali Məqamlı Rəhbər bildirdi ki, Məhkəmə hakimiyyətinin bütün sahələrində təkmilləşdirici baxışın olması zəruridir: “Məhkəmə hakimiyyəti cəmiyyətdə ictimai hüququn bayraqdarı olmalı, lazım gələn hər sahədə insanlaırn hüquqlarını tam gücü ilə müdafiə etməli, müxaliflər və qanun pzuntusuna yol verənlərə qarşı mübarizə aparmalıdır”.

Məhkəmə hakimiyyətinin proqramları və fəaliyyətlərində təkmilləşdirici və mübarizəçi baxışın olmasının zəruririliyini vurğulayan Həzrət Ayətullah Xamenei bu orqanın yüksək qanuni mövqeyə malik olduğunu, qalan iki orqana, eyni zamanda ölkənin ümumi məsələlərinə təsir göstərdiyini dedi: “Konstitusiyada bildirilir ki, qanunların gözəl şəkildə icrasına, habelə işlərin gözəl şəkildə yerinə yetirilməsinə nəzarət Məhkəmə hakimiyyətinin vəzifəsidir. Bu iki mühüm vəzifənin məsuliyyəti sözügedən orqanın iki əsas qolu olan İnzibati Ədalət Məhkəməsi və Dövlət Baş Təftişat İdarəsinin üzərinə düşür”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, Məhkəmə hakimiyyəti qanuni imkanlarından istifadə etməlidir: “İctimai hüququn bərpası və müdafiəsi, xalqın qanuni azadlıqlarının müdafiə edilməsi Məhkəmə hakimiyyətinin mühüm vəzifələrindəndir. Bu qurum həmin məsələlərdə bayraqdar olmalı, harada olmasından asılı olmayaraq, ictimai hüquqa müxalif və qarşı olanlara qarşı mübarizə aparmalıdır”.

O vurğuladı ki, seçkilər, tozlu hava və təqaüdlər problemi kimi mövzular xalqın hüquqlarının qorunması sahəsində zəruri olan məsələlərdəndir: “Əlbəttə, təqaüdlər mövzusu doğru-düzgün təqib edilməyib və yerinə yetirilməsi lazım olan işlər həyata keçirilməyib”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Məhkəmə hakimiyyətinin sədrinin Milli Təhlükəsizlik Ali Şurası, Mədəni İnqilab Ali Şurası və Kiberməkan Ali Şurası kimi yüksək konvesiyalardakı iştirakı bu orqanın digər qanuni imkanlarındandır: “Ayətullah Amuli Laricani yüksək elmi potensialı və şəxsiyyəti sayəsində bu konvensiyalara böyük təsir göstərə bilər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, beynəlxalq problemlərin hüquqi cəhətdən araşdırılıb təqib edilməsi də çox mühüm əhəmiyyət daşıyır: “Məhkəmə hakimiyyəti sanksiyalar, amerikalıların müsadirələri, terrorizm, habelə dünyanın Şeyx Zəkzaki kimi haqsızılığa məruz qalmış şəxsiyyətlərinin, Mianmar və Kəşmir müsəlmanlarının müdafiəsi məsələlərinə hüquqi müstəvidən daxil olmalı, müdafiə və etiraz mövqeyini qətiyyətlə elan etməlidir ki, dünyada öz əksini tapsın”.

O, sosial patalogiyalar məsələsindəki həlledici rol oynamağın da Məhkəmə hakimiyyətinin vəzifələrindən olduğunu dedi.

İslam İnqilabının Rəhbəri çıxışının davamında qeyd etdi ki, məhkəmə sisteminə aid fəaliyyətlərin inkişafı və Məhkəmə hakimiyyətinin ictimaiyyətdə xilasedici, ümidverici və rahatlıqverici bir konpleks kimi qəbul etdirilməsi qanun pozuntularına qarşı ciddi mübarizə ilə şərtlənir. O, qanun pozuntularını aşkarlayıb, onunla mübarizə aparmaq məqsədilə ayrı-ayrı şəhərlərə göndərilmiş anonim və tanınmayan inspektorların ezam edilməsini yüksək qiymətləndirdi: “Təftişatları bacardıqca artırın və Məhkəmə orqanını da daxildən islah edin”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, qanun pozuntularına yol verənlərlə mübarizə və onların cəzalandırılması, eyni zamanda onların ailə üzvləri və yaxınlarının abır və heysiyyətlərinin qorunması vacibdir: “Əlbəttə, dövlətin heysiyyəti təhlükə altında olduğu vaxt İslam dövlətinin abır və heysiyyətinin qorunması daha mühüm və prioritetdir. Çünki insanlar problemləri görür və fərqinə varırlar. Məhkəmə orqanının məhkəmə qanunlarını pozanlara qarşı mübarizə aparmaması təəssüratı yaradılmamalıdır”.

Ədalətli və dürüst hakimlərin stimullaşdırılmasının qanun pozucularına qarşı mübarizə və onların cəzalandırılması prosesinin təkmilləşdiricisi olduğunu deyən İnqilabın Rəhbəri məhkəmə işçilərinə səslənərək dedi: “Allahdan qorxan, elmli və obyktiv qərar qəbul edən ədalətli, cəsur, qətiyyətli, münsif və işgüzar hakimləri məhşurlaşdırıb cəmiyyətə tanıtdırmaq lazımdır”.

İslam İnqilabı Rəhbərinin toxunduğu məsələlərdən biri də yaxşı işlərə çağıran və piş işlərdən çəkindirənlərin hüquqları məsələsi oldu: “Bəziləri tez-tez vurğulayırlar ki, konstitusiyanın bəzi maddələri həyata keçirilmir. Ancaq onlar deyəsən konstitusiyanın səkkizinci maddəsi olan yaxşıya dəvət və pisdən çəkindirmək prinsipini konstitusiyanın tərkib hissələrindən hesab etmir və bu vacib əmri diqqətdən qaçırırlar”.

O, yaxşıya çağıranları sözdə və əməldə dəstəklədiyini qeyd edərək bu işin Məhkəmə orqanının vəzifəsi olduğunu dedi.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ümumi təlimat məsələsi və əhaliyə onların hüquqlarının öyrədilməsi sahəsində cəlbedici metodlardan istifadə edilməsi zəruridir.

O, çılxışının sonunda ilahi nemətlərin qorunmasının zəruri olduğunu dedi: “Gənclər, İslam Respublikası, Məhkəmə hakimiyyəti və onun imkanları, xalqın İslam İnqilabı və İslam dövlətinə qarşı bağlılığı, sevgisi və itaətkarlığı Allahın ən böyük nemətlərindəndir. Hamı bu nemələrin əldən çıxmaması və onlardan maksimum drəcədə istifadə edilməsində diqqətli olmalıdır”.

İslam İnqilabının Rəhbəri bu görüşün əvvəlində İslam Respublikasının Məhkəmə hakimiyyətinin memari olmuş Şəhid Ayətullah Behiştinin şxsiyyətini yüksək qiymətləndirdi: “Şəhid Behiştinin adı Məhkəmə orqanı ilə çulğalaşıb. Çünki o, xalis niyyət, strateji düşüncə və İslam Respublikasında Məhkəmə orqanın yeni binasının əsasını qoymaq fikri ilə bu orqana daixl olmuş, elmi biliyi və təkmilləşdirici baxışı ilə az müddət ərzində layiqli xidmətlər göstərmişdir”.

İnqilabdan sonrakı illər ərzində Məhkəmə hakimiyyətinin başçısı olmuş böyük şəxsiyyətlərə işarə edən Həzrət Ayətullah Xamenei Ayətullah Amuli Laricaninin böyük bir şəxsiyyət, yüksək elmi, əməli, mənəvi və fikri üstünlüklərə malik bir şəxsiyyət olduğunu dedi. O, Ayətullah Laricani və Məhkəmə orqanının məsul işçilərinə çəkdiklərə zəhmətlərə görə təşəkkürünü bildirdi: “Son illər Məhkəmə orqanında mühüm və qiymətli işlər görülmüşdür. Effektiv təbliğat metodlarından istifadə edib bu fəaliyyətlər haqqında cəmiyyətə məlumat verilməlidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Məhkəmə Hakimiyyətinin sədri bu orqanın xidmətləri və fəaliyyətləri haqıqnda məlumat verdi.

Ayətullah Amuli Laricanı İnqilab Rəhbərinin keçən il Məhkəmə orqanının məsul şəxslərinə verdiyi tövsiyələrə işarə edərək dedi: “Məhkəmə orqanının daxilindəki korrupsiya və qanun pozuntularına qarşı mübarizə, hakimlərin fəaliyyətlərinə ciddi nəzarət, IV Məhkəmə inkişafı proqramıın təsdiqi və təbliği, məhbusların təşkilatlandırılması proqramının təbliği, onların sayının 5% azaldılması, ixtisaslaşmış qüvvələrin yetişdirilməsi, effektiv məhkəmə layihələrinin hazırlanması, Məhkəmə orqanının fəaliyyətlərinin mediada öz əksini tapması, xalqa hüquq və məhkəmə sistemi ilə bağlı təlimlər təklif edilməsi, İran İslam Respublikasının insan hüquqları ilə bağlı nailiyyətlərinin bəyan edilməsi, İslamın İnsan Hüquqları sisteminin bərqərar edilməsi üçün göstərilən səylər son bir ildə bu orqanın həyata keçirdiyi proqram və fəaliyyətlərdəndir”.

Məhkəmə hakimiyyətinin sədri keçən il ərzində məhkəmə sisteminə 15 milyon müraciət daxil olduğunu qeyd etdi: “Müqavimət iqtisadiyyatı siyasətlərinin təqib edilməsi proqramının məcəllələşdirilməsi, iqtisadi korrupsiya ilə mübarizə və iqtisadi təhlükəsizliyin təmini, insan resurslarının və habelə hakimlərin sayının artırılması, yeni texnologiyaların artırılması və tədqiqata əhəmiyyət verilməsi Məhkəmə orqanının fəaliyyətlərindəndir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /