Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün sionizmlə mübarizə bütün İslam dünyasına vacibdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq dövlət məmurları, xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə bayram görüşündə qeyd etdi ki, İslam dünyasının ən böyük problemi və ona vurulmuş ən böyük yara ixtilaf və təfriqədir. O, habelə İslam düşmənlərinin ixtilaf odunun alovlandırılmasında oynadığı rola işarə edərək dedi: “Vəhdət və habelə təfriqədən qorunmaq bütün İslam ölkələrinin xeyrinədir. İslam dünyasının birinci dərəcəli problemi kimi Fələstin problemi ətrafında həmrəylik göstərməklə onun əhəmiyyətinin azaldılması və ya unutdurulmasının qarşısı alınmalıdır”.

Hər kəsi mübarək Fitr bayramı münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei ixtilaf yaratmaq üçün düşmənlərin etnik, dini və ərazi bəhanələrindən istifadə etdiyinə işarə edərək dedi: “Əsl İslamla və İslamn ölkələri ilə düşmən olduqları halda, bir ABŞ senatorunun şiələrə qarşı sünilərə dəstək verməsi hiylə və xəbislikdən başqa bir şey deyil. Bu məsələ ciddi narahatlıq və diqqət tələb edir. Ancaq təəssüflər olsun ki, İslam dövlətlərinin məsul şəxsləri bu düşmənçilikləri diqqətdən qaçırırlar”.

İslam İnqilabının Rəhbəri İslam dünyasının Yəmən, Suriya, İraq və Şimali Afrika kimi müxtəlif regionlarında mövcud olan qanlı münaqişələrə işarə edərək vurğuladı: “Təfriqə və ixtilaf İslamın və İslam ümmətinin zərərinədir. Buna görə də İslam ölkələrinin yaxınlaşması və bir-birlərinə qarşı güc göstərməkdən çəkinməsi İlahi hikmətə uyğun olaraq İslam ölkələrinin xeyrinədir”.

O bildirdi ki, Fələstin xalqını müdafiə məqsədi daşıyan Qüds günü yürüşü və İran xalqının Tehranda və ölkənin ayrı-ayrı şəhərlərindəki böyük və izdihamlı iştirakı İslam vəhdətinin qürurverici nümunəsidir: “İslam vəhdətinin mənası şiə əhalisinin oruc-oruc belə bir təntənə və coşqu ilə küçələrə çıxaraq sünni fələstinlilərlə həmrəy və həmdərd olduğunu nümayiş etdirməsidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Fələstin probleminin əhəmiyyətinin azaldılması və ya unutdurulması böyük təhlükədir: “Fələstin İslam dünyasının birinci dərəcəli problemidir. Ancaq bəzi İslam ölkələri Fələstin probleminin görməzdən gəlinməsinə və unudulmasına səbəb olacaq şəkildə davranırlar”.

İslam İnqilabının Rəhbəri Fələstin İslam ölkəsinin qəsb edilməsi, bir millətin öz evindən və torpaqlarından qovulub çıxarılması məsələsinə toxunaraq dedi: “İslam fiqhinə əsasən İslam torpaqlarının düşmənin tərəfindən təcavüz edilməsinə cavab olaraq bütün müsəlmanlar mümkün olduğu qədər cihad və mübarizəyə qalxmağa borcludurlar. Bu səbəbdən də sionizm rejiminə qarşı mübarizəyə qalxmaq bütün İslam dünyasına vacibdir”.

Bəzi İslam ölkələrinin bu mübarizədən boyun qaçırdıqlarını tənqid edən İnqilabın Rəhbəri İran xalqının öz vəzifəsini yerinə yetirməkdə ayıq və oyaq olduğunu dedi: “İslam dünyasının vəhdət və kualisiyaya ehtiyacı var. Müsəlman xalqları əsasən, bir-birləri ilə həmrəydirlər. Sadəcə hökumətlər öz vəzifələrinə əməl etməlidirlər”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən cənab Ruhani seçki və siyasi rəqabət dövrünün başa çatdığına işarə edərək dedi: “İndi rəqabət təkcə xalqa xidmət etmək, qanunları həyata keçirmək, yüksək milli məqsədlərə nail olmaq üçün olmalıdır. İstehsalı daha da yaxşılaşdırmaq və işsizlik problemini aradan qaldırmaq üçün birləşməli və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin tövsiyələrinə əməl etməliyik”.

Prezident Tehranda baş vermiş son terror hadisələrinə toxunaraq dedi: “Terrorçular qarşısında cəsarətlə dayanıb milli birliyi qoruyan bütün İran xalqına, habelə ölkə üçün strateji silahlar düzəldən və bu silahlardan düşmənə qarşı istifadə edən insanlara təşəkkür edirik”.

Cənab Ruhani qeyd etdi ki, İslam Respublikası terrorçulara cavab olaraq ölkənin müdafiə gücünün kiçik bir hissəsini üzə çıxardı: “Silahlı Qüvvələr, dövlət, xalq və hamı bir nəfər kimi İslam İnqilabı Rəhbərinin arxasında duraraq dünya qarşısındakı milli birliklərini və qüdrətlərini nümayiş etdirirlər”.

Cənab Ruhani xalqın Qüds günü yürüşündəki əzəmətli iştirakını yüksək qiymətləndirdi: “Xalqın Qüds günündəki yürüşü müsəlmanlara və fələstinlilərə ümid verir və sübut edir ki, işin sonu haqqın batil üzərində qələbəsi ilə nəticələnəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /