Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İman kimliyi düşmənlərin dominantlığı və müdaxiləsinə mane olur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər 83 ölkənin təmsil olunduğu XXXIV Beynəlxalq Quran Müsabiqəsinin görkəmli ustadları, qari və hafizləri ilə görüşdü. Görüş zamanı İslam kimliyinin düşmənlərin müdaxilə və dominantlığına mane olduğunu deyən Ali Məqamlı Rəhbər qeyd etdi ki, küfr cəbhəsinin məqsədi bu iman kimliyini məhv etməkdir: “Quran maarifi İslam ümmətinin xilaskarı, qüdrətli və izzətli həyatının qurucusudur. Bu maarif müsəlman cəmiyyətlərində geniş və parlaq diskursa çevrilməlidir”.

Quranın təbliği və dərkinə çalışmağın ən yaxşı əməllərdən olduğunu deyən Həzrət Ayətullah Xamenei ölkədə Qurana əsaslanan hərəkatın davam etdirilməsinin zəruriliyini vurğuladı: “Təəssüflər olsun ki, biz müsəlman xalqları və İslam ölkələri Qurandan uzaq düşmüş və onun həqiqi konsepsiyaları ilə tanış deyilik”.

O, tağutdan imtina və Allaha imanın Qurana xas olan mühüm və kimlik formalaşdıran konsepsiya nümunələrindən olduğunu dedi: “İman kimliyinə diqqətin mənası döyüşmək və ya əlaqə və mübadilədən imtina etmək deyil, iman kimliyinin özünü tağut və küfr kimliyi qarşısında qoruması və inkişafını davam etdirməsi üçün sərhədlərin təyin edilməsi və müstəqilliyə nail olmaqdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam ümmətinin mövcud problemi Qərb mədəniyyəti, iqtisaidyyatı və siyasətinin dominantlığıdır: “Bu gün İslam ölkəlkərinin çoxu İslam kimliyinə malik deyil. Onların əhalisi namaz qılıb oruc tutsa da, kollektivlik və İslam kimliyindən məhrum olduqları üçün düşmənlər onların mədəniyyətləri, inancları, iqtisadiyyatları, siyasət və sosial əlaqələrinə müdaxilə edir, müsəlmanlar arasında müharibə və nifət yaradırlar”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Quranın Allaha iman və tağutdan imtina prinsipinin dərki və tətbiqi İslam ümmətinin inkişafına və izzətinə səbəb olacaq: “Bu gün küfr dünyası dünyanın bütün nöqtələrində İslam kimliyini məhv etməyə çalışır”.

O qeyd etdi ki, Qurandan uzaq olmaq düşmənlərin sui-istifadəsinə, imansızlıq, asılılıq və laqeydlik hissinin inyeksiya edilməsinə səbəb olur: “İslam ölkələri və dövlətlərinin ABŞ, sionizm və qarətçilər qarşısındakı faktiki vəziyyəti Qurandan uzaq olmağın nəticəsidir. Əgər Quran və İslam kimliyinə yaxınlaşsaq, bütün bu problemlər aradan qalxacaq”.

Həzrət Ayətullah Xamenei incəsənət ustaları, şair və yazıçıların Quran konsepsiyalarının təbliğindəki rolunu yüksək qiymətləndirdi: “Din və mənəviyyat adamlarının səy və təlaşı ilə Quran konsepsiyalarının əhali arasında ümumi diskursa çevrilməsi mümkün bir işdir”.

Despotizm dövründə Quranın unudulduğuna işarə edən Ali Məqamlı Rəhbər Quran konsepsiyaları və simpoziumlarının geniş vüsət almasının İslam İnqilabının bərəkətinin məhsulu olduğunu dedi: “Bu gün biz fəxr edirik ki, xalqımız və gəncələrimiz Quranı sevir və onunla tanışdırlar, ölkənin hər hansı nöqtəsində Quran konfransı keçirilərsə, çoxlu sayda gənc bunu yüksək qarşılayır”.

Quran üçün görülən işlərin tükənməz olduğunu qeyd edən İslam İnqilabının Rəhbəri Quran müsabiqəsinin təşkilaçılarına təşəkkür etdi: “Bütün xalq, ailələr və gənclər Quranla ünsiyyətdə olmalı, Quranla ünsiyyətin faydalarından bəhrələnməlidirlər”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəqflər və Xeyriyyə İşləri Təşkilatının rəhbəri, Vəliyyi Fəqihin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Məhəmmədi dedi: “Dünyanın 83 ölkəsinin Quran təmsilçisi, 400 Quran mütəxəssisi, hafiz, qari, münsif, tədqiqatçı və araşdırmaçısının iştirak etdiyi XXXIV Beynəlxalq Quran Müsabiqəsi “Bir ümmət, bir kitab” şüarı ilə təşkil edilib”.

O əlavə etdi: “Quran sərgisinin təşkili, habelə Quran araşdırmaları konfransı, İslam İnqilabı şəhidləri, xüsusilə Hərəmin Müdafiəçi şəhidlərinə hörmət tədbiri bu müsabiqənin ən mühüm əlavə proqramlarından idi”.

Görüşün əvvəlində Beynəlxalq Quran Müsabiqəsinin ustadları və görkəmli iştirakçılarının bir neçəsi Qurani-Məciddən ayələr tilavət etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /