İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra hökumət rəhbərləri, ölkənin məsul şəxsləri, dövlət işçiləri və idarə heyətinin bir qrup nümayəndəsi ilə görüşdü. İnqilabın Rəhbəri görüş zamanı bildirdi ki, bütün seçicilərin İslam dövlətinin seçki qutularına etimad göstərməsi 29 ordibehişt seçkilərinin ən mühüm reallığıdır. O, habelə vurğuladı ki, İranın inkişafı və dövlətin yüksəlişi üçün yeni iş və əməkdaşlıq mühitinin yardılması zəruridir: “Ölkəni düzgün idarə etmək, habelə imkanların və risklərin idarə edilməsi üçün təcrübələrdən istifadə etmək lazımdır. Bu təcrübələrin ən mühüm hissəsini milli birlik və Amerikaya güvənməmək təşkil edir. Təcrübələrlə yanaşı qərar kriteriyalarına da əsaslanmaq lazımdır. Bu kriteriyaların ən əsas hissəsini isə xalqın milli və inqilabi kimliyinə zidd olmayan həqiqi milli maraqların təmini təşkil edir”.
Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində qeyd etdi ki, mübarək Ramazan ayı Allah-taalanın dərgahına dua edib yalvarmaq və qəlbləri işıqlandırmaq üçün qiymətli və qızıl fürsətdir: “Ali məqsədlərə və istəklərə nail olmaq Allahla ünsiyyət, səmimi və mömincəsinə səylə şərtlənir. Əgər müsəlman və inqilabçı cəmiyyət Allah dərgahında dua edib yalvarmağı unutsa, zərbə alacaq”.
İslam İnqilabının Rəhbəri sonra günün aktual məsələlərindən olan 29 ordibehişt seçkilərindən danışdı: “Seçkilər böyük hadisə idi, İnqilabın gücünü və İslam dövlətinin xalqın qəlbinin dərinliklərinə nüfuz etdiyini göstərdi. Buna rəğmən, beynəlxalq xəbər agentlikləri özlərinin irihəcmli təbliğatlarında bu mühüm məsələyə heç yer vermirlər”.
O bildirdi ki, seçkilərdə iştirak edən bütün seçicilərin gördüyü qiymətli iş İslam dövlətinə etimadın ifadəsidir: “Kimə səs verilməsindən asılı olmayaraq, xalqın gördüyü birgə işin mahiyyəti ondan ibarət idi ki, onlar İslam Respublikasının səsvermə sisteminə, konstitusiya ilə müəyyən edilmiş böyük hərəkətə, yəni seçkilərə etimad göstərirlər”.
Həzrət Ayətullah Xamenei yanlış şərhləri ilə xalqı bölməyə çalışan bəzi fərdləri tənqid edərək dedi: “Dava-dalaş salmaqla və xalqı bölməklə millətin seçkilərdəki böyük işi zay edilməməlidir”.
O, İranın prezident seçkilərindən sonra sanksiyaların daha da gücləndirilməsi və düşmənçilik təbilinin əvvəlkindən daha bərk çalınması istiqamətində amerikalıların atdıqları həyasız addımlara işarə edərək dedi: “Bu düşmənçiliklərə cavab olaraq ortaq məqsədə, yəni ölkənin inkişafına və İslam Respublikasının yüksəldilməsinə nail olmaq üçün yeni əməkdaşlıq, iş və fəaliyyət mühiti yaradılmalı və hər kəs bu mühitdə ortaqlıq edib pay sahibi olmalıdır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, hədəf və məqsədləri həyata keçirmək və düşməni diz çökdürmək səy və müqavimətlə şərtlənir: “Hamı ölkənin məsul şəxslərinə yardım göstərməli, hökumət işçiləri də xalqın vəziyyətini nəzərə alaraq ayrı-ayrı sahələrdə qarşılıqlı əməkdaşlıq etməlidirlər”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Mənim dəyişməz prinsipim iqtidarda olan bütün hökumətlərə dəstək vermək olub, bundan sonra da belə olacaq”.
İslam İnqilabının Rəhbəri sonra əsas mətləbə, yəni ölkənin necə düzgün idarə edilməsi və doğru yolun yanlış yoldan necə ayırd edilməsi məsələsinə keçdi: “Ölkənin düzgün idarə edilməsi üçün birinci mərhələdə qərar vermə və qərar qəbul etmə kriteriyalarının müəyyən edilməsinə, sonrakı mərhələdə isə keçən 38 illik təcrübələrdən istifadə edilməsinə ehtiyac var”.
Həzrət Ayətullah Xamenei doğru qərar kriteriyalarını şərh edərkən milli maraqların əsas kriteriya olduğunu dedi: “Əlbəttə, milli maraqlar o zaman həqiqi milli maraqlar olur ki, İran xalqının milli və inqilabçı kimliyi ilə təzad təşkil etməsin”.
İslam İnqilabının Rəhbəri dedi: “Milli maraqlar milli kimliyə uyğunlaşdırılmalıdır, milli kimlik milli maraqlar adı altında irəli sürülən məsələlərə tabe edilməməlidir. Çünki həmin məsələlər əslində milli deyil, uydurma maraqlardır.”
Həzrət Ayətullah Xamenei çıxışının davamında milli kimlik anlayışına açıqlama gətirərək dedi: “İranın milli kimliyi üç komponent, yəni müsəlmançılıq, inqilabçılıq və tarixi dərinlik komponentləri əsasında formalaşır. Milli kimliyi tərif edərkən bu üç komponent diqqət mərkəzində saxlanmalıdır”.
O dedi: “Hər hansısa qərar İslama, inqilaba və İran xalqının tarixinə yadlaşmaq və ya onlarla ziddiyyət təşkil etmək nöqsanına malik olarsa, dövlətin icraedici, məhkəmə və qanunverici hakimiyyətinin hörmətli məsul şəxsləri, habelə böyük qərarlar qəbul edən bütün şəxslər onu qəbul emtəkdən çəkinsinlər”.
İslam İnqilabının Rəhbəri vuğuladı ki, milli maraqların mənası dünya ictimaiyyətinin əldə etdiyi nailiyyətləri görməzdən gəlmək, özünü bu nailiyyətlərdən məhrum emək deyil: “Təəssüflər olsun ki, bu günlərdə bəzi dövlət rəsmilərinin səsləndirdikləri bəzi fikirlər yozulub geniş şəkildə yayılmışdır. İslam, inqilab və tarixi kimlik çərçivəsində izah edilən milli maraqlar dünya ictimaiyyətinin əldə etdiyi nailiyyətlərdən imtina etmək kimi yozulmamalıdır ”.
Həzrət Ayətullah Xamenei milli maraqlarla bağlı mühüm bir nüansa toxunaraq vurğuladı: “Bizim milli maraqlar xarici diktələrin əsirinə məruz qalmamalıdır”.
O qeyd etdi ki, imperialist güclər öz istəklərini diktə etmək üçün müxtəlif metodlardan istifadə edirlər: “Bunrdan biri “beynəlxalq normalar” adı altında imperialistlərin maraqlarının təmin edilməsini ehtiva edən metoddur. Həmin metoddan zülm və haqsızlığa qarşı mübarizə aparan müstəqil dövlətləri normaları sındırmaqda günahlandırmaq üçün isitfadə edirlər”.
İslam İnqilabının Rəhbəri dedi: “Son günlər amerikalılar İran haqqında danışarkən beynəlxalq normalar adı altında regionda sabitliyin pozulması məsələsini ortaya atırlar. Ancaq cavab olaraq onlara deməliyik ki, birincisi, bu regionun sizə nə aidiyyəti var, ikincisi, regionda sabitliyi pozan siz özünüz və muzdurlarınızdır”.
Həzrət Ayətullah Xamenei amerikalıların İŞİD qruplaşmasının yaradılması, bu qruplaşmanın hərbi və təchizat baxımından himayə edilməsində oynadıqları rola işarə edərək dedi: “İŞİD əleyhinə kualisiya yaradılması iddiası bir yalandır. Əlbəttə, amerikalılar nəzarətdən çıxmış İŞİD-ə qarşıdırlar. Ancaq kimsə həqiqətən, İŞİD-i məhv etmək istəsə, ona qarşı çıxırlar”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, ABŞ prezidentinin İranı terrorizmi dəstəkləməkdə günahlandırması, habelə amerikalıların norma müəyyənləşdirmək metodu çərçivəsində irəli sürdükləri insan hüquqları ittihamları imperialistlərin maraqlarını təmin etmək üçündür: “Amerikalıların demokratiya iyini belə duymamış Səudiyyənin qəbilə və orta əsrlər zehniyyətli hakimlərinin yanında insan hüquqlarından dəm vuraraq demokratiyanın simvolu olan İslam Respublikasını qınaması həqiqətən, gülməlidir və bu, tarixin utancverici bir ləkəsi kimi onların alnında qalacaq”.
İslam İnqilabının Rəhbəri çıxışının sonrakı hissəsində ölkənin düzgün idarə edilməsi, habelə imkanlar və risklərin idarə edilməsində təcrübələrdən necə istifadə edilməsindən danışdı.
O, son 40 ilin nailiyyətlərində milli birlik və vəhdətin oynadığı təyinedici rola işarə edərək dedi: “Ölkənin idarə edilməsində bu uğurlu təcrübədən istifadə etmək lazımdır. Təbii ki, vəhdət dövlət qurumlarının yürütdüyü siyasəltərinin qəbul edilməməsi ilə təzad təşkil etmir. Ancaq ölkənin makro məsələlərində mübahisə və münaqişəyə yol verilməməlidir”.
Həzrət Ayətullah Xamenei ölkənin iki qütbə və xalqın iki dəstəyə bölünməsinin təhlükəli bir təcrübə olduğunu dedi: “1980-cu ildə ölkənin o vaxtkı prezidenti əhalini müxalif və müvafiq olmaqla iki qütbə və iki qrupa bölmüşdü. Bu təcrübə təkrarlanmamalıdır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, düşmənlə açıq məsafə yaradılması milli birliyə zəmin yaradır: “Dövlət rəsmiləri xarici düşmən və onun daxildəki əlaltıları ilə ciddi məsafə saxlamalıdırlar ”.
O, 2009-cu il hadisələrinin acı təcrübəsini yada salaraq dedi: “Həmin hadisələr vaxtı bir dəstə adam küçələrdə İnqilabın əsaslarına və dini inanclara qarşı açıq şüarlar səsləndirirdilər. Onlarla sərhəd və məsafə saxlanılmadığı üçün problemlər davam etdi”.
İnqilabın Rəhbərinin ölkənin düzgün idarə edilməsi kontekstində toxunduğu məsələlərdən biri daxili potensiallara əsaslanmaq və milli isehsala üstünlük verilməsi məsələsi oldu.
O əlavə etdi: “Ölkədə öz potensialını elmi nailiyyətlər, o cümlədən nüvə enerjisi sahəsində göstərmiş çox yaxşı, səmərəli və gənc işçi qüvvəsi var. Ölkənin digər sahələrini də inkişaf etdirmək üçün gənclərdən səmərəli istifadə təcrübəsindən yararlanmaq lazımdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənə etimad göstərməmək əsaslı və ciddi təcrübələrdəndir, dövlətin idarə edilməsində ona tam diqqət yetirilməlidir.
O əlavə etdi: “Düşmənə güvənməyə bilərdik. Ancaq bəzi səbəblərdən, məsələn, amerikalıların bəhanələrinə son qoymaq kimi məqamlarda nöqsana yol verdik. Təbii ki, bəhanəyə son qoyulmadı və zərbə də aldıq”.
İslam İnqilabının Rəhbəri dövlət məmurlarına tapşırıq verdi: “Əcnəbilərlə iş gördükdə diqqətli və son dərəcə ehtiyatlı olmaq lazımdır. Danışarkən intonasiya və bəyan tərzi elə olmalıdır ki, onda düşmənə etimad hiss edilməsin. Çünki bunun həm daxildə, həm də yadların yanında mənfi təsiri olacaq”.
Həzrət Ayətullah Xamenei Birgə Fəaliyyətlərin Kompleks Planına işarə edərək dedi: “Bu məsələ ilə məşğul olan aidiyyatı şəxslərə güvənirdik və güvənmkdə davam edirik. Çünki onları mömin və özümüzdən hesab edirik. Ancaq həmin hadisə zamanı bəzi məqamlarda qarşı tərəfin sözlərinə etimad göstərildiyi üçün müəyyən məsələlərə göz yumduq və ya onlara lazımı qədər əhəmiyyət vermədik. Nəticədə, düşmənin hələ də istifadə etdiyi boşluqlar qaldı”.
İnqilabın Rəhbəri cənab Zərifin Avropanın aidiyyatı qurumlarına göndərdiyi, BFKP-ının amerikalılar tərəfindən pozulmuş məqamlarını ehtiva edən məktubuna işarə edərək dedi: “Xarici İşlər naziri danışıqlara qarşı deyil. Ancaq dindar, vicdanlı və məsuliyyətli bir adam olduğu üçün bu məktubda BFKP-nının ruhunun və cisminin pozulmasını ehtiva edən müxtəlif məqamlarını göstərmişdir”.
Həzrət Ayətullah Xamenei BFKP-nına nəzarət edən heyəti diqqətli olmağa və öz vəzifələrini tam şəkildə yerinə yetirməyə çağırdı: “BFKP qəbul edilərkən yazılı şəkildə açıq şərtlər müəyyən etmişik. BFKP-na nəzarət edən heyət bu şərtlərin dəqiqliklə yerinə yetirilməsində diqqətli olmalıdır”.
O vurğuladı: “İndi ki, düşmən həyasızcasına qarşınızda dayanıb, sizin istənilən səhlənkarlığınızı zəfilik və çarəsizlik kimi qələmə verir və daha da abırsızlıq edir, siz də son dərəcə diqqətli olmalısınız”.
Dövlətin düzgün şəkildə idarə edilməsi, habelə imkanlar və risklərin idarə edilməsi sahəsində olmalılar və olmazlardan danışarkən İnqilabın Rəhbərinin vurğuladığı məsələlərdən biri də hərbi və təhlükəsizlik gücünün artırılması məsələsi oldu.
O əlavə etdi: “İran iqtidarının əsas komponentlərinin ləğvinə nail olmaq üçün amerikalıların Keşikçi Korpus və Qüds Qüvvələrindən xoşlanmaması, Keşikçi Korpusun olmamasını və Bəsicin müdaxilə etməməsini, regional məsələlərdə filancür davranmağımızı və sairəni şərt qoyması təbii haldır. Ancaq dövlət rəsmiləri düşmənin istəyinin əksinə olaraq, İranın izzəti və iqtidarının əsas komponentlərini, yəni Silahlı Qüvvələri, Keşikçi Korpusu, Bəsici, bütün mömin və inqilabçı komponentləri gücləndirməlidirlər”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında iqtisadiyyatın düzgün dövlət idarəiçiliyinə necə təsir göstədriyini ehtiva edən bir neçə nüansı qeyd etdi.
O bildirdi: “Möhtərəm prezident çıxışı zamanı həyata keçirilməsi zəruri olan məsələləri qeyd etdi. Ancaq bu məsələlərin əsas xitab obyekti və icraçısı o özü və hökumətin iş başında olan komandasıdır”.
Daxili və xarici investisiya cəlbinin ölkə iqtisadiyyatının idarəçiliyinə təsir göstərdiyini qeyd edən İnqilabın Rəhbəri kəndlərə sözün həqiqi mənasında diqqət ayrılması, o cümlədən aqrar-sənaye kompleksinin yaradılmasının gecəqondu və onun fəsadlarını ehtiva edən problemləri həll edəcəyini dedi: “Gediş-gəliş imkanlarının yaradılması, kənd məhsullarının kəndlilərə asanlıqla çadırılması çox mühüm məsələdir”.
İdxalatın düzgün idarə edilməsi, o cümlədən bənzər daxili istehsala zərbə vuran məhsulların idxalının kəskin şəkildə qarşısının alınması, bu məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına lazımı şərait yaratmaq məqsədilə əhalinin daxili məhsullardan istifadəsinə zəmin yaradılması, qaçaqmalçılıqla mübarizə, 44-cü maddənin düzgün və layiqli şəkildə icrası, investisiya təhlükəsizliyi İslam İnqilabı Rəhbərinin çıxışının bu hissəsində toxunduğu məsələlərdən idi.
O çıxışının iqtisadiyyatla bağlı hissəsini yekunlaşdırarkən dedi: “Biz məsul şəxslər bu bir neçə ildə iqtisadi məsələlər haqqında çox danışmışıq. Ancaq indi əməl meydanıdır. Bu səbəbdən də dövlətin yerinə yetirməli olacağı işlərdən birincisi aydın və əhatəli yol xəritəsini təqdim etməkdir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, virtual aləm ölkənin düzgün idarəetmə sisteminə təsir göstərən mühüm məsələlərdəndir.
İnqilabın Rəhbəri dedi: “Xalqın təfəkkürü milli maraqlara və dəyərlərə zid məsələlər, doğru və yanlış məzmunlar, yanlış və ya doğru məlumatlar, hətta psevdo-informasiyalar toplusundan ibarət bir qar uçqununa məruz qaldığı üçün bu məkan nəzarət altında saxlanmalıdır, ancaq millət bu virtual məkandan məhrum edilməməlidir”.
O, Milli İnformasiya Şəbəkəsinin yaradılması məsələsinə laqeyd yanaşılmasını tənqid edərək dedi: “Bir sıra ölkələr Milli İnformasiya Şəbəkəsi yaratmaqla öz qırmızı xətlərini qorumaqla, habelə virtual məkanı düzgün nəzarətdə saxlamaqla yanaşı, internetdən öz maraqlarını qorumaq üçün istifadə edirlər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün əhali virtual məkanın faydalı cəhətlərindən istifadə etməli, ölkənin, ictimai rəyin, xüsusilə gənclərin ziyanına olmayan sahələrdə internetin sürəti artırılmalı və lazım olan başqa nə varsa, həyata keçirilməlidir”.
“ABŞ” problemi İslam İnqilabı Rəhbərinin toxunduğu son məsələ oladu: “ABŞ-la olan problemlərin çoxu əsasən, həlli olmayan problemlərdir. Çünki ABŞ-ın bizimlə olan problemi nüvə enerjisi və insan hüquqları kimi məsələlərdən qaynaqlanmır. Onların əsl problemi İslam Respublikasıdır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İran kimi zəngin və mühüm bir regionda İslam idarəçiliyi sisteminin hakimiyyət başına gəlməsi və müstəqil siyasətlərin yürüdülməsi ABŞ-ın İslam Respublikası ilə düşmənçilik etməsinin əsas səbəbidir: “Onlar ölkənin müstəqilliyi prinsipinə qarşıdırlar. Hətta ölkədə dindar və inqilabçı olmayıb, ancaq eyni zamanda müstəqil olan bir sistem hakimiyyət başına gəlsəydi belə, ona qarşı müxalifət və etirazlar mövcud olacaqdı”.
İslam İnqilabının Rəhbəri İran İslam Respublikasının zəngin resursları və imkanlarına işarə edərək dedi: “İşləri başqa öllkələrə təcavüz etmək olan güclər belə bir tikədən keçmək istəmirlər. Ancaq İslam İnqilabı bu tikənin onların boğazından keçməsinə imkan vermir”.
Həzrət Ayətullah Xamenei insan hüquqları, terrorizm, İranın regionda sabitliyi pozması iddiası kimi məsələlərin ABŞ-ın İslam dövlətinə qarşı istifadə etdiyi bəhanələr olduğunu dedi: “ABŞ özü terrorçudur, terrorçu yetişdirir, terrorizmin beyni olan, elə ilk gündən terror və zülm əsasında meydana gəlmiş sionizm kimi bir rejimi himayə edir. Buna görə də ABŞ-la bir araya gəlmək olmaz”.
O bu məsələdə təkid etdi: “Anlaşılmaz və ikibaşlı danışmaq olmaz. Çünki bu danışıq tərzi sui-istifadəyə səbəb olur. Məsələlər və mövqelər açıq-aydın şəkildə bəyan edilməlidir”.
İslam İnqilabının Rəhbəri dedi: “Amerikalılar bilsinlər ki, İslam Respublikası zülmə və haqsızlığa qarşı mübarizəsində, Fələstinin müdafiəsi kimi möbqelərində, xalqın hüquqlarının qorunması üçün göstərdiyi səylərində səhlənkarlığa yol verməyəcək”.
Həzrət Ayətullah çıxışının yekununda qeyd etdi ki, İran xalqı diri xalqdır, İslam İnqilabı mütərəqqi və gəncdir: “Bu şərait xalqa yaxşı gələcək müjdəsi verir. Xalqın vəziyyətinin günbəgün daha da yaxşılaşacağına və riskləri ən yaxşı şəkildə dəf edəcəyinə ümidvarıq”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident 2017-ci il seçki eposunu yaratdıqları üçün xalqa və İnqilabın Ali Rəhbərinə təşəkkür etdi: “Seçkilərin qalibi xalqdır. Rəqabətlər və mübahisələr dövrü sona çatıb, bu gün əhalinin istək və tələblərinə diqqət yetirməliyik”.
Prezident bildirdi ki, əhalinin ən böyük tələbləri iqtisadi problemlərin aradan qaldırılması, xüsusilə məşğulluq və həyat şəraitinin yaxşılaşdırılması ilə bağlıdır: “Şübhəsiz ki, hamılıqla İnqilabın ali Rəhbərinin arxasında dayansaq, problemlərə qalib gələ bilərik”.
Cənab Ruhani qeyd etdi ki, dünyanın bədxahları, o cümlədən Amerika İranın böyüklüyünə görə əvvəlkindən daha çox narahatdır: “Düşmənlərin yeni planları və hiylələrini gözləməliyik. Əlbəttə, bu planlar İran xalqı üçün yeni deyil, xalqımız onların hiylə və kələkləri qarşısında daha ağır və mürkkəb hadisələrdən qalib çıxıb. Gələcəkdə də qalib olacaq”.
Prezident çıxışının başqa bir hissəsində on birinci hökumətin son həftələrini yaşadığını və on ikinci hökumətin fəaliyyətə başlamasının yaxınlaşdığına işarə edərək hökumətin göstərdiyi xidmətlərdən danışdı.
Cənab Ruhani bildirdi ki, inflayasiyaya nəzarət və onun təkədədli rəqəm səviyyəsinə salınması, 08%-dən yuxarı iqtisadi inkişaf, iş yerlərinin açılması, ticarət balansında müsbət artım, valyuta qiymətinin sabitliyi, büdcənin neft gəlirlərinə əsaslanmasının azaldılması və vergilər əsasında artırılması, neft və neft-kimya məhsullarının istehsalı və ixracının artırılması, 9 min kəndə qaz çəkilməsi, 5 mindən çox kəndə su çəkilməsi, əhalisi 10 ailədən çox olan bütün kəndlərin elektriklə təmin edilməsi, 28 min kəndin internetə qoşulması on birinci hökumətin nailiyyətlərindəndir.
Prezident cari ilin “Müqavimət iqtisadiyyatı – istehsal və məşğulluq” adlandırılması məsələsinə toxunaraq dedi: “On ikinci dövlətin bütün səyləri bu şüarı reallaşdırmağa sərf ediləcək”.
Məğşulluq probleminin həllinə nail olmaq üçün böyük və milli bir işə ehtiyac duyulduğunu deyən cənab Ruhani bildirdi ki, məşğulluq sahəsində həyata keçirilməsi nəzərdə tutulan VI proqramın reallaşması üçün il ərzində 900 mindən artıq iş yerinin açılması lazımdır: “İş yerinin açılması üçün sərmayəyə, bank fəaliyyətlərində islahat aparılmasına, gənclərin peşə bacarıqlarının artırılmasına və elm əsaslı şirkətlərin inkişaf etdirilməsinə ehtiyac var”.
Yoxsul və kasıbların himayə edilməsinin on ikinci hökumətin mühüm proqramlarından olduğunu qeyd edən prezident sosial ədalət məsələsinin əhəmiyyətindən danışdı: “Əhalinin onuncu desillərinin gəlir əmsalı birinci desillərin gəlir əmsalından 14 dəfə çoxdur. Bu rəqəm balanslaşdırlmış təkədədli rəqəm səviyyəsinə salınmalıdır”.
Cənab Ruhani çıxışının sonunda aktiv iştirakına və göstərdiyi səylərə görə İran xalqına, dəstəkləri və istiqamətləndirmələrinə görə İslam İnqilabının Ali Rəhbərinə təşəkkür etdi.
Görüşün sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Məğrib və İşa namazları qılındı və orada olanlar Rəhbərlə birlikdə iftar etdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir