Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Seçkilərin qalibi İran xalqı və İslam Respublikasıdır

Xalqın 12-ci prezident, habelə şəhər və kəndlərin İslami şuralarının 5-ci seçkilərində izdihamlı və qəhrəmancasına iştirakından sonra İslam İnqilabının Ali Məqanlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqa təqdir və təşəkkür müraciəti ünvanladı. O bu müraciətində mühüm məsələləri vurğuladı.

İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni:

Bağışlayan və Mərhəmətli Allahın adı ilə

Əziz İran xalqı!

Dünənki seçkilərin qəhrəmanlıq bayramı milli iradə və əzmkarlığın gövhərini dünya ictimaiyyəti qarşısında bir daha şölələndirdi. Sizin genişmiqyaslı və izdihamlı iştirakınız, səsvermə məntəqələrinə yüksək əhval-ruhiyyə ilə axın etməyiniz, ölkənin hər yerində bütün sosial siniflərin mənsublarının səsvermə qutuları önündə uzun-uzadı sıralar yaratması İslam demokratiyasının əsaslarının möhkəmliyinin və hamının bu böyük ilahi nemətə qarşı sevgisinin göstəricisi idi. Bu həm də sınaq meydanında İranın və iranlıların başını uca, üzünü ağ etdi. Dünən bu sıx iştirak və qırx milyondan artıq səsvermə vərəqinin qutulara atılması ilə perzident seçkilərində yeni bir yetərsay müəyyən edildi və bu da İran xalqının iştirakı və qüdrət nümayişinin hər gün artmaqda olan inkişafını göstərdi. İran İslam Respublikası bədxahları, kin güdənləri və paxılları bir daha geri oturtdu, dostların və pərəstişkarların qəlbini sevinc və fəxarət hissi ilə doldurdu. Dünənki seçkilərin qalibi siz İran xalqı və düşmənlərin səylərinə və mərkli planlarına baxmayaraq, bu böyük xalqın etimadını davamlı olaraq qazana bilmiş və hər mərhələdə yeni bir parlaqlıq nümayiş etdirmiş İslam Respublikasıdır. Dünənki parlaq imtahan təkcə genişmiqyaslı iştirakdan ibarət deyildi, seçicilərin seçki təhlükəsizliyini sığortalayan sakitliyi, təmkini və nəzakəti də bu heyrtamiz sınağın mühüm bir hissəsi idi. Bütün siniflər, bütün siyasi meyllər və cinahlar səhnəyə birlikdə daxil oldular, çiyin-çiyinə İslam Respublikasına səs verdilər.

Mən Uca Allah qarşısında təşəkkür etmək üçün alnımı torpağa qoyur, İran xalqına layiqli mükafat, rəhmət və lütfkarlıq diləyirəm; Həzrət Bəqiyyətullaha (ruhumuz ona fəda olsun) salamlarımı çatdırır, ixlasımı göstərir və bir neçə məsələni qeyd edirəm:

1. Əziz xalqdan təvəqqe edirəm ki, seçkilərin uğurla keçməsinə görə Allaha şükr edin. Seçkilərdən əvvəl günlərlə və həftələrlə davam edən gərginlikdən sonra artıq vəhdət və birlik haqqında düşünün. Şübhəsiz ki, bu, milli güc və stabilliyin mühüm bir amilidir. Hamınızın başı İslam Respublikası və bu vətənin övladları sayəsində dikdir. Ölkənin böyük məqsədlərə doğru aparılması işində üzərinizə düşən vəzifəni öyrənib həyata keçirmək üçün çalışın. Bütün milli arzuların həyata keçməsi bu cür düşünərək əməl etməkdən asılıdır.

2. Möhtərəm prezident və gələcək hökumətdə təmsil olunacaq bütün insanlardan istəyim budur ki, əsaslandırılmış, düşünülmüş və motivasiya dolu gənclik səylərini ölkənin problemlərini həll etmək üçün səfərbər etsinlər, bu doğru yoldan bir an belə sapmasınlar. Prioritetlər müəyyən edilərkən zəif təbəqələr, yoxsul kənd və regionların diqqət mərkəzində saxlanması, korrupsiya və sosial patalogiyalarla mübarizə proqramların başında yer almalıdır.

3. Beynəlxalq münasibətlər və beynəlxalq güc əldə edilməsi kontekstində də milli şərəf və müdriklik inqilabi və islami idarəetmənin prioitetlərindəndir.

4. Seçkilərdə iştirak edənlərin tək-tək hər birinə, habelə onların bu vəzifəyə həvəs göstərməsində rol oynamış insanlara, xüsusilə böyük təqlid mərcələrinə, alimlərə, akademik, siyasi, mədəni elitaya və incəsənət xadimlərinə təşəkkür etməyi lazım bilirəm.

5. Seçkilərlə bağlı maarifləndirmə işinin aparılması və canlanma yaradılmasında böyük təsiri olmuş prezidentliyə namizədlərə də təşəkkür etməyi lazım bilirəm.

6. Prezident, şəhər və kənd şuralarına seçkilərin çox böyük zəhmətlər çəkmiş bütün icraçı və nəzarətçilərinə təşəkkür etməyi lazım bilirəm.

7. Seçkilərin təhlükəsizliyini təmin edənlərə, habelə izdihamlı seçkilərin təşkilində gecə-gündüz bilmədən hünərlə çalışan milli mediaya təşəkkür etməyi lazım bilirəm.

8. Sonda özümü və hər kəsi təqvalı olmağa, ilahi və ictimai vəzifənin icrası yolunda çalışmağa, dahi İmam Xomeyninin (r.ə) və dəyərli şəhidlərin qiymətli mirası olan İnqilab yoluna sadiq qalmağa çağırıram. Onlara Allah-taaladan ruh şadlığı və uca dərəcələr diləyirəm.

Allahın salamı və rəhməti üzərinizə olsun

Seyyid Əli Xamenei
20 may 2017

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /