Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikalılara güvənməyin; Zərbə vurmaq üçün fürsət gözləyirlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Heydər Əli-İbadi və onunla birlikdə gəlmiş nümayəndə heyəti ilə görüşü zamanı İŞİD-lə mübarizədə İraqın bütün siyasi və dini cərəyanları arasında yaradılmış vəhdət və birliyi yüksək qiymətləndirdi. Xalq qüvvələrinin İraq üçün mühüm və mübarək bir hadisə, eyni zamanda güc amili olduğunu deyən İnqilabın Rəhbəri İraq torpağında vəhdətin qorunmasının zəruri olduğunu vurğuladı: “Amerikalılar qarşısında ayıq olmaq lazımdır, onlara qətiyyən güvənmək olmaz. Çünki ABŞ və onun kölələri İraqda müstəqillik, kimlik və vəhdətin olmasına qarşıdırlar”.

O, bir vaxtlar İŞİQ qüvvələrinin Bağdadın yaxınlıqlarına qədər irəlilədiyinə işarə edərək dedi: “İndi İŞİD İraqdan qaçıb oranı tərk etməkdədir. Bu heyranedici uğur İraqdakı daxili vəhdət və birliyin, habelə İraq hökumətinin İraqın gənc və mömin qüvvələrinə etimad etməkdə yürütdüyü düzgün siyasət və onların meydanda olmasının nəticəsidir”.

İslam İnqilabının Rəhbəri ABŞ və onun kölələrinin Həşdi-Şabi və ya xalq qüvvələrinə qarşı olmasına işarə edərək dedi: “Amerikalılar ona görə xalq qüvvələrinə qarşıdırlar ki, İraqın ən mühüm iqtidar amilindən məhrum olmasını istəyirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerikalılara qətiyyən güvənməyin. Çünki onlar öz zərbələrini endirmək üçün fürsət gözləyirlər”.

O bildirdi ki, İraqda bölünmə və ixtilaf yaranması ABŞ-ın zərbə endirmək üçün gözlədiyi fürsətdir: “Bu fürsət onlara verilməməlidir. Bundan əlavə, ABŞ qüvvələrinin İraqa təhsil və sair bəhanələrlə girməsinin də qarşısı alınmalıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, amerikalıların İŞİD-lə müxalif olması həqiqəti əks etdirmir: “Amerikalılar və ABŞ-a tabe olan bəzi region dövlətləri İŞİD-in kökünün tamamilə kəsilməsini və məhv edilməsini istəmirlər. Çünki İŞİD onların öz dəstəyi və pulu ilə yaradılmışdır. Onlar ovuclarının içində olan bir İŞİD-in İraqda qalmasını istəyirlər”.

İraq qüvvələrinin Suriya sərhədlərinə qədər gedib çıxmasını yüksək qiymələndirən Həzrət Ayətullah Xamenei bunun böyük bir strateji hərəkət olduğunu dedi və bunun qorunub saxlanmasını istədi.

O vurğuladı ki, İraqda vəhdət və birliyin qorunması zəruridir: “İran İslam Respublikası qonşu kimi, İraqın bir hissəsinin ayrılması üçün referendum keçirilməsini ehtiva edən bəzi zümzümələrə qarşıdır. Bu məsələyə qol qoyulmasının İraqın müstəqilliyi və kimliyinə zidd olduğunu hesab edir”.

İslam İnqilabının Rəhbəri İraqın maddi, insani və tarixi zənginliyinə işarə edərək dedi: “İraq belə bir tarixi, mədəni və milli kök və sivilizasiya ilə bölünməz qalmalıdır. Belə bir ölkənin haqqı öz ayaqları üzərind dayanmaq və İraqa qarşı olan insanlara qüdrətlə müqavimət göstərməkdir”.

İraq dövlətinin problemlərin öhdəsindən gələcəyinə ümidvar olduğunu deyən Həzrət Ayətullah Xamenei İraq xalqına daha yaxşı sabah arzuladı: “İraq dövləti bütün cəhətlərdən güclənməlidir. İraqdakı bütün dini və siyasi cərəyanların vəzifəsi möhkəmlənmiş dövləti himayə etməkdir”.

İran və İraq arasındakı qarşılıqlı əlaqələrə toxunan İnqilabın Rəhbəri müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu dedi: “Əlaqələrin genişləndirilməsi istiqamətində mövcud olan bəzi idari problemləri aşmaq və əməkdaşlıqların səviyyəsini mümkün qədər yüksəltmək lazımdır”.

Prezidentin birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə İŞİD-lə mübarizədə göstərdiyi dəstəklərə görə İran İslam Respulikasına təşəkkür edən baş nazir cənab Heydər Əl-İbadi bildirdi ki, bu görüşdən məqsədi iki ölkənin müxtəlif sahələrdəki əlaqələrini daha da genişləndirmək üçün danışıqlar aparmaqdır: “Bu gün İraq İŞİD-ə qarşı mübarizədə birdir, bütün siyasi və dini cərəyanlar İŞİD-in kökünü kəsənə qədər mübarizənin davam etdirilməsinin zəruriliyində yekdildirlər”.

İŞİD-in məhv edilməsinin mümkünlüyünü deyən nazir İranın dəstəklərinin davam etdirilməsinin zəruri olduğunu vurğuladı: “İŞİD-lə mübarizə, habelə ondan sonrakı sabitlik, sakitlik və yenidənqurma mərhələsində İran İslam Respublikasının yardımlarına ehtiyacımız var”.

İraqın baş naziri İran və İraq xalqları arasındakı mədəni və ictimai əlaqələrin tarixi köklərinə işarə edərək dedi: “Biz bütün sahələrdə İranla əlaqələrin genişləndirilməsini, habelə imamların məqbərələrinə səfər etmiş İran zəvvarlarına xidmətlərin səviyyəsinin daha da artırılmasını istəyir və İran zəvvarlarına xidmət göstərilməsini fəxr hesab edirik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /